Qızdırıcılı çarpayı – bu kompleks, qızdırıcı elementdən,
paneldən, su (helium) döşəyindən və parça “yuva”dan ibarətdir
(şəkil 1). Çarpayının qızdırıcı elementi su (helium) döşəyinin stabil
temperaturunu 37°С sərhədində saxlayır.
Şəkil 1. Qızdırıcılı çarpayı
Üstünlükləri:
“dəri-dəriyə” təması əvəz edir
yenidoğulmuş uşağa rahat yaxınlaşmanı təmin edir
ana ilə uşağın təmasını təmin edir
hipo və hipertermiya baş verməsi riskini azaldır
infeksiyalaşma riski minimaldır
istifadədə sadə, etibarlı və əlverişlidir
Qüsurları:
ekstremal az kütləli yenidoğulmuş uşaqlara (1 kq-dan az)
optimal temperatur rejimi yaratmaq və saxlamaq mümkün
deyil
intensiv terapiya (ASV, infuzion terapiya və s.) tələb
olunan uşaqlara qulluq üçün narahatdır
İş rejimi: Əvvəlcədən isidilmiş su (34-35°С) ilə su döşəyini
doldurub, çarpayının qızdırıcı elementinin idarəetmə blokunu işə
salmalı və suyun lazımi temperatura (37°С) çatmasını gözləməli (səs
və vizual hazırlıq siqnalı işə düşür). Soyuq sudan istifadə olunarsa
həyəcan siqnalı çalır, xəbərdarlıq edir ki, qızdırıcı element verilmiş
vaxt ərzində suyu qızdırmaq iqtidarında deyil. Qızdırıcılı çarpayı
istifadə olunur:
12
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
kütləsi 1 kq-dan yuxarı, stabil vəziyyətdə olan vaxtından
əvvəl doğulmuş uşaqların bəslənməsi üçün
termotənzimlənməsi pozulmuş yenidoğulmuşlar üçün
İnkubator – lazımi temperatur, nəmliyi yaradan və saxlayan,
izolə olunmuş sahəyə malik avadanlıqdır. İnkubator şəffaf qapaqdan
(bir və ya iki divarlı), havanın alınması, qızdırılması və
nəmləndirilməsi sistemindən və idarəetmə blokundan ibarətdir.
İnkubatora əlavə olaraq elektron tərəzi, oksigen verilməsi sistemi və
s. quraşdırıla bilər.
Üstünlükləri:
yenidoğulmuş uşaq üçün optimal mikroiqlim (temperatur,
rütubət) yaratmaq imkanı
ekstremal az kütləli yenidoğulmuş uşaqları (1 kq-dan az)
bəsləmək imkanı
intensiv terapiya tələb olunan uşaqlara rahat qulluq
(məs.: ASV, infuzion terapiya)
yenidoğulmuş
uşağın vəziyyətini daim klinik
qiymətləndirmək imkanı (məs.: dərinin rəngi, tənəffüsün
xarakterini və s.)
Qüsurları:
prosedur və manipulyasiyaların aparılması zamanı xəstəyə
yanaşmağın narahat olması
ananın uşaq ilə təmasının olmaması
iş rejimi düzgün seçilmədikdə hipo və hipertemiyanın
başvermə riski
düzgün işlənmədikdə infeksiyalaşma riski
istifadəsinin mürəkkəbliyi
İş rejimi: Temperaturun saxlanması rejiminin əllə tənzimlənməsi.
İnkubatorda havanın lazımi temperaturu və onun sərhədləri tibb
personalı tərəfindən, yenidoğulmuş uşağın hestasiya və postnatal
yaşından, doğularkən bədən kütləsindən asılı olaraq əllə quraşdırılır
(cədvəl 1 bax). İnkubatorun temperaturunun təyin edilmiş sərhədləri
başqa faktorlardan da asılı ola bilər (cədvəl 2 bax). Yenidoğulmuş
uşağın inkubatorda yetişdirilməsi zamanı
uşağın bədən
temperaturunu inkubatorun idarəetmə blokuna qoşulmuş temperatur
ötürücü ucluğunun və ya adi termometrin köməyi ilə fasiləsiz və ya
müntəzəm ölçmək lazımdır. Verilən rejim istifadə olunur:
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
14
inkubator işə salınan zaman və verilən temperatur
parametrləri əldə edilənə qədər
stabil termotənzimlənməsi olan xəstə və vaxtından əvvəl
doğulan yenidoğulmuşların bəslənməsi zaman
bədən temperaturuna nəzarət etməklə uşağı isidən zaman
Cədvəl 1. İnkubatorun tövsiyə olunan temperaturu
Müxtəlif bədən kütləli yenidoğulmuşlar üçün inkubatorun optimal
temperaturu
Yaş
<1000 q.
1000 -
1500 q
1500 -
2000 q
2000 -
2500 q
>2500 q
0-6 saаt 36,7-36,2
36,2-35,4
35,7-34,2
34,8-33,6
34,8-32,7
6-12 saаt
36,7-36,0
36,2-35,4 35,7-34,1 34,8-33,0 34,8-32,0
12-36 saаt 36,6-35,9 36,0-35,2 35,6-34,1 34,7-32,5 34,7-31,6
24-36 saаt
36,5-35,9
35,9-35,1 35,5-34,0 34,7-32,3 34,4-31,2
36-48 saаt 36,5-35,9 35,9-35,0 35,4-33,9 34,6-32,0 34,2-31,0
48-72 saаt
36,4-35,8
35,9-34,8 35,2-33,6 34,4-31,8 34,1-30,6
72-96 saаt 36,3-35,7 35,8-34,7 35,1-33,5 34,2-31,7 33,6-30,2
4-5 gün
36,3-35,6
35,7-34,4 35,0-33,3 34,1-31,6 33,4-29,9
5-6 gün
36,2-35,5
35,6-34,3 34,9-33,2 33,9-31,6 33.1-29,8
6-8 gün
36,0-35,2
35,5-34,1 34,8-33,0 33,8-31,6 32,5-29,3
8-10 gün
35,9-35,1
35,2-34,0 34,6-32,8 33,5-31,6 32,5-29,3
10-12 gün
35,8-34,9
35,0-33,9 34,4-32,7 33,4-31,6 32,0-29,3
12-14 gün
35,7-34,7
35,0-33,4 34,3-32,6 33,3-31,6 31,4-29,3
2-3 həftə
35,6-34,1
35,0-33,0 34,2-32,4 33,2-31,0
3-4 həftə 35,2-33,6
34,6-32,3
34,1-32,0
33,0-30,4
4-5 həftə
34,7-33,3
33,9-31,8 33,9-31,5 32,6-29,9
5-6 həftə -
33,1-31,0
-
31,8-29,3
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
15
Cədvəl 2. İnkubatorun lazımi temperatur seçiminə təsir edən faktorlar
İnkubatorun temperatur seçiminə təsir
edən faktorlar
Tədbirlər
Termometr inkubatorun küncündədir
1-0,5°С azaltmalı
Fototerapiya
1-1,5°С azaltmalı
Otağın temperaturu:
30°С
23°С
0,5°С azaltmalı
0,5°С artırmalı
İnkubatorda nəmlik 100%
0,5°С azaltmalı
İnkubator istilik mənbəyinin
(məs.: batareya) və ya soyuğun
(məs.: soyuq divar, pəncərə) yaxınlığındadır
Azaltmalı və ya
artırmalı
(müxtəlif dərəcədə)
İnkubator ikiqat divarlıdır və ya örtüklə
örtülüdür
Azaltmalı
(müxtəlif dərəcədə)
Yenidoğulmuşda hipertermiyadır Azaltmalı
(müxtəlif dərəcədə)
Temperaturun saxlanmasının avtomatik rejimi. Havanın verilən
temperaturu əldə olunduqdan sonra tibb personalı əllə inkubatorda
uşağın dərisinin lazımi temperaturunu və onun sərhədlərini qurur.
İnkubatorun idarəetmə blokuna qoşulmuş temperatur ötürücü ucluğu
yenidoğulmuşun dərisinə təsbit edilir və inkubator avtomatik iş
rejiminə keçir. İnkubatorda havanın temperaturu yenidoğulmuşun
dəri temperaturundan və verilən parametrlərdən asılı olaraq
avtomatik tənzim olunur. Verilən rejim istifadə olunur:
xüsusilə qeyri-stabil termotənzimlənməsi olan xəstə və
vaxtından əvvəl doğulan yenidoğulmuşların bəslənməsi
zamanı
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
16
Yenidoğulmuş uşağın normal bədən temperaturu
T
°
Vaxtında
doğulan
Vaxtından əvvəl
doğulan
Qoltuq altında temperatur
36,5-37,5
°С
36,3-36,9
°С
Dəri temperaturu
36,0-36,5
°С
36,2-37,2
°С
Mərkəzi temperatur (oral, rektal)
36,5-37,5
°С
36,5-37,5
°С
Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülmə tezliyi
Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülmə tezliyi və
vacibliyi onun yaşından, yetişkənliyindən və ümumi sağlamlıq
vəziyyətindən asılıdır.
Yenidoğulmuş uşağın normal bədən temperaturunda dəyişikliyə ən
az şübhə olduqda belə, onu dərhal ölçmək lazımdır!
Yenidoğulmuş uşağın temperaturunun məsləhət görülən ölçülmə
tezliyi:
Uşağın yerləşdiyi yer
Т° ölçülmə tezliyi
Doğum zalında doğulduqdan 30 dəqiqə və 2 saat sonra
Ana ilə birgə qaldıqları
palatada
sutkada 2 dəfə
İntensiv terapiya
palatasında
uşağın vəziyyətindən asılı olaraq
sutkada 4-8 dəfə
Reanimasiya palatasında fasiləsiz monitorinq (yaxşı olar) və ya
sutkada 8 dəfədən az olmayaraq
Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülməsi
proseduru
“Yenidoğulmuşun bədən temperaturunun ölçülməsi” prosedur
protokoluna bax (əlavə 1). İstənilən üsulla temperaturun ölçülməsi
zamanı yadda saxlamaq lazımdır ki, bu manipulyasiya diaqnostikdir
və uşağı narahat etməməlidir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
17
Hipotermiya
Hipotermiya – yenidoğulmuş uşağın bədən temperaturunun
36,5°С aşağı olduğu vəziyyətdir.
Hipotermiya ağırlıq dərəcəsinə görə ayrılır:
Ağırlıq dərəcəsi
Yenidoğulmuşun bədən Т°
Yüngül
36,0
-
36,4°С
Orta
32,0
-
35,9°С
Ağır
32,0°С-dən aşağı
Hipotermiyanın risk faktorları
Perinatal dövrdə:
vaxtından əvvəl doğuşlar
doğuş zamanı ananın anesteziyası, analgeziyası
dölün hipoksiyası (distressi)
Neonatal dövrdə:
yenidoğulmuşun həyatının ilk 7-12 saаtında
vaxtından əvvəl doğulma
bətndaxili inkişafın ləngiməsi, hestasiya yaşı üçün az kütlə ilə
doğulma
infeksiya (sepsis)
hipoqlikemiya
inkişaf qüsurları
hipotireoidizm
аsfiksiya, uzunsürən reanimasiya
hipovolemiya, şok
Hipotermiyanın səbəbləri
“istilik zənciri”nə riayət edilməməsi
uşağın isidilməsi üçün istifadə olunan avadanlığın işləməməsi
və ya düzgün istismar olunmaması
manipulyasiyalar və/və ya prosedurlar zamanı istilik rejiminə
riayət edilməməsi
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
18
infuzion terapiya qaydalarına riayət edilməməsi (soyuq
infuzion məhlullar və ya qanəvəzedicilərin yeridilməsi)
tənəffüsə yardım zamanı soyuq hava-oksigen qarışığı
verilməsi
termotənzimləmənin mərkəz mənşəli pozulması
Hipotermiya zamanı yenidoğulmuş uşağın orqanizmindəki
dəyişikliklər
1.
Periferik damarların daralması (ətrafların görünən sianozu)
qan dövranının mərkəzləşməsi, istiliyin itirildiyi
periferiyaya qanın daxil olmasının qarşısını alır
vazokonstriksiyanın uzanması toxumaların qan dövranını
və oksigenasiyasını poza bilər
2.
Ətraflarda hərəki aktivliyin artması
əzələlərdə istilik istehsalının artması
istiliyin itirildiyi səthin azalması
3.
Boz piyin metabolizminin artması
4.
Əsas mübadilənin artması və oksigen sərfinin yüksəlməsi
5.
Enerji sərfinin artması və qlikogen ehtiyatlarının azalması
6.
Ağciyər damarlarının daralması nəticəsində süd turşusu
toplandığına görə asidozun inkişafı
7.
Şok və DDL sindromunun (ən ağır hallarda) inkişafı və
ölümün baş verməsi
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
Hipotermiyanın klinik əlamətləri
Hipotermiyanın klinik əlamətləri soyumanın dərəcəsindən və
müddətindən asılıdır
Simptomların təzahür vaxtı
Кlinik əlamətlər
Erkən əlamətlər
avazımış, soyuq dəri
аkrosianoz
hərəki oyanıqlıq
tənəffüs pozulmaları
Gec əlamətlər
mərkəzi sianoz
hərəki süstlük, yuxululuq
hipotoniya
аpnoe
bradikardiya
qusma, qarının köpməsi
оliqo, anuriya
skleredema, sklerema
DDL sindromu, qanaxma
qıcolmalar
koma
Hipotermiya zamanı nəzarət və müayinə
İstənilən dərəcəli hipotermiya təyin olunmuş uşağa nəzarət və onun
temperaturunu müntəzəm ölçmək vacibdir! (C)
Aşkar hipotermiya zamanı vacib həyati göstəricilərin (ÜDS,
tənəffüs, arterial təzyiq, SaO
2
) monitorinqi
Sidik ifrazının qeydiyyatı
Qanda qlükozanın təyini (hipoqlikemiya)
Qanın geniş analizini etməli (sepsis)
Qanın qazlarının təyini (hipoksemiya və asidoz)
Qanın elektrolitlərinin təyini (hiperkaliemiya, dehidratasiya)
Qanda sidik cövhərinin və qalıq azotun təyini (dehidratasiya,
böyrək çatışmazlığı)
Qanda bilirubinin təyini (hiperbilirubinemiya)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
Hipotermiyanın müalicəsi
Yenidoğulmuş uşağın isidilməsi
hipotermiyanın əsas səbəbini aradan qaldırmalı (mümkün qədər)
uşağın temperaturunun saxlanması üçün ümumi tədbirləri təmin
etməli (“istilik zənciri”) (A)
köməkçi vasitələrdən istifadə etməklə, uşağı tədricən isitməli (B):
uşağın bədən temperaturu normallaşana qədər
(>36,5°С) inkubatorun temperaturunu yenidoğulmuş
uşağın qoltuqaltı temperaturundan 1-1,5°С yuxarı təyin
etməli və saxlamalı
normal temperatur əldə edildikdən sonra inkubatoru
avtomatik rejimə keçirməli (B) və ya inkubatorda
havanın temperaturunu uşağın yaşından və kütləsindən
asılı olaraq təyin etməli (сədvəl 1-ə bax)
isidilmə zamanı bədən temperaturu 36,5°С çatana qədər
qoltuqaltı temperaturu hər 30 dəqiqədən bir təyin etməli
sonrakı 4 saatda bədən temperaturunu hər bir saatdan,
sonralar hər 2-3 saatdan bir ölçməli
aşkar hipotermiya hallarında (mərkəzi temperatur
<35°С) isitmənin əlavə vasitələrindən (şüalandırıcı istilik
mənbəyindən, qızdırıcı döşəkdən və s.) istifadə etməli
əgər uşaqda şok və ya tənəffüs pozulması əlamətləri varsa,
daha ehtiyatla isitməli
Hipotermiyanın aradan qaldırılmasına kömək edən digər
tədbirlər
əsas xəstəliyi müalicə etməli
simptomatik müalicə (lazım gəldikdə) tətbiq etməli:
hipoksemiya zamanı oksigen və adekvat ventilyasiyanı
təmin etməli
aşkar asidoz zamanı (рН <7,20) natrium hidrokarbonat
yeritməli
v/d yeridilən məhlulları isitməli və hipoqlikemiyanın
korreksiyası üçün v/d qlükoza yeritməli
aşağı arterial təzyiq zamanı (isidilmə zamanı qan
damarlarının genişlənməsi mümkündür) v/d məhlulların
yeridilməsi və damardaraldıcı dərmanların təyini
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
hiperbilirubinemiya zamanı lazımdırsa, fototerapiyaya
başlamalı
əgər lazımdırsa, apnoe və/və ya qıcolmaları müalicə
etməli
Hipotermiyanın profilaktikası (A)
Perinatal və neonatal risk faktorlarını nəzərə almalı
“İstilik zənciri” prinsiplərinə əməl etməli
İsidici vasitələrdən səmərəli istifadə etməli
Yenidoğulmuş uşaqda istilik rejiminin prinsiplərinə riayət
etməyi və saxlamağı tibbi personala müntəzəm öyrətməli
Hipertermiya
Hipertermiya – yenidoğulmuş uşağın bədən temperaturunun
37,5°С-dən yuxarı olduğu vəziyyətdir.
Hipertermiyanın risk faktorları
Doğuş zamanı ananın qızdırması
Ananın infeksiyaları
Hipertermiyanın səbəbləri
Temperatur rejiminə riayət edilməməsi (həddən artıq isitmə):
otağın temperaturu çox yüksəkdir
günəş şüaları birbaşa uşağa təsir edir
xarici istilik mənbələrinin qızdırması
çox bürümə
infeksiya (sepsis)
mərkəzi sinir sisteminin inkişaf qüsurları
Hipertermiya zamanı yenidoğulmuş uşağın orqanizmindəki
dəyişikliklər
Periferik damarların genişlənməsi və ya daralması
Hərəki aktivliyin artması
Hiss olunmayan maye itkisinin artması (susuzlaşma)
Əsas mübadilənin artması və oksigen sərfinin yüksəlməsi
Enerji sərfinin artması
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
22
Hipertermiyanın klinik əlamətləri
əllə yoxlayarkən dəri səthinin isti olması
dərinin qızarması (damarların genişlənməsi hesabına)
ətrafların soyuq olması
oyanıqlıq və ya süstlük
ağlamanın zəif olması və ya heç olmaması
taxipnoe və ya qeyri-müntəzəm tənəffüs
taxikardiya
tər ifrazı
qidalanmanın pozulması
qıcolmalar
koma
Hipertermiya zamanı nəzarət və müayinə
Hipertermiyalı hər bir uşağın temperaturunu müntəzəm ölçmək və
nəzarət etmək vacibdir (D)!
Həyati vacib göstəricilərin (ÜDS, tənəffüs, arterial təzyiq,
SaO
2
) monitorinqi
Sidik ifrazının qeydiyyatı
Qanda qlükozanın təyini (hipoqlikemiya)
Qanın geniş analizinin edilməsi (sepsis)
Qanın qazlarının təyini (hipoksemiya və asidoz)
Qanın elektrolitlərinin təyini (hiperkaliemiya, dehidratasiya)
Qanda sidik cövhərinin və qalıq azotun təyini (dehidratasiya,
böyrək çatışmazlığı)
Hipertermiyanın müalicəsi
Yenidoğulmuş uşağın soyudulması
bütün xarici istilik mənbələrini uzaqlaşdırmalı (söndürməli)
qızmanın mümkün xarici səbəbini (qızdırıcı qurğudan düzgün
istifadə olunmur, otağın temperaturu çoxdur, birbaşa günəş
şüaları və s.) təyin etməli və uzaqlaşdırmalı
uşağın bələyini açmalı, soyundurmalı
nəm, sərin salfeti uşağın başına qoymalı (mümkündürsə)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
23
istifadə etməməli: uşağı spirtli məhlulla silmək, buz qoymaq,
mədəni soyuq məhlulla yumaq, v/d soyuq məhlullar yeritmək
və s.
istisna hallarda v/d birdəfəlik doza 10-15 mq/kq, oral və ya
rektal 20-25 mq/kq parasetamol istifadə etmək olar
(4-6 saatdan bir təkrar etmək olar):
qoltuqaltı temperatur >39°С
qıcolmalar, komanın olması
uşağın anamnezində qoltuqaltı temperatur >38,5°С zamanı
qıcolmalar olubsa
uşağın soyudulması zamanı hər 30 dəqiqədən bir qoltuqaltı
temperaturu ölçməli
bədən temperaturu normallaşdıqdan sonra, hər 2-3 saatdan bir
ölçməli
Hipertermiyanın aradan qaldırılmasına kömək edən digər
tədbirlər
əsas xəstəliyi müalicə etməli
simptomatik müalicə (lazım gəldikdə) tətbiq etməli:
bakterial infeksiyaya şübhə olduqda, antibiotiklər təyin etməli
hipoksemiya zamanı oksigen və adekvat ventilyasiyanı
təmin etməli
aşkar asidoz zamanı (рН <7,20) natrium hidrokarbonat
yeritməli
dehidratasiya əlamətləri olarsa, uşağı tez-tez döşə
qoymalı (əgər onun qidalanması pozulmayıbsa) və ya v/d
məhlullar yeridilməsinin vacibliyi məsələsini həll etməli
əgər lazımdırsa, apnoe və/və ya qıcolmaları müalicə etməli
Hipertermiyanın profilaktikası
Risk faktorlarını nəzərə almalı
Qızdırıcı vasitələrdən səmərəli istifadə etməli və lazımi
temperatur rejiminə, xüsusilə ilin isti vaxtlarında riayət etməli
Əsas xəstəliyi müalicə etməli
Susuzlaşmadan qaçmalı
Yenidoğulmuş uşaqda istilik rejimi prinsiplərinə riayət etməyi
və həmin rejimi saxlamağı tibbi personala müntəzəm öyrətməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
24
Əlavə 1
Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülməsi
Prosedur tibb bacısı və ya həkim tərəfindən aparılır
1. Birdəfəlik ölçülmə
Məqsəd:
yenidoğulmuş uşağın bədən temperaturunun təyini
Vəsait:
civəli termometr
elektron termometr
infraqırmızı elektron termometr
pambıq kürəciklər
steril tibbi vazelin
antiseptik məhlul (70%-li etil spirti və ya 2%-li xlorheksidin)
Hər uşaq üçün fərdi termometr olması daha yaxşıdır.
Prosedur
A. Periferik temperaturun ölçülməsi
Civəli termometrlə temperaturun ölçülməsi
əlləri yumalı və antiseptiklə işləməli
termometri 70%-li spirtlə işləməli
termometri göstərici 34°С-yə düşənə qədər silkələməli
termometrin civəli ucunu qoltuqaltı çuxurun ortasında
yerləşdirib uşağın qolunu bədəninə doğru yüngülcə sıxmalı
termometri 4 dəqiqədən az olmayaraq saxlamalı
termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli
Elektron termometrlə temperaturun ölçülməsi
əlləri yumalı və antiseptiklə işləməli
termometrin ucundan qoruyucu qapağı çıxarmalı
termometri işə salmalı və hazır olması haqqında səs siqnalı
gələnə qədər gözləməli
termometrin ucunu qoltuqaltı çuxurun ortasında
yerləşdirməli
ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli
termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
25
B. Mərkəzi temperaturun ölçülməsi
Civəli termometrlə düz bağırsaqda ölçülməsi
əlləri yumalı və antiseptiklə işləməli
termometri 70%-li spirtlə işləməli
termometri göstərici 34°C-yə düşənə qədər silkələməli
termometrin ucuna vazelin sürtməli
uşağı kürəyi və ya böyrü üstə uzandırmalı
termometrin ucunu ehtiyatla düz bağırsağa 2-3 sm dərinliyinə
yeritməli
termometri 3 dəqiqədən az olmayaraq saxlamalı
termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli
Elektron termometrlə düz bağırsaqda ölçülməsi
əlləri yumalı və antiseptiklə işləməli
termometrin ucundan qoruyucu qapağı çıxarmalı
termometrin ucunu 70%-li spirtlə işləməli
termometri işə salmalı və hazır olması haqqında səs siqnalı
gələnə qədər gözləməli
termometrin ucuna vazelin sürtməli
uşağı kürəyi və ya böyrü üstə uzandırmalı
termometrin ucunu ehtiyatla düz bağırsağa 2-3 sm dərinliyinə
yeritməli
ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli
termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli
Elektron termometrlə ağız boşluğunda ölçülməsi
əlləri yumalı və antiseptiklə işləməli
termometrin ucundan qoruyucu qapağı çıxarmalı
termometrin ucunu 70%-li spirtlə işləməli
termometri işə salmalı və hazır olması haqqında səs siqnalı
gələnə qədər gözləməli
termometri uşağın ağız boşluğuna salıb alt çənəni yuxarı
damağa doğru yüngülcə sıxmalı
ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli
termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli
İnfraqırmızı elektron termometrlə qulaq keçəcəyində ölçülməsi
əlləri yumalı və antiseptiklə işləməli
termometrin ucundan qoruyucu qapağı çıxarmalı
termometrin ucuna fərdi ucluq geydirməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
26
termometri işə salmalı
termometrin ucluğunu ehtiyatla uşağın qulaq keçəcəyinə yeritməli
düyməyə basmalı və ölçməyə başlamalı
ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli
termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli
istifadə olunmuş ucluğu çıxarmalı
Fəsadlar və səhvlər
Mexaniki səhvlər
düz bağırsaqda
ağız boşluğunda
qulaq keçəcəyində
Ölçmədə səhvlər
ölçmə vaxtının kifayət qədər olmaması
termometrin düzgün yerləşdirilməməsi
termometrin düz işləməməsi
2. Fasiləsiz temperatur monitorinqi
Məqsəd:
yenidoğulmuş uşağın bədən temperaturuna fasiləsiz nəzarət
yenidoğulmuş uşağın lazımi bədən temperaturunu saxlamaq
üçün tibbi avadanlığın iş rejiminin avtomatik tənzimlənməsi
– servokontrol
Vəsait:
tibbi avadanlığın elektron ötürücü ucluğu
ötürücü ucluğu təsbit etmək üçün vasitələr
pambıq kürəciklər
steril tibbi vazelin
antiseptik məhlul (70%-li etil spirti və ya 2%-li xlorheksidin)
Prosedur:
A. Periferik temperaturun ölçülməsi
əlləri yumalı və antiseptik məhlulla işləməli
termometrin ötürücü ucluğunu 70%-li spirtlə işləməli
ötürücü ucluğu qarının dərisində qaraciyər nahiyəsində təsbit
etməli
monitorun göstəricilərinə nəzarət etməli
B. Mərkəzi temperaturun ölçülməsi
əlləri yumalı və antiseptik məhlulla işləməli
termometrin ötürücü ucluğunu 70%-li spirtlə işləməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
27
termometrin ötürücü ucluğuna vazelin sürtməli
uşağı kürəyi və ya böyrü üstə uzandırmalı
termometrin ötürücü ucluğunu ehtiyatla düz bağırsağa
2-3 sm dərinliyinə yeritməli
ötürücü ucluğun məftillərini dəridə təsbit etməli
monitorun göstəricilərinə nəzarət etməli
C. Servokontrol ilə temperaturun ölçülməsi
əvvəlcədən inkubator və ya şüalandırıcı istilik mənbəyini əl
ilə tənzimləməli
əlləri yumalı və antiseptik məhlulla işləməli
termometrin ötürücü ucluğunu 70%-li spirtlə işləməli
ötürücü ucluğu qarnın dərisində qaraciyər nahiyəsində təsbit
etməli (dərinin zədələnmiş nahiyələrində təsbit etməməli)
inkubator və ya şüalandırıcı istilik mənbəyində servokontrol
rejimi seçməli
yenidoğulmuşun dərisinin arzuolunan temperaturunu
göstərməli
monitorda yenidoğulmuşun bədən və tibbi avadanlığın
temperatur göstəricilərinə nəzarət etməli
Fəsadlar və səhvlər
Mexaniki zədələnmələr:
düz bağırsağın ötürücü ucluğun təsbit olunduğu yerində
dərinin servokontrol zamanı düzgün temperatur
verilməməsi nəticəsində hipo- və ya hipertermiya
Ölçmədə səhvlər:
ötürücü ucluğun qeyri-düzgün vəziyyəti və təsbiti
avadanlığın nasazlığı
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Нipotermiyalı
yenidoğulmuş
Uşaqda istiliyin saxlanması üçün (istilik zənciri) ümumi tədbirləri
təmin etməli
İnkubatorun temperaturunu yenidoğulmuş uşağın qoltuqaltı temperaturundan
1-1,5°С yuxarı təyin etməli, tədricən onu 36,5°С-yə qədər artırmalı
Bədən temperaturu 36,5°С-yə çatana qədər qoltuqaltı temperaturu hər
30 dəqiqədən bir, sonrakı 4 saatda hər bir saatdan, sonralar hər
2-3 saatdan bir ölçməli
Normal temperatur əldə edildikdən sonra inkubatoru avtomatik rejimə
keçirmək və ya inkubatorda havanın temperaturunu uşağın yaşından və
kütləsindən asılı olaraq təyin etməli
Aşkar hipotermiya hallarında (mərkəzi temperatur <35°С) isitmənin əlavə
vasitələrindən (şüalandırıcı istilik mənbəyindən, qızdırıcılı döşəkdən və s.)
istifadə etməli
Əlavə 2
•
əgər uşaqda şok və ya tənəffüs pozulması əlamətləri varsa, daha ehtiyatla isitməli
•
hipoksiya zamanı oksigen və adekvat ventilyasiyanı təmin etməli
•
aşkar asidoz zamanı (рН <7,20) natrium hidrokarbonat yeritməli
•
v/d yeridilən məhlulları isitməli və hipoqlikemiyanın korreksiyası üçün
v/d qlükoza yeritməli
•
aşağı arterial təzyiq zamanı (isidilmə zamanı qan damarlarının genişlənməsi
mümkündür) v/d məhlulların yeridilməsi və damardaraldıcı dərmanların
təyini
•
hiperbilirubinemiya zamanı lazımdırsa, fototerapiyaya başlamalı
•
əgər lazımdırsa, apnoe və/və ya qıcolmaları müalicə etməli
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
29
Нipertermiyalı
yenidoğulmuş
Yenidoğulmuş uşağın isidilməsinin bütün xarici istilik mənbələrini
uzaqlaşdırmalı (söndürməli)
Qızmanın mümkün xarici səbəbini (qızdırıcı qurğudan düzgün istifadə
olunmur, otağın temperaturu çoxdur, birbaşa günəş şüaları və s.) təyin
etməli və uzaqlaşdırmalı
Uşağın bələyini açmalı, soyundurmalı
Hipertermiyanın başqa səbəbləri haqqında düşünməli, yəni infeksiya,
dehidratasiya, mərkəzi sinir sisteminin zədələnməsi və s.
Uşağı soyudarkən qoltuqaltı temperaturu hər 30 dəqiqədən bir, bədən
temperaturu normallaşdıqdan sonra isə hər 2-3 saatdan bir ölçməli
•
Arterial təzyiqə, orqanizmin hidratasiyasına nəzarət etməli, lazım
gələrsə, itirilən mayenin yerini doldurmalı
•
Mümkündürsə, yenidoğulmuş uşağın qanında qlükozanı,
elektrolitləri təyin etməli
•
Apnoe və ya qıcolma olduqda, onları müalicə etməli
Nəm, sərin salfeti uşağın başına qoymalı (mümkündür)
V/d birdəfəlik doza 10-15 mq/kq, oral və ya rektal – 20-25 mq/kq
parasetamol əgər:
• qoltuqaltı temperatur >39°С
• qıcolmalar, koma varsa
• uşağın anamnezində qoltuqaltı temperatur >38,5°С zamanı
qıcolmalar olubsa
Əlavə 3
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
30
Ədəbiyyat
1.
Agarwal S, et al. Human touch vs axillary digital thermometry for
detection of neonatal hypothermia at community level // J Trop Pediatr.
– 2007. - 54(3). – p 200-201.
2.
Alessandrini E.A. Textbook of Pediatric Emergency Medicine. - fourth
ed. – Lippincott, Williams & Wilkins, 2000. – 1632 p.
3.
Anderson G. C, Moore E. R, Bergman N. Early skin to skin contact for
mothers and their healthy newborn infants /
The Cochrane
Collaboration. – Issue 5. – John Wiley&Sons, Ltd, 2012. - 109 p. –
available:
http://onlinelibrary.wiley.com/doi/10.1002/14651858.CD003519.pub3/pdf
(11.06
.2013)
4.
Asakura H. Fetal and neonatal thermoregulation // J. Nippon Med. Sch.
– 2004. -71. - p 360-370.
5.
Bachman E.S, et al. BetaAR signaling required for diet-induced thermo
genesis and obesity resistance // Science. – 2002. - Vol. 297. - no.5582.
- p 843-845.
6.
Bergman N.J, Linley L.L, Fawcus S.R. Randomized controlled trial of
skin-to-skin contact from birth versus conventional incubator for
physiological stabilization in 1200- to 2199-gram newborns // Acta
Paediatr. – 2004. - 93(6). - p 779-785.
7.
Bergstrom A, Byaruhanga R, Okong P. The impact of newborn bathing
on the prevalence of neonatal hypothermia in Uganda: a randomized,
controlled trial // Acta Paediatr. – 2005. - 94(10). - p 1462-1467.
8.
Craig, J. V, et al. Temperature measured at axilla compared with
rectum in children and young people: Systematic review // British
Medical Journal. – 2000. Apr 29. - 320 (7243). – p 1174-1178.
9.
Cramer K, et al. Heat loss prevention: a systematic review of occlusive
skin wrap for premature neonates // J. Perinatol. – 2005. - 25. - p 763-
769.
10.
Darmstadt G.L, et al. Introduction of community-based skin-to-skin
care in rural Uttar Pradesh, India // J Perinatol. – 2006. - 26(10). - p
597-604.
11.
Dollberg S, et al. Maturation of thermal capabilities in preterm infants
// Am J Perinatol . - 2000. -17. - p 47-50.
12.
Essential Newborn Care. Maternal and Newborn Health/Safe
Motherhood: Report of a Technical Working Group. (Trieste, 25-29
April 1994). – Geneva.: WHO, 1996. - 19 p.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
31
13.
Flenady V. J, Woodgate P.G. Radiant warmers versus incubators for
regulating body temperature in newborn infants: Cochrane Review /
The Cochrane Library. - issue 3. – 2003.
14.
Gray P.H, Flenady V. Cot-nursing versus incubator care for preterm
infants: Cochrane Review / The Cochrane Library. - issue 3. – 2003.
15.
Guidelines for perinatal care / American Academy of Pediatrics &
American College of Obstetricians and Gynecologists. - 4th ed. – 1997.
- 441 p.
16.
Kuroshima A. Brown adipose tissue thermo genesis as a physiological
strategy for adaptation // Japan J Physiol. – 1993. - p 43-117.
17.
Low Birthweight: Country, Regional and Global Estimates // United
Nations Children’s Fund and World Health Organization. – New York.
– 2004. – 27p.
18.
Мaura Galligan, et al. Skin-to-Skin Treatment of Neonatal Hypotermia
// The American Journal of Maternal/Child Nursing. – 2006. - Volume
31. - Number 5 September/ October. – p 298 -304.
19.
McCall E.M, et al. Interventions to prevent hypothermia at birth in
preterm and/or low birthweight infants // Cochrane Database Syst Rev.
– 2008. - 1.
20.
Nayeri F, Nili F. Hypothermia at birth and its associated complications
in newborns:follow up study // Iranian J Publ Health. – 2006. - 35(1). -
p 48-52.
21.
Sinclair J.C. Servo-control for maintaining abdominal skin temperature
at 36C in low birth weight infants: Cochrane Review / The Cochrane
Library. - issue 3. - 2003.
22.
Thermal Protection of the Newborn: a Practical Guide / Maternal health
and safe motherhood programme. – Geneva, 1997. – 64p.
23.
Van Sleuwen B.E, et al. Swaddling: a Systematic Review // Pediatrics.
– 2007. - 120(4). - p 1097-1106.
24.
Vohra S, et al. Heat loss prevention (HeLP) in the delivery room: a
randomized controlled trial of polyethylene occlusive skin wrapping in
very preterm infants // J. Pediatr. – 2004. - 145. - p 750-753.
25.
Zayeri F, et al. Incidence and risk factors of neonatal hypothermia at
referral hospitals in Tehran, Islamic Republic of Iran // East Mediterr
Health J. – 2007. - 13(6). - p 1308-1318.
26.
Zayeri F, et al. Hypothermia in Iranian newborns. Incidence, risk
factors and related complications // Saudi Med J. – 2005. - 26(9). - p
1367-1371.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
32
27.
Zeb A, Darmstadt GL. Sclerema neonatorum: a review of
nomenclature, clinical presentation, histological features, differential
diagnoses and management // J Perinatol. – 2008. - 28(7). - p 453-460.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Document Outline - XBT-10 ÜZRƏ TƏSNİFAT:
- P80 Yenidoğulmuşların hipotermiyası
- Р80.0 Soyuq travması sindromu
- Р80.8 Yenidoğulmuşların digər hipotermiyası
- P80.9 Yenidoğulmuşların dəqiqləşdirilməmiş hipotermiyası
- P81 Yenidoğulmuşların istilik tənziminin digər pozğunluğu
- P81.0 Yenidoğulmuşların xarici mühit faktorlarının törətdiyi hipotermiyası
- P81.8 Yenidoğulmuşların istilik tənziminin digər dəqiqləşdirilmiş pozğunluqları
- P81.9 Yenidoğulmuşların istilik tənziminin dəqiqləşdirilməmiş pozğunluğu
1000>
Dostları ilə paylaş: |