17.6. İsitmə və havalandırma
17.6.1. İstehsalat otaqlarında lazımi hava dəyişməsi açıq tutum qurğularından, avadanlıqdan, armatur və kommunikasiyalardan ayrılan zərərli maddələrin miqdarına hesablanmalıdır. Ayrılan zərərli maddələrin miqdarı layihənin texnoloji hissəsinin göstəricilərinə əsasən qəbul edilməlidir. Bu göstəricilər olmadıqda fəaliyyətdə olan oxşar qurğuların tədqiqindən alınmış nəticələr istifadə olunmalıdır. Oxşarı olmayan qurğular üçün hava dəyişmə mislinə görə tələb olunan havanın miqdarının cədvəl 45-ə əsasən hesablanmasına yol verilir.
17.6.2 Xlordozalayıcı otaqlardan havanın fasiləsiz işləyən ventilyasiya avadanlığı ilə atılması hündürlüyü 15 m radiusda olan binaların ən hündür dam örtüyündən 2 myuxarı qalxan, xlor-sərf anbarlarında fasiləsiz işləyən və qəza ventilyasiya vasitələri ilə isə hündürlüyü torpaq səviyyəsindən 15 m olan boru vasitəsilə həyata keçirilməlidir. Ehtiyac olduqda atılan havanın təmizlənməsi nəzərdə tutulmalıdır.
Cədvəl 45. Su təchizatı qurğularındakı bina və otaqlarda hava dəyişmə misli və temperaturun qiymətləri
Qurğular və otaqlar
|
İsitmə sistemi üçün havanın temperaturu,0C
|
1 st-da hava-dəyişmə misli
|
İstehsalat proseslərinin sanitar xarakteristikasının qrupu
|
Yandan işıqlandırma zamanı təbii işıqlan-dırmanın normalaşdırılan əmsalı TİƏ
|
Süni işıq-landırmada işıqlanma LK
|
|
|
|
vurulma
|
sorma
|
|
|
|
1. Suqəbuledici qurğuların maşın zalı
|
5
|
1
|
1
|
I-b
|
0,3
|
75
|
2. Nasos stansiyalarının maşın zalı
|
5
|
istilik ayrılmasına görə hesabatla
|
I- b
|
0,3
|
75
|
|
|
|
|
|
|
|
|
3. Sutəmizləyici komplekslər:
a) barabanlı torlar və mikrosüzgəclər şöbəsi
|
5
|
nəm ayrılmasına görə hesabatla
|
I- b
|
0,3
|
75
|
|
b) süzgəclər salonu şöbəsi
|
5
|
|
I- b
|
0,3
|
75
|
|
v) xlor-dozalayıcı, ozonlayıcı
|
16
|
6
|
6
|
II-v
|
0,3
|
75
|
q) amonyak dozalayıcı
|
16
|
6
|
6
|
II- v
|
0,3
|
75
|
4. Məhlulları hazırlamaq üçün reagent təsərrüfatı şöbəsi:
|
|
|
|
|
|
|
a) alüminium sulfat, əhəng südü, heksametafosfat, flüorlu natrium, poliakrila-mid, aktivləşdirilmiş silisium turşusunun
|
16
|
3
|
3
|
II- v
|
0,3
|
75
|
b) dəmir xloridin, hipoxloritin
|
16
|
6
|
6
|
II- v
|
0,3
|
75
|
5. Reagent anbarları:
|
|
nəm ayrılmasına görə hesabatla
|
|
|
|
|
a) alüminium sulfatın, əhəngin, sodanın nəm saxlanılması
|
5
|
|
II-q
|
0,2
|
50
|
|
b) maye xlorun
|
bax qeyd 3
|
6
|
6+6
qəza
|
II- q
|
0,2
|
50
|
v) isidilməyən maye xlorun
|
-
|
-
|
həmçinin
|
II- q
|
0,2
|
50
|
q) amonyakın
|
isidilmir
|
-
|
6
|
II- q
|
0,2
|
50
|
d) aktiv kömürün, fosfatların, sulfokömürün, poliakrilamidin, maye şüşənin, flüor tərkibli reagentlərin
|
5
|
3
|
3
|
II- v
|
0,2
|
50
|
e) sulfat turşusunun
|
5
|
6
|
6
|
II- q
|
0,2
|
50
|
j) dəmir xloridin
|
5
|
6
|
6
|
II- q
|
0,2
|
50
|
Q e y d:
1 .İstehsalat otaqlarında daimi istismar heyəti olduqda onlarda havanın temperaturu 160C-dən az olmamalıdır.
2. Böyük su səthinə malik otaqlarda havanın temperaturu su səthinin temperaturundan ən azı 20C çox qəbul edilməlidir.
3. Maye xlor anbarlarında isitmə sistemi bir qayda olaraq nəzərdə tutulmur. Xlorun sərf anbarında maye xlor qablarından başqa xlor təsərrüfatının istismarı ilə bağlı texnoloji avadanlıq da olduqda havanın 5 0C hesabi temperaturunu təmin etmək üçün isitmə nəzərdə tutulmalıdır.
4. Cədvəl 45-də təbii işıqlandırmanın normalaşdırılan əmsalı MDB ərazisinin III iqlim qurşağı üçün verilmişdir. Digər qurşaqlar üçün əmsalın qiymətləri, həmçinin cədvəl 45-də göstərilməmiş bina və otaqların işıqlandırılmasının hesablanması MCH 2.04-05-95-ə əsasən qəbul edilməlidir.
|
|
17.6.3. Dəmir xlorid məhlulu hazırlanan otaqlarda ümumi ventilyasiya ilə yanaşı dəmir xloridin qablaşdırmadan yuyulub çıxarıldığı boksda havanın yerli ventilyasiya avadanlığı ilə sorulması nəzərdə tutulmalıdır.
17.6.4. Flüorlu natrium məhlulu hazırlanan otaqlarda ümumi ventilyasiya ilə yanaşı flüorlu natriumun çəlləklərdən çıxarıldığı dolablardan havanın yerli ventilyasiya avadanlığı ilə sorulması nəzərdə tutulmalıdır. İşçi keçidlərdə havanın hərəkət sürəti 0,5 m/s-dən az olmamalıdır.
18. Xüsusi təbiət və iqlim şəraitində su təchizatı sistemlərinə əlavə tələblər
18.1. Seysmik rayonlar
18.1.1. Ümumi göstərişlər
18.1.1.1. Bu bölmənin tələbləri 7, 8 və 9 ballı seysmik ərazilərdə su təchizatı sistemləri layihələndirilərkən yerinə yetirilməlidir.
18.1.1.2. 8 və 9 ballı seysmik rayonlarda I kateqoriya su təchizatı sistemləri layihələndiriləndə və II kateqoriya üçün, bir qayda olaraq, ən azı iki su təchizatı mənbəyindən istifadə olunması nəzərdə tutulmalıdır; mənbəyin iki yerində eyni zamanda suyun verilməsində fasiləyə yol verməyən suqəbuledici qurğular inşa etməklə bir yerüstü mənbədən istifadəyə yol verilir.
III kateqoriya su təchizatı sistemləri və müvafiq əsaslandırma olduqda II kateqoriya, həmçinin bütün kateqoriyalardan olan su təchizatı sistemləri üçün 7 ballı seysmik rayonlarda bir su təchizatı mənbəyindən istifadə etməyə yol verilir.
Bütün kateqoriyalardan olan su təchizatı sistemləri üçün 7,8 və 9 ballı seysmik rayonlarda su təchizatı mənbəyi kimi çatlı və karst süxurlarındakı yeraltı sulardan istifadə etdikdə qumlu və çınqıllı qruntlardan yerüstü və ya yeraltı sular ikinci mənbə kimi qəbul edilməlidir.
18.1.1.3. 8 və 9 ballı seysmik rayonlarda bir mənbədən (o cümlədən yerüstü mənbəyin bir kəsiyindən su götürən) su götürən su təchizatı sistemlərindəki tutumlarda yanğın söndürməyə 12.1.4 bəndinə əsasən təyin ediləndən iki dəfə çox həcmdə və qəza qrafikinə görə istehsalatın ehtiyacını ödəyən və təsərrüfat-içmək ehtiyacları üçün hesabi sərfin 70%-i miqdarında ən azı 8 st müddətində və 9 ballı seysmik rayonlarda ən azı 12 st-dan az olmayan müddətdə ödəyən qəza həcmi nəzərdə tutulmalıdır.
18.1.1.4. 9 ballı seysmik rayonlarda eyni vaxtda baş verə biləcək yanğınların sayı 5.2.2, 5.2.12 və 5.2.13 (xarici yanğın söndürməyə su sərfi 15 l/s-dən çox olmayan yaşayış məntəqələri, müəssisələr və ayrıca dayanmış binalar istisna olmaqla) maddələrində göstəriləndən bir ədəd çox qəbul edilməlidir.
18.1.1.5. Su təchizatı sistemlərinin işinin etibarlılığını yüksəltmək üçün aşağıdakıların mümkünlüyü nəzərdə tutulmalıdır: basqılı rezervuarların ərazinin müxtəlif yerlərində yerləşdirilməsi; su-basqı qüllələrinin basqılı rezervuarlarla əvəz edilməsi; sanitar-epidemioloji xidmət orqanları ilə razılaşma olduqda təsərrüfat-içməli, istehsalat və yanğın əleyhinə su kəmərləri arasında bağlantıların yaradılması, həmçinin emal edilməmiş zərərsizləşdirilmiş suyun təsərrüfat-içməli su kəməri şəbəkəsinə verilməsi.
18.1.1.6. Yanğın əleyhinə və təsərrüfat-içməli su təchizatı nasos stansiyalarının istehsalat bina və qurğuları ilə bloklaşdırılmasına yol verilmir.
Nasos stansiyaları su təchizatı bina və qurğuları ilə bloklaşdırıldıqda maşın zalları və elektrik avadanlığı yerləşən otaqların tutum qurğularının kipliyi pozulduqda su ilə basılmasının qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.
18.1.1.7. Torpağa batırılmış nasos stansiyaları rezervuar və boru kəmərlərindən ən azı 10 m məsafədə yerləşdirilməlidir.
18.1.1.8. Sutəmizləyici qurğular komplekslərində tutum qurğuları sayı ikidən az olmayan ayrı-ayrı bloklara bölünməlidir.
18.1.1.9. Sutəmizləyici qurğular kompleksində suyun qurğulardan yan keçərək şəbəkəyə verilməsi üçün keçid xətti (baypas) nəzərdə tutulmalıdır. Keçid xətti digər qurğu və kommunikasiyalardan ən azı 5 m məsafədə çəkilməlidir. Bu zaman şəbəkəyə verilən içməli suyun xlorlanması üçün sadə tərtibat nəzərdə tutulmalıdır.
18.1.1.10. Eyni təyinatlı rezervuarların sayı bir qovşaqda ikidən az olmamalıdır. Hər bir rezervuarın verici və aparıcı boru kəmərləri ilə birləşməsi müstəqil olmalıdır. Qonşu rezervuarlar arasında ümumi əməliyyat kameraları olmamalıdır.
18.1.1.11. Binaların divarlarında və özüllərində boruların sərt möhkəmləndirilməsinə yol verilmir. Boruların keçdiyi deşiklərdə boru səthi ilə divar arasında 10 sm-dən az olmayan məsafə qalmalıdır. Ərazi çökən qruntdan olduqda məsafə şaquli istiqamətdə 20 sm-dən az olmamalıdır. Boru ilə divar arasındakı boşluq sıx elastik materialla doldurulmalıdır.
Nasos stansiyalarının yeraltı hissələrinin və tutum qurğularının divarlarından boru elə keçirilməlidir ki, divar və boru kəmərinin qarşılıqlı seysmik təsiri aradan qaldırılsın. Bu məqsədlə, bir qayda olaraq, kipgəclərdən istifadə edilməlidir.
18.1.1.12. Bina, yaxud qurğulara boru kəmərlərinin girişi və çıxışları, boru kəmərlərinin nasoslara, suqəbuledici quyulara, üfüqi boru kəmərli su-basqı qüllələrinin dik borularına birləşdiyi yerlərdə, həmçinin profilin, yaxud boru kəməri trassasının istiqamətinin kəskin dəyişdiyi yerlərdə boruların bucaq altında və uzununa yerdəyişməsinə yol verən elastik birləşmələr nəzərdə tutulmalıdır.
18.1.2. Sudaşıyıcı borular və şəbəkələr
18.1.2.1. Seysmik rayonlarda sudaşıyıcı borular və şəbəkələr layihələndiriləndə maddə 11.21-də göstərilən və seysmik yüklərin təsiri zamanı etibarlı işi təmin edən boruların bütün növlərindən istifadə etməyə yol verilir. Belə şəraitdə boruların basdırılma dərinliyi bölmə 11-in göstərişlərinə əsasən qəbul edilməlidir.
18.1.2.2. Boruların möhkəmlik sinfi əsas və seysmik təsir zamanı əsas və xüsusi yük birləşmələri nəzərə alınaraq seçilməlidir.
Boruların calaq yerlərinin kompensasiya etmə qabiliyyəti elastik calaq birləşmələri qəbul etməklə təmin edilməlidir.
18.1.2.3. Sudaşıyıcı boruların sayı ikidən az olmamalıdır. Boruların ara birləşmələrinin sayı sudaşıyıcı borularda iki qəzanın baş verməsi şərtinə təyin edilməlidir. Belə şəraitdə təsərrüfat-içməli ehtiyaclarına suyun hesabi miqdarının verilməsində azalma 30%-dən çox olmamalıdır. İstehsalat ehtiyaclarına suyun qəza qrafiki ilə verilməsi təmin olunmalıdır.
III kateqoriya və müvafiq əsaslandırma olduqda II kateqoriya su təchizatı sistemlərində su-daşıyıcı boru kəmərinin bir xətdən ibarət qəbul edilməsinə yol verilir. Belə hallarda tutumların həcmi maddə 12.1.6, yaxud maddə 18.1.1.3-ə əsasən hesablanmış qiymətlərdən böyüyünə müvafiq qəbul edilməlidir. Su kəməri şəbəkələri halqa şəkilli layihələndirilməlidir.
18.1.3. İnşaat konstruksiyaları
18.1.3.1. Qurğu və binaların konstruksiyaları AzDTN 2.3-1 və bu bölmənin tələblərinə əsasən layihələndirilməlidir. Su təchizatı sistemlərinin bina və qurğularının hesabi seysmikliyi cədvəl 46-a əsasən qəbul edilməlidir.
Cədvəl 46.
Cədvəl 42-ə əsasən bina və qurğuların məsuliyyət sinfi
|
İnşaat meydançasının aşağıdakı seysmikliyində (bal) bina və qurğuların hesabi seysmikliyi
|
|
|
7
|
8
|
9
|
I – II
III
|
7
Seysmik təsirlər nəzərə alınmır
|
8
7
|
9
7
|
Q ey d. Bina və qurğular hesabi seysmikliyə uyğun gələn yüklərə hesablanırlar. Zəlzələnin nəticələrinin ləğv edilməsi zamanı işləməsi vacib olan bina və qurğular üçün bu yüklər 1,2 (20%), yerüstü suqəbuledici qurğular üçün isə 1,5 (50%) əmsalına vurulmalıdır.
|
|
18.1.3.2. Tutum qurğuları və binaların yeraltı hissəsi konstruksiyaların öz kütləsi, tutumu dolduran mayenin kütləsi, bərkitmə və tökmə qruntların mümkün olan ən təhlükəli birgə seysmik təsirinə hesablanmalıdırlar. Maye və qrunt kütlələrinin seysmik təsirinin qiyməti AzDTN 2.3-1-ə əsasən təyin edilməlidir.
Q e y d. Su-basqı qüllələrinin hesablanması zamanı bu maddənin tələbləri yalnız çənin konstruksiyasının hesabatına şamil edilir.
18.1.3.3. Tutum qurğularına və binaların yeraltı hissələrinə konstruksiyaların öz kütlələrinin və ona düşən yüklərin seysmik təsiri binalar üçün olduğu kimi təyin edilir. Belə hallarda AzDTN 2.3-1-in (1) və (2) düsturlarındakı əmsalların hasillərinin cədvəl 47-ə əsasən qəbul edilməsinə yol verilir.
18.2. İşlənilən ərazilər
18.2.1. Ümumi göstərişlər
18.2.1.1.Bina və qurğular, sudaşıyıcı borular və şəbəkələr layihələndirilən zaman onların yeraltı mədən işlənmələrinin təsirindən TNvəQ 2.01.09-un və bu bölmənin tələblərinə uyğun olaraq qorunması nəzərdə tutulmalıdır.
18.2.1.2. Həcmi 6000 m3-dən çox olmayan bağlı rezervuarların I-IY qrup işlənilən ərazilərdə yerləşdirilməsinə yol verilir. Rezervuarın həcmi 6000 m3-dən böyük olduqda I k - IY k qrup işlənilən ərazilərdə bir neçə rezervuar nəzərdə tutulmalıdır. Açıq tutumların həcmi normalarla məhdudlanmır.
Cədvəl 47. AzDTN 2.3-1-in (1) və (2) düsturlarındakı əmsalların qiymətləri
Bina və qurğuların qrunta görə yerləşməsi
|
hasilinin qiymətinin AzDTN 2.3-1-ə əsasən qruntun kateqoriyasından asılılığı
|
hasilinin qiymətinin cədvəl 42-ə əsasən bina və qurğuların məsuliyyət sinfindən asılılığı
|
|
|
I
|
II
|
III
|
I
|
II
|
III
|
Yerüstü
Yeraltı
|
3
2
|
2,7
1,8
|
2,0
1,5
|
0,30
0,25
|
0,25
0,20
|
0,20
0,15
|
Q e y d. Qrunta dərinləşdirilmiş qurğular, dərinləşdirilmənin qiyməti onların hündürlüyünün yarısından çox olduqda yeraltı, az olduqda isə yerüstü qurğu kimi hesablanır.
|
|
18.2.1.3. Əməliyyat kameraları rezervuarlardan deformasiya tikişi ilə ayrılmalıdır.
18.2.1.4. Tutum qurğuları layihələndirilərkən onların əsas qovşaq və elementlərinin işinə nəzarət etmək və deformasiya sonu təmir işlərini aparmaq üçün sərbəst yanaşma təmin edilməlidir.
18.2.1.5. Su hazırlığı qurğularında (şəffaflandırıcılar, durulducular, süzgəclər və s.) əsasın deformasiyasından sonra novların suaşıran kənarlarının düzləndirilməsinin mümkünlüyü təmin edilməlidir. Batırılmış deşikləri olan novlar üçün kənarların düzləndirilməsi tələb olunmur.
18.2.1.6. Sutəmizləyici qurğular kompleksi layihələndirilərkən əsas qurğular planda qalanlarından ayrılmış şəkildə yerləşdirilməlidir. Kompleksin məhsuldarlığı 30000m3/sut-ya qədər olduqda və inşaat IY qrup işlənilən ərazilərdə aparıldıqda əsas və köməkçi qurğuların bloklaşdırılmasına yol verilir.
18.2.1.7. Sutəmizləyici qurğular kompleksinin işinin etibarlılığını artırmaq üçün ayrı-ayrı qur-ğuları bölmələrə və bloklara bölmək lazımdır.
18.2.1.8. Tutum qurğularında dib və su səviyyəsinin hündürlük qiymətləri əsasın deformasiyasından sonra suyun sərbəst axa bilməsini təmin etməyə hesablanmalıdır.
18.2.1.9. Su kəmərinin bina və qurğularında polad borulardan və su kəməri armaturlarından istifadə edilməlidir.
Boru kəmərləri və armaturların qurğuların konstruksiyasına bərkidilmə qovşaqları onların mümkün olan qarşılıqlı yerdəyişməsi və boruların onlara ötürdüyü qüvvələr nəzərə alınmaqla layihələndirilməlidir.
Q e y d. Maddə 7.4-ə görə suyun verilməsinin II və III kateqoriya təminat dərəcəsi olan qurğularda çuqun armaturlardan istifadə edilməsinə yol verilir.
18.2.1.10. Qurğuların konstruksiyalarında baş verən yerdəyişmələrdən və qruntun işlənməsi zaman deformasiyasından boru kəmərlərinə olan təsir qüvvələrini azaltmaq üçün kompensatorlardan istifadə edilməli, bərkitmə qovşaqlarının yeri və tipi, eləcə də, boruların qurğuların divar-larından keçən yerləri müvafiq tələblərə cavab verməlidir.
18.2.2. Sudaşıyıcı borular və şəbəkələr
18.2.2.1. İşlənilən ərazilərdə boru kəmərləri layihələndirilən zaman kəmərin təyinatı, boruların tələb olunan möhkəmliyi və calaq yerlərinin kompensasiya etmə qabiliyyəti nəzərə alınaraq bütün növlərdən olan borulardan istifadə etmək olar.
18.2.2.2. Geniş ağızlı və muftalı calaq birləşmələri yumşaq kipləşdirici halqalar, yaxud mastika tətbiq etməklə elastik olmalıdır.
Polad və plastmas boruların qaynaq birləşmələrinin möhkəmliyi boruların öz möhkəmliyindən az olmamalıdır.
18.2.2.3. Sudaşıyıcı borularda vantuzlar və buraxıcılar üçün yerlər əsasların gözlənilən deformasiyası nəzərə alınmaqla təyin edilməlidir.
Dostları ilə paylaş: |