AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə25/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

17. Birinci pillə basqılı süzgəclərin normal iş rejimində suyun kationitdən süzülmə sürəti onun ümumi codluğundan asılı olaraq aşağıda göstərilənlərdən çox olmayaraq qəbul edilməlidir:

qr-ekv/m3-ə bərabər və daha az - 25 m/st;

5 qr-ekv/m3- dən çox, 10 qr-ekv/m3-ə qədər - 15 m/st;

10 qr-ekv/m3- dən çox, 15 qr-ekv/m3- ə qədər- 10 m/st.



Q e y d. Süzgəclər regenerasiya, yaxud təmirə dayandırıldıqda süzmə sürətinin qısa zaman üçün göstərilənlərdən 10 m/st artıq olmasına yol verilir.

 

18. Süzmə prosesində basqılı kationit süzgəclərindəki basqı itkisi süzgəcin kommunikasiyalarında, drenajda və kationitin özündə baş verən itkilərin cəmindən ibarət təyin edilməlidir. Süzgəcdə basqı itkisi cədvəl 3-ə əsasən qəbul edilməlidir.



19. Açıq kationit süzgəclərində yük üstündəki su layının hündürlüyü 2,5-3 m qəbul edilməli, süzmə sürəti isə 15 m/st-dan çox olmamalıdır.

Cədvəl 3.



İriliyi 0,5-1,1 mm və ya 0,8-1,2 mm olan kationit layının hündürlüyü, m

Aşağıdakı süzmə sürətlərində (m/st) basqılı kationit süzgəclərində basqı itkisi, bar







5

10

15

20

25

2

2,5


0,4

0,45


0,5

0,55


0,55

0,6


0,6

0,65


0,7

0,75


20. Kationiti yumşaltmaq üçün verilən suyun intensivliyi onun dənələrinin iriliyi 0,5-1,1 mm olduqda 4 l/s.m2, 0,8-1,2 mm olduqda isə 5 l/s.m2 qəbul edilməlidir. Yumşaltmanın davametmə müddəti 20-30 dəq-ə qəbul edilir. Suyun kationiti yumşaltmaq üçün verilməsi maddə 9.2.12.23-nin göstərişlərinə əsasən nəzərdə tutulmalıdır.

21. Kationit süzgəclərinin yükünün regenerasiyası texniki xörək duzu ilə aparılmalıdır. Birinci pillə natrium-kationit süzgəcinin bir regenerasiyası üçün xörək duzunun sərfi (9) düsturu ilə hesablanmalıdır.

burada fk- bir süzgəcin sahəsi, m2;



Hk- süzgəcdə kationit layının hündürlüyü, m (maddə 16);

- kationitin işçi mübadilə tutumuqr-ekv/m3 (maddə 15);

ad- kationitin 1 qr-ekv işçi mübadilə tutumuna duzun xüsusi sərfi olub, ikipilləli sxemdə birinci pillə süzgəclər üçün 120-150 qr/qr-ekv, bir pilləli sxemdə isə150-200qr/qr-ekvqəbul edilir.

Yumşaldılmış suyun codluğu duzun müxtəlif xüsusi sərflərində şəkil 1-dəki qrafiklərdə göstərilmişdir.

Birinci pillə süzgəclər üçün regenerasiya məhlulunun qatılığı 5-8% qəbul edilməlidir.

Birinci pillə kationit süzgəclərində regenerasiya məhlulunun süzülmə sürəti 3-4 m/st qəbul edilməlidir; kationiti yumaq üçün xam suyun süzülmə sürəti 6-8 m/st, yuma suyunun xüsusi sərfi 1 m3 kationitə 5-6 m3 qəbul edilir.

 

 

22. İkinci pillə natrium-kationit süzgəclər 20 və21-ci maddələrin göstərişlərinə əsasən hesablanmalıdır. Hesabatda aşağıdakı parametrlər qəbul edilməlidir: kationit layının hündürlüyü-1,5 m; süzmə sürəti-≤ 40 m/st; ikinci pillə süzgəclərdə kationitin regenerasiyasına duzun xüsusi sərfi 300-400 qr 1 qr-ekv tutulmuş codluq kationları hesabına; regenerasiya məhlullarının qatılığı-8-12%.

İkinci pillə süzgəclərindəki basqı itkisi 1,3-1,5 bar qəbul edilməlidir.

İkinci pillə süzgəclərinin kationitini yumaq üçün birinci pillə filtratından istifadə edilməlidir.

İkinci pillə süzgəclər hesablanarkən onlara daxil olan suyun codluğu 0,1 qr-ekv/m3, kationitin işçi udma tutumu 250-300 qr-ekv/m3 qəbul edilməlidir.

23. Yüksək minerallı suları yumşaltmaq üçün müvafiq əsaslandırma olduqda əks axınlı, yaxud pilləli əks axınlı natrium-kationlamadan istifadə edilməsinə yol verilir.

24. Hidrogen-natrium-kationlama üsulu codluq kationlarının (kalsium və maqnezium) çıxarılması ilə eyni vaxtda suyun qələviliyinin də azaldılması üçün istifadə edilməlidir.

Bu üsul yeralti suların və bulanıqlığı 5-8 mq/l-dən, rəngliliyi 300-dən çox olmayan yerüstü suların emalında tətbiq edilməlidir.

Suyun yumşaldılması aşağıdakı sxemlərlə həyata keçirilməlidir:

ümumi codluğu 0,1 qr-ekv/m3 və qalıq qələviliyi 0,4 qr-ekv/m3 olan su almağa imkan verən paralel hidrogen-natrium-kationlama; belə hallarda xam suda xloridlərin və sulfatların miqdarı 4 qr-ekv/m3-dan və natrium 2 qr-ekv/m3-dan çox olmamalıdır;

hidrogen-kationit süzgəclərinin “qıt regenerasiya” ilə ardıcıl hidrogen-natrium-kationlama;belə hallarda filtratın ümumi codluğu 0,01 qr-ekv/m3, qələviliyi isə 0,7 qr-ekv/m3təşkil edəcəkdir;

“qıt regenerasiya” ilə hidrogen-kationlama və sonradan öz-özünə regenerasiya olunan bufer kationit süzgəclərində süzmə; belə hallarda filtratın ümumi codluğu xam suyun qeyri-karbonat codluğundan 0,7-1,5 qr-ekv/m3 çox, qələviliyi isə 1,5 qr-ekv/m3 olacaqdır. Qalıq codluq, qələvilik və pH-ın təyin edilmiş ciddi bir çərçivədə saxlanılması tələb edilməyən hallarda bufer kationit süzgəclərinin nəzərdə tutulmamasına yol verilir. Bufer süzgəclərinin regenerasiyasının texniki xörək duzu ilə aparılmasının mümkünlüyü nəzərdə tutulmalıdır.



25. Suyun paralelhidrogen-natrium-kationlama ilə yumşaldılmasında hidrogen-kationit və natrium-kationit süzgəclərinə verilən su sərflərinin nisbəti (10) və (11) düsturları ilə hesablanmalıdır:

hidrogen-kationit süzgəclərinə verilən su sərfi,



natrium-kationit süzgəclərinə verilən su sərfi,

 

burada qf- hidrogen-natrium-kationit qurğusunun faydalı məhsuldarlığı, m3/st;



və - müvafiq olaraq hidrogen-kationit və natrium-kationitsüzgəclərinin faydalı məhsuldarlığı, m3/st;

Q0-xam suyun qələviliyi, qr-ekv/m3;

Qy- yumşaldılmış suyun tələb olunanqələviliyi, qr-ekv/m3;

A-yumşaldılmış suda güclü turşuların anionlarının (sulfatların,xloridlərin, nitratların və s.) cəmidir, qr-ekv/m3.

Q e y d:

1. Hidrogen-kationit süzgəclərinatrium-kationit süzgəcləri kimi istifadə oluna bilərlər. Bunun üçün iki-üç hidrogen-kationit süzgəcinin texniki xörək duzu ilə regenerasiya edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.

2.Boru kəmərləri və süzgəclərin hesabatı hidrogen-kationit süzgəclərinə maksimal yük,suyun maksimal qələviliyinə (Q) və onda güclü turşuların anionlarının minimal miqdarına (A) aparılmalıdır; natrium-kationit süzgəclərinin maksimal yüklənməsinə, suyun minimal qələviliyinə və onda güclü turşuların anionlarının maksimal miqdarına aparılmalıdır.

26. Hidrogen-kationit süzgəclərində kationitin həcmi, (12) düsturu ilə hesablanmalıdır.

Natrium-kationit süzgəclərində kationitin həcmi, , (13) düsturu ilə hesablanmalıdır.



burada C0- yumşaldılmış suyun ümumi codluğu, qr-ekv/m3;



n- hər süzgəcin bir gündə regenerasiyalarının sayı (maddə 14);

-hidrogen-kationitin işçi mübadilə tutumu, qr-ekv/m3;

 -natrium-kationitin işçi mübadilə tutumu, qr-ekv/m3;

CNa- suda natriumun qatılığıdır, qr-ekv/m3 (maddə 15).

27. Hidrogen-kationit süzgəclərində kationitin işçi mübadilə həcmi (14) düsturu ilə hesablanmalıdır.

burada - hidrogen-kationitin regenerasiyasının effektivlik əmsalı (cədvəl 4);



C- kalsium, maqnezium, natrium və kaliumkationitlərinin sudakı ümumi miqdarı,

qr-ekv/m3;

q- regenerasiyadan sonra kationitin yuyulmasına xüsusi su sərfi(1 m3 kationitə 4-5 m3 su hesabı ilə);

Et - neytral mühitdə kationitin pasport göstəricilərinə görə tam əvəzetmə tutumudur, qr-ekv/m3.

Cədvəl 4.



Kationitin qr/qr-ekv işçi əvəzetmə tutumu hesabına regenerasiyasına sulfat turşusunun xüsusi sərfi

50

100

150

200

Hidrogen-kationitin regenerasiyasının effektivlik əmsalı

0,68

0,85

0,91

0,92

Pasport göstəriciləri olmadıqda Et maddə 15-ə əsasən qəbul edilməlidir.

28. Hidrogen-kationit və natrium kationit süzgəclərinin sahəsi (15) düsturları ilə hesablan-malıdır.

burada Hk- süzgəcdə kationit layının hündürlüyüdür (maddə 16-nın göstərişlərinə əsasən qəbul edilir).

Hidrogen-kationit süzgəclərində basqı itkisi, yumşaltma intensivliyi və süzmə sürəti 18-20 maddələrinin göstərişlərinə əsasən qəbul edilməlidir.

29. Bütün gündönümü ərzində işləyən işçi hidrogen-kationit və natrium-kationit süzgəclərinin sayı ikidən az olmamalıdır.

Hidrogen-kationit süzgəclərinin sayı altıya qədər olduqda bir, bundan çox olduqda isə iki ehtiyat süzgəc qəbul edilməlidir. Ehtiyat natrium-kationit süzgəclərinin qoyulmasına ehtiyac yoxdur. Lakin maddə 25-in qeydinə əsasən ehtiyat hidrogen-kationit süzgəclərindən natrium-kationit süzgəcləri kimi istifadə edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.



30. Hidrogen-kationit süzgəclərinin regenerasiyası 1-1,5%-li sülfat turşusu məhlulu ilə yerinə yetirilməlidir. Sulfat turşusunun bilavasitə süzgəclərdən qabaq ejektorda su ilə qarışdırılaraq göstərilən qatılığa çatdırılmasına yol verilir.

Regenerasiya məhlulu kationit layından ən azı 10 m/st sürətlə keçirilməlidir. Sonra kationit layı yuxarıdan aşağı istiqamətdə ondan 10 m/st sürətlə keçirilən yumşaldılmamış su ilə yuyulmalıdır.

Yuma prosesi süzgəcin turşuluğu yumaya verilən sudakı sulfatların və xloridlərin miqdarları cəminə bərabər olana qədər davam etdirilməlidir.

Yuma suyu həcminin birinci yarısı neytrallaşdırmaya, xüsusi toplayıcı tutumlara və s., ikinci yarısı isə kationiti yumşaldanda istifadə etmək məqsədilə bunun üçün nəzərdə tutulmuş çənlərə yönəldilməlidir.



Q e y d. Əsaslandırma olduqda hidrogen-kationit süzgəclərini regenerasiya etmək üçün xlorid və azot (KU-2 kationiti üçün) turşularından istifadəyə yol verilir.

31. Hidrogen-kationit süzgəcinin bir regenerasiyasına sərf olunan 100%-li turşunun kiloqramla miqdarı (16) düsturu ilə hesablanır.

burada - kationitin regenerasiyası üçün turşunun xüsusi sərfi olub (qr/qr-ekv) filtratın tələb olunan codluğundan asılı olaraq şək.2-dən təyin edilə bilər.



32. Qatı turşuölçən və su qatılmış turşu məhlulu çəninin (əgər su turşuya süzgəcdən əvvəl qarışdırılmırsa) həcmləri, işçi hidrogen-kationit süzgəclərinin sayı dördə qədərdirsə bir və dörddən çox olduqda iki süzgəcin regenerasiyasına hesablanmalıdır.

Şək.2. Hidrogen-kationlama ilə yumşaldılan suyun ümumi codluğunu təyin etmək üçün əyrilər



33. Turşuları dozalamaq və nəql etdirmək üçün boru kəmərləri və aparatlar turşularla işlədikdə təhlükəsizlik texnikası qaydaları nəzərə alınmaqla layihələndirilməlidir.

34. Karbon qazının hidrogen-kationlama,yaxud hidrogen- və natrium-kationlamadan keçmiş su qarışığından çıxarılması ölçüsü 25x25x4 mm olan turşuyadavamlı saxsı, yaxud dörd yanlı uzun ağac xordalı taxmalarla yüklənmiş deqazatorlarda yerinə yetirilməlidir.

Deqazatorun en kəsik sahəsi saxsı taxmalar olduqda 60 m3/(st.m2), xordalı ağac taxmalar olduqda isə 40 m3/(st.m2) suvarma sıxlığına hesablanmalıdır.

Deqazatorun ventilyatoru 1 m3 suya 15 m3 hava verilməsini təmin etməlidir. Ventilyatorun yaradacağı basqı saxsı taxmaların müqaviməti nəzərə alınmaqla hesablanmalıdır. Bu müqavimət 1 m saxsı taxma hündürlüyünə 0,003 bar, xordalı ağac taxmalar üçün isə 0,001 bar qəbul edilir. Digər müqavimətlərin qiyməti 0,003-0,004 barqəbul edilməlidir.

Kationlanan suda karbon qazının miqdarını yetərincə azaltmaq üçün taxma layının tələb olunan hündürlüyü sudakı sərbəst karbon qazının (17) düsturu ilə hesablanan miqdarından asılı olaraq cədvəl 5-ə əsasən qəbul edilməlidir.



burada (CO2)s- emal olunan suda sərbəst karbon qazının miqdarı, qr/m3;



Q0 - emal olunan suyun qələviliyidir, qr-ekv/m3.

Cədvəl 5.



Deqazatora verilən suda (CO2)-nin miqdarı, qr/m3

Deqazatorda taxma layının hündürlüyü, m







turşuya davamlı saxsı

xordalı ağac

1

2

3

50

100


150

200


250

300


3

4

4,7



5,1

5,5


5,7

4

5,2


6

6,5


6,8

7


35. Hidrogen-kationit süzgəclərinin “natamam” regenerasiyası ilə işləyən və suyu ardıcıl hidrogen-natrium-kationlama ilə yumşaldan qurğu layihələndirilərkən aşağıdakılar qəbul edilməlidir:

a) hidrogen-kationit süzgəclərindən sonra filtratın (18) düsturu ilə hesablanan codluğu



burada (Cl-)və- yumşaldılmış sudaxloridlərin və sulfatların miqdarı, qr-ekv/m3;



Qq-hidrogen-kationit süzgəclərinin filtratının qalıq qələviliyi, 0,7-1,5 qr-ekv/m3;

(Na+) - yumşaldılmış sudanatriumun miqdarıdır, qr-ekv/m3.

b) hidrogen-kationit süzgəclərinin “natamam” regenerasiyasına turşu sərfi - sudan çıxarılan 1 qr-ekv karbonat codluğuna 50 qr;

c) “natamam” regenerasiya zamanı kationitlərin ionuna görə “şərti” mübadilə tutumu (filtratın qələviliyinin artma momentinə qədər) CK-1 sulfokömür üçün – 250-300 qr-ekv/m3, KB-4 kationiti üçün – 500-600 qr-ekv/m3.



36. Hidrogen-kationit süzgəclərinin turşunun artıq dozalarında regenerasiyası zaman ardıcıl hidrogen-natrium-kationlaşdırma sxemində, natrium-kationit süzgəcinə turş suyun düşməsinin qarşısını almaq üçün yumşaldılmamış, lakin şəffaflandırılmış suyun hidrogen-kationit süzgəclərinin filtrat axınına deqazatorlardan əvvəl verilməsi nəzərdə tutulmalıdır.

37. Turş su, yaxud filtratla görüşənaparatlar, boru kəmərləri və armatur korroziyadan müdafiə olunmalı, yaxud korroziyaya uğramayan materiallardan hazırlanmalıdır.

38. Paralelhidrogen-natrium-kationlaşdırmada ionit süzgəclərinin əsaslandırıldıqda əks axınlı, yaxud pilləli-əks axınlı sxemlə regenerasiyasının nəzərdə tutulmasına yol verilir.

39. İonit yumşaldıcı qurğuların işlənmiş regenerasiya məhlulları yerli şəraitdən asılı olaraq toplayıcılara, məişət, yaxud istehsalat kanalizasiyasına axıdılmalıdır; bu suların qatı hissəsindən təkrar istifadənin mümkünlüyü də nəzərdə tutulmalıdır.

İşlənmiş məhlullar ortalaşdırıldıqdan sonra kanalizasiyaya axıdılmazdan əvvəl ehtiyac olduqda neytrallaşdırılmalıdır. Belə hallarda kalsium karbonat çöküntüləri və magnezium iki oksid sudan çökdürülmə ilə ayrılmalı və toplayıcıya nəql etdirilməlidir.

Natrium xloridin şəffaflandırılmış məhlulları (natrium-kationit süzgəclərinin regenerasiyasından yaranan tullantı sularından) natrium-kationit süzgəclərinin regenerasiyasında təkrar istifadə edilməlidir (ehtiyac olduqda neytrallaşdırıldıqdan sonra).

Əlavə 8

(tövsiyə edilən)

 

Suyun şirinləşdirilməsi və duzsuzlaşdırılması



İon əvəzetmə

 

1. İon əvəzetmə ilə suyun duzsuzlaşdırılması suda duzun miqdarı 1500-2000 mq/l və xlorid və sulfatların cəm miqdarı 5 mq-ekv/l-dən çox olmadıqda istifadə edilməlidir.

İonit süzgəclərinə yönəldilən suda asılı maddələrin miqdarı ≤ 8 mq/l, rənglilik ≤ 300və permanqanat oksidləşməsi ≤ 7 mqO/l olmalıdır.

Bu tələblərə cavab verməyən su ilkin emal edilməlidir.



2. Bir pilləli ionəvəzetmə ilə suyun duzsuzlaşdırılması onun hidrogen-kationit və zəif əsaslı anionitdən ardıcıl süzülməsi, sonra deqazatorlarda süzülmüş sudan karbon qazının çıxarılması ilə həyata keçirilməlidir.

Bir pilləli sxemlə emal olunan suda duzun ümumi miqdarı 20 mq/l-dən çox olmamalıdır (xüsusi elektrik nəqletmə qabiliyyəti 35-45 mkOm/sm), belə hallarda silisium oksidinin miqdarı azalmır.



3. Duzsuzlaşdırmanın iki pilləli sxemində nəzərdə tutulmalıdır: birinci pillə hidrogen-kationit süzgəcləri; zəif əsaslı anionitlə yüklənmiş birinci pillə anionit süzgəcləri; ikinci pillə hidrogen-kationit süzgəcləri; karbon qazını kənar etmək üçün deqazatorlar; silikat turşusunu kənar etmək üçün güclü əsaslı anionitlə yüklənmiş ikinci pillə anionit süzgəcləri.

İki pilləli sxemlə emal edilən suda duzun miqdarı 0,5 mq/l-dən (xüsusi elektriknəqletmə qabiliyyəti 1,6-1,8 mkOm/sm) və silikat turşusu 0,1 mq/l-dən çox olmamalıdır.



4. Suyun üç pilləli duzsuzlaşdırılma sxemində 3 maddəsində göstərilən sxemə əlavə olaraq yüksək turşulu kationit və yüksək əsaslı anionitdən ibarət qarışıq yüklü üçüncü pillə süzgəc nəzərdə tutulmalıdır.

Üç pilləli sxemlə emal edilmiş suda duzun miqdarı 0,1 mq/l-dən (xüsusi elektriknəqletmə qabiliyyəti 0,3-0,4 mkOm/sm) və silikat turşusu 0,02 mq/l-dən çox olmamalıdır.



5. Birinci pillə hidrogen-kationit süzgəcləri əlavə 7-nin 26,27-ci maddələri, deqazatorlar əlavə 7-nin 34-cü maddəsinə əsasən hesablanmalıdır.

Müvafiq əsaslandırma olduqda birinci pillə hidrogen-kationit süzgəclərinin əks axınlı, yaxud pilləli-əks axınlı ionlama sxemi ilə regenerasiyası nəzərdə tutulmalıdır.



6. İkinci pillə hidrogen-kationit süzgəcləri üçün nəzərdə tutulmalıdır: süzmə sürəti- 50 m/st-a qədər; kationit layının hündürlüyü – 1,5 m; 100%-li sulfat turşusunun xüsusi sərfi – 1 qr-ekv udulan kationlara 100 qr; sulfokömürün udma tutumu – 200 qr-ekv/m3, KU-2 kationitinin udma tutumu – 400-500 qr-ekv/m3; regenerasiyadan sonra kationitin yuyulmasına su sərfi – 1 m3 kationitə 10 m3. Yuma birinci pillə anionit süzgəclərindən keçmiş su ilə aparılmalıdır.

İkinci pillə kationit süzgəclərinin yuyulmasından alınan su birinci pillə hidrogen-kationit süz-gəclərinin yükünün yumşaldılması və onlara regenerasiya məhlulu hazırlamaq üçün istifadə olun-malıdır. İkinci pillə hidrogen-kationit süzgəclərinin regenerasiya və yuyulmasının davametmə müddəti 2,5-3 st qəbul edilməlidir.



7. Birinci pillə anionit süzgəclərinin süzmə sahəsi (1) düsturu ilə hesablanmalıdır.

burada Q1- birinci pillə anionit süzgəclərin qurğunun sonrakı pillələrinin öz ehtiyaclarına su sərfi də nəzərə alınmaqla məhsuldarlığı, m3/sut.;



n- birinci pillə anionit süzgəclərin sutka ərzində regenerasiya sayı (1-2 qəbul edilir);

v- hesabi süzmə sürətim/st (4 m/st-dan az və 30 m/st-dan çox qəbul edilmir);

T- regenerasiyalar arası hər bir süzgəcin işləmə müddəti (düstur (2) ilə hesablanır);

burada - süzgəclərin regenerasiyası üçünbütün əməliyyatların ümumi davametmə müddəti olub 5 st qəbul edilir (yumşaltma- 0,25 st, regenerasiya-1,5 st, anionitin yuyulması-3-3,25 st).

Birinci pillə anionit süzgəclərində anionitin həcmi (3) düsturu ilə hesablanır.

burada C0- xam suda sulfat, xlorid və nitrationlarının miqdarının cəmi, qr-ekv/m3;



E-güclü turşuların göstərilən anionlarına görə anionitin işçi əvəzetmə tutumu, 1 m3 anionitə qr-ekv-lə, anionitin pasport göstəricilərinə əsasən qəbul edilir; belə göstəricilər olmadıqda AH-31 və AB-17 anionitləri üçün 600-700 qr-ekv/m3 qəbul edilməsinə yol verilir.

Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin