Alüminium istifadə sahələri:
Alüminium – yüngül metal olub, elastikdir, elektrik keçirmə qabiliyyəti yüksəkdir
və
korroziyaya qarşı yaxşı davamlıdır. Bu səbəblərdən alüminium tikinti,
elekroenergetikia, maşın və avadanlıq istehsalı, qablaşdırma, nəqliyyat və s. kimi sahələrdə
istifadə olunur. Metal və xəlitələri korroziyadan qorumaq üçün işlədilir. Maşınqayırmada
xalis alüminium az işlədilir, çünki mexaniki xassələri yüksək deyil. Təyyarəqayırma,
avtomobil istehsalı, vaqonqayırma və cihazqayırma sənayelərində işlədilən xəlitələrin
alınmasında işlədilir. Alüminium tərkibinə görə əsasən AB0000, AB000, AB00, AB0,
A00, A0, A1, A2 və A3 markalarla istehsal edilir.
Alüminium tərkibli xəlitələr texnoloji istifadə mənsubiyyətinə görə iki qrupa
bölünür: tökmə xəlitələri və təzyiqlə emal edilən xəlitələr.
Dostları ilə paylaş: |