Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə45/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   41   42   43   44   45   46   47   48   ...   84
Dənizdə təhlükəsizlik

Diferensial bildiricilər
nisbətən sabit temperaturlu və ya
temperaturu rəvan dəyişən otaqlarda quraşdırılır. Temperaturun 5–10 dər/dəq
hüdudlarında artma sürəti təhlükəli sayılır.
Diferensial bildiricilərin aşağıdakı tipləri daha geniş istifadə olunur: 

pnevmatik diferensial bildiricilər; 

termoelektrik diferensial bildiricilər.
Kombinasiya edilmiş maksimal-diferensial bildiricilər
həm
 
maksimal
və həm də diferensial bildiricilərin fəaliyyət prinsiplərini özündə birləşdirir,
 
yəni
onlar həm olduqca böyük sürətlə artan temperatur zamanı, həm də temperaturun
müəyyən həddi əldə olunan zaman (hətta baxmayaraq ki, onun artması kiçik sürətlə
baş verirdi) işə düşürlər. 
Kombinasiya edilmiş bildiricilərin əsas yaxşı cəhəti onların əlavə
mühafizəsindədir: maksimal qurğu yavaş-yavaş inkişaf edən yanğına reaksiya
verir, hansı ki, kiçik sürətlə çoxalmasına diferensial bildiricinin işə düşməsinə
səbəb ola bilməz. Bundan əlavə, bir kombinasiya edilmiş bildirici
 
iki - maksimal
və diferensial bildiricini əvəz etməyə qadirdir. 
Kombinasiya edilmiş bildiricilərin yeganə nöqsanı maksimal qurğu
sıradan çıxan halda bütün cihazın əvəzlənməsi zəruriyyətidir. 
2.5. Partlama təhlükəli tezalışan maddə və materiallar saxlanclarının
quruluşuna və saxlanmasına SOLAS-74 Konvensiyasının tələbləri
Gəmilərdə bu cür otaqlara fənər, rəngsaz, balon saxlancları, benzin üçün
həcmlər və akkumulyator otaqları aiddir.
101


Bu otaqlar A-60-dan aşağı olmayan sinifdə arakəsmələrlə çəpərlənir.
Tezalışan materiallar saxlancları, bir qayda olaraq, yaşayış otaqları ilə üst qurumda
və ya rubkada yerləşdirilməməlidir.
Saxlanclara giriş bilavasitə açıq göyərtədən və
yaxud yalnız bu saxlanclara aparan dəhliz vasitəsi ilə olmalıdır. 
Ümumi tutumu 300r.t. az olan gəmilərdə saxlancların yaşayış otaqları
rayonunda, lakin onlarla yanaşı olmamaqla yerləşdirilməsinə icazə verilir. İşıqlar
partlayışdan təhlükəsiz istehsal edilən olmalıdır. Elektrik xətləri bir bütöv boru içi
ilə çəkilməlidir. Otaq yanğından mühafizə qurğuları və ya vasitələri ilə təmin
edilməli və təbii havalandırmaya malik olmalıdırlar. Yanğınsöndürmə
vasitələrindən biri buxarla olmalıdır. 
Alışma temperaturu 43
0
C-dən aşağı olan tezalışan mayelər havalandırılan
saxlanclarda metal çənlərdə saxlanmalıdır, hansılar ki, təchiz olunmalıdırlar: 

mayenin götürülməsi üçün özübağlanan klapan (buraxıcı kranı) olan
armaturla; 

saxlancın xaricindən çəni doldurmaq üçün qurğu (tökmə borusu) ilə; 

saxlancın hüdudları xaricinə çıxarılmış hava borusu (odkəsici muxtar
havalandırma) ilə; 

hər borunun çıxış sonluğu üzü aşağı dirsək şəklində hazırlanmalı və ya
Registr ilə razılaşdırılmış digər quruluşa malik olmalıdır; 

altlıqla. 
Əgər mayenin miqdarı 35 litri aşmırsa, onun kip qapaqları olan metal
bankalarda saxlanılmasına icazə verilir. 
Əgər çənlərin ümumi tutumu 250 litri aşırsa (lakin 2500 litrdən çox
olmamaqla),
saxlancın həcmi üzrə saatda azı 20 mübadilə intensivliyi ilə otağın
aşağı hissəsindən havanın çıxarılmasını təmin edən sərbəst süni sovurucu
havalandırma ilə saxlanc təchiz edilməlidir. Giriş havalandırması təbii ola bilər.
Saxlancın qapılarının açılması ilə ventilyatorların işi bloklanmalıdır. 
Benzini saxlamaq üçün yuxarıda göstərilən kimi təchiz edilmiş 250 litrdən
çox olmayan həcmdə xüsusi çən olmalıdır. 
102


Ümumi tutumu 300r.t. az gəmilərdə, harada ki, alışma temperaturu 43
0
C-
dən aşağı olan mayelər üçün ayrıca saxlancın quraşdırılması çətindir, yaşayış
otaqlarına bitişik olmamaqla, onların havalandırılan polad şkaflarda və ya
yeşiklərdə saxlanılmasına icazə verilir. Bu cür şkaf və ya yeşiklərin qapıları bayıra
açılmalıdır. Maye kip qapaqlı, ümumi tutumu 50 litrdən çox olmayan metal
bankalarda saxlamaq lazımdır.
Oksigen və ya digər qazlarla olan balonları saxlamaq üçün, onları
zərbədən qoruyan, keçə və ya digər yumşaq material çəkilmiş hər balona məxsus
yumşaq yuva hazırlanmalıdır. Balonlarda qaz sızması olmamalıdır. 

Xəbərdaredici yazılar: 
rəngsaz, fanar və benzin saxlanclarında -«
ODDAN TƏHLÜKƏLI!
»;
akkumulyator otaqlarında-«
Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin