siqnalizasiya və havalandırmanın örtülməsi vasitələrinin yerləşməsi;
otaqların mühafizəsindən çıxarılmış yanğınsöndürmənin odsöndürən
vasitələrinin işə salınmasının məsafə ötürücülərinin yerləşməsi;
yanğın əleyhinə və klinket qapıların və onların
məsafədən bağlanma
ötürücülərinin yerləşməsi;
suyun qəbulu üçün beynəlxalq nümunəli keçid birləşməsinin saxlanılma
yeri;
yanğın əleyhinə və sukeçirməyən əsas
arakəsmələrin yerləşməsi;
yanğın və digər qəza hallarında ekipajın təxliyə yolları.
Hər ekipaj üzvü YƏTX-ni mükəmməl bilməlidir.
YƏTP YƏTX-nin tərkib hissəsidir və ekipajın yanğın əleyhinə konkret
zonada alovla mübarizə zamanı fəaliyyəti üçün rəhbər sənəddir və söndürmə
üsullarını göstərməklə və bu zonada yanğının söndürülməsi zamanı
ekipaj
üzvlərinin fəaliyyətlərini müəyyənləşdirməklə gəminin yanğın əleyhinə zonalarının
texniki detallaşdırılmış sxemini özündə təmsil edir.
YƏTP bütün yanğın əleyhinə zonalar üçün işlənilib hazırlanmışdır və
əhatə edir:
zonanın otaqlarının qısa xarakteristikasını (onlarda yerləşən və ya
saxlanılanların
tutumu və əsas ölçüləri, otaqlara daxil olma yolları və
yanğın baxımından onlardan ən təhlükəli olanlar);
zonanın otaqlarında yanğının söndürülməsi üçün tövsiyə edilən vasitə və
üsullar;
yanğın və tüstülənmə zonasından insanları təxliyə yolları və üsulları;
qonşu otaqlara alovun və tüstünün keçməsinin qarşısını alma üsulları.
Yanğının söndürülməsinin ən son hədd üsulu – otağın su ilə doldurulması
zamanı gəminin ləpəyə davamlılığının və batmazlığının əsaslandırılmış
hesablanması verilir.
Növbə köməkçisi gəmiyə gəldikdən dərhal
sonra YƏTX və YƏTP-ni
öyrənməlidir və yanğın halında:
ümumgəmi həyəcanı verməlidir;
yanğın barədə dispetçerə xəbər verməlidir;
104
yanğınsöndürmə komandasını və yanğınsöndürmə katerini çağırmalıdır;
YƏTX və YƏTP-nin tövsiyələrindən istifadə edərək yanğının söndürülməsinə
rəhbərlik etməlidir.
Dostları ilə paylaş: