AZƏrbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 4,24 Mb.
səhifə19/53
tarix21.04.2017
ölçüsü4,24 Mb.
#15045
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

16.7.3. Dispetçer idarəetmənin strukturu bir pilləli, bir idarəetmə məntəqəsi ilə olmalıdır. Müxtəlif meydançalarda yerləşən çox qurğulara malik böyük su təchizatı sistemləri üçün iki, yaxud çoxpilləli mərkəzi və yerli idarəetmə məntəqələrinə malik dispetçer idarəetmə strukturunun təşkil edilməsinə yol verilir. Belə strukturun yaradılması hər bir konkret halda əsaslandırılmalıdır.

16.7.4. Su təchizatı sisteminin dispetçer idarəedilməsi sənaye müəssisəsinin enerji təsərrüfatının, yaxud yaşayış məntəqəsinin kommunal təsərrüfatının dispetçerləşdirilməsinin tərkib hissəsi olmalıdır.

Su təchizatı sisteminin idarəedilmə məntəqəsi əməliyyat baxımından sənaye müəssisəsinin, yaxud yaşayış məntəqəsinin idarəedilmə məntəqəsinə tabe olmalıdır.

Su təchizatı sisteminin sənaye müəssisəsi və yaşayış məntəqəsi üçün birləşdirilmiş idarəedilmə məntəqəsindən idarə olunmasına yol verilir, bu şərtlə ki, məntəqə su təchizatı sistemini idarə etmək üçün müstəqil dispetçer lövhələri və idarəetmə pultları ilə təchiz edilsin.

16.7.5. Dispetçer idarə olunması nəzarət edilən qurğuların qismən, yaxud tam avtomatlaşdırılması ilə birlikdə olmalıdır. Dispetçer idarəedilmənin həcmi minimal olmalı, lakin texnoloji prosesin gedişi və texnoloji avadanlığın vəziyyəti barədə tam məlumat almağı, həmçinin qurğuların çevik idarə olunmasını təmin etməlidir.

16.7.6. Avtomatlaşdırma vasitələri ilə tam təmin olunmamış və yerli idarəetmə və nəzarət üçün daimi növbətçi heyətin olmasını tələb edən qurğularda dispetçer idarəetmə xidmətinə tabe olan əməliyyatçı məntəqələrinin yaradılmasına yol verilir.

16.7.7. Su təchizatı sisteminin idarə olunması idarəetmə məntəqəsinin nəzarət altında olan qurğularla, qurğuların müxtəlif istismar xidmətləri ilə, enerji dispetçeri, su təsərrüfatı idarəsi və yanğın mühafizəsi ilə birbaşa etibarlı telefon rabitəsi təmin edilməlidir.

İdarəetmə məntəqələri və nəzarət altında olan ayrı-ayrı qurğular da inzibati-telefon rabitə sisteminə qoşulmalıdır.

İdarəetmə məntəqələri və nəzarət altında olan qurğular radiolaşdırılmalı və bir qayda olaraq vaxt ölçü vasitələri ilə təmin edilməlidir.

16.7.8. Avtomatlaşdırma sistemləri ilə tam təmin olunmamış və yerli idarəetmə və nəzarət üçün istismar heyətinin daimi olmasını tələb edən qurğularda dispetçer idarəetmə xidmətinə tabe edilən operator məntəqələrinin yaradılmasına yol verilir.

Dispetçer idarəetmə sistemləri yaradılarkən aşağıdakılar nəzərdə tutulmalıdır:

texnoloji proseslər və avadanlığın işinin operativ idarə edilməsi və onlara nəzarət;

su təchizatı sisteminin və onun ayrı-ayrı qurğularının tələb olunan iş rejimlərinin saxlanılması və optimallaşdırılması;

qəzaların vaxtında aşkar edilməsi, lokallaşdırılması və aradan qaldırılması; ayrı-ayrı qurğularda növbətçi heyətin qismən və ya tamamilə ixtisar edilməsi; enerji resursları, su və reagentlərin qənaətlə istifadəsi.

16.7.9. Dispetçer idarəetmənin iki və ya çoxpilləli strukturunda mərkəzi idarəetmə məntəqəsinin (MİM) vəzifələrinə bütün su təchizatı sisteminin bütöv bir kompleks kimi idarə edilməsi və bütün idarəetmə məntəqələrinin (İM) işinin koordinasiyası daxil edilir. İM-lərin vəzifəsi ona tabe olan texnoloji qovşağın qurğularının idarə edilməsi ilə məhdudlanır.

16.7.10. Su təchizatı sisteminin dispetçerlə idarə edilməsi İM-nin nəzarət edilən qurğularla və su təchizatı sisteminin qurğularının istismarı xidmətləri (qəza-təmir, elektrotexniki, avtomatika və NÖC), idarənin rəisi, baş mühəndisi və baş energetiki ilə, sənaye müəssisəsinin və ya şəhərin enerji təsərrüfatının yuxarı dispetçerləri ilə, su təchizatı qurğularını enerji ilə təchiz edən elektrik təchizatı sisteminin dispetçeri ilə birbaşa dispetçer telefon rabitəsi əlaqəsini təmin etməlidir.

16.7.11. Birbaşa rabitə pozulduqda xidməti məsələləri həll etmək və ehtiyat telefon rabitəsi yaratmaq üçün idarəetmə məntəqələri və ayrı-ayrı nəzarət edilən qurğular müəssisənin və ya şəhərin inzibati-təsərrüfat rabitə sisteminə qoşulmalıdır.

16.7.12. Dispetçer idarəetmənin telefon rabitəsinin (radio rabitəsinin) həcmi və strukturu su təchizatının ümumi sxemindən təyin edilməlidir.

16.7.13. Dispetçer idarəetmə və nəzarətin texniki vasitələri dispetçerə aşağıdakı imkanları yaratmalıdır:

texnoloji aqreqatların vəziyyətinin (işə salmaq-dayandırmaq, açmaq-bağlamaq) və qurğuların iş rejimini və avtomatlaşdırıcı qurğuların proqramlarını təyin edən və ya dəyişən əmrlər göndərməklə texnoloji proseslərin birbaşa idarə edilməsi;

İM-də displeydə və ya idarəetmə lövhəsində aqreqatların işini və texnoloji vəziyyətini əks etdirən məlumatı mnemonik sxemdə siqnal şəklində almaq;

İM-də texnoloji parametrlərə və onların su təchizatı sistemində normadan kənara çıxmalarına vizual və sənədli nəzarətə malik olmaq.



16.7.14. Dispetçer idarəetmə və nəzarət sistemlərində idarəedici siqnalların və xəbərdarlıq məlumatının ötürülməsi üçün həm telemexaniki, həm də distansion (məsafədən idarə olunan) texniki vasitələrdən istifadə olunmasına yol verilir.

Telemexanizasiya tətbiq edildikdə aşağıdakı dispetçer idarəetməsi nəzərdə tutulmalıdır:

dispetçerin operativ müdaxiləsi tələb olunan avtomatlaşdırılmamış nasos aqreqatları üçün;

suyun verilməsində fasiləyə yol verməyən və idarəetmənin təkrarlanmasını tələb edən avtomatlaşdırılmış nasos stansiyalarında;

yanğın sərfini vuran nasos aqreqatları üçün;

şəbəkə və sudaşıyıcı borular üzərindəki siyirtmələrin operativ idarə edilməsi üçün.



16.7.15. Dispetçer idarəetmə məntəqələrində aşağıdakılar nəzərdə tutulmalıdır:

dispetçer otağı - dispetçer heyətini, pult lövhəsini, mnemosxemləri, məlumatı əks etdirən digər vasitələri və rabitə vasitələrini yerləşdirmək üçün;

aparat otağı - telemexanika, elektrik enerjisi ilə təchiz etmə, kanal yaradan və rele rabitə xətlərini (kross) kommutasiya edən telefon aparatlarını yerləşdirmək üçün;

heyətin istirahət otağı;

aparatların carı təmiri üçün emalatxana;

akumulyator və elektrik yükləmə otağı.

TP AİO üçün xüsusi texniki vasitələri yerləşdirmək məqsədilə əlavə olaraq nəzərdə tutulmalıdır:

EHM (elektron hesablama maşınları) üçün maşın salonu;

verilənlərin hazırlanması və saxlanması üçün otaq;

proqramçılar və əməliyyatçılar üçün otaq.

İdarəetmə sistemi üçün nəzərdə tutulmuş avadanlığın tərkibindən asılı olaraq ayrı-ayrı otaqları birləşdirmək, yaxud ləğv etməyə yol verilir.

16.7.16. Su təchizatı sisteminin idarəetmə məntəqələri su kəməri qurğuları meydançalarındakı inzibati-məişət binalarında, süzgəclər, yaxud nasos stansiyaları binalarında (səs-küy, vibrasiya və b.k. maneçilik olmadıqda, yaxud yol verilən səviyyədə olduqda), həmçinin su kəməri təsərrüfatı idarəsinin binasında yerləşdirilməlidir.

16.7.17. Telemexanizasiya olduqda dispetçer idarəetmə aşağıda göstərilən yerlərdə nəzərdə tutulmalıdır:

dispetçerin çevik müdaxiləsi tələb olunan avtomatlaşdırılmamış nasos aqreqatları;

suyun verilməsində fasiləyə yol verməyən və əvəzedici idarə tələb edən avtomatlaşdırılmış nasos aqreqatları;

yanğın nasos aqreqatları;

şəbəkələrdə və sudaşıyıcı borularda axın istiqamətini dəyişmək məqsədilə siyirtmələrin çevik idarəedilməsi tələb olunan.

16.7.18. Dispetçer idarəetmə telemexanikləşdirildikdə suyun verilməsi, paylanması və emalına aid əsas texnoloji parametrlərin ölçülmüş qiymətlərinin idarəetmə məntəqələrinə ötürülməsi nəzərdə tutulmalıdır.

Ayrı-ayrı hallarda parametrlərin yalnız siqnalizasiyasının nəzərdə tutulmasına yol verilir.



16.7.19. Dispetçer idarəetmə telemexanikləşdirildikdə aşağıdakı halların siqnalizasiyası nəzərdə tutulmalıdır:

uzaqdan idarə olunan bütün nasos aqreqatları və siyirtmələrin, həmçinin yerli, yaxud avtomatik idarə olunan mexanizmlərin vəziyyəti ilə dispetçeri xəbərdar etmək üçün;

avadanlığın qəza nəticəsində işdən ayrılması;

stansiyanı su basması;

hər bir qurğu, yaxud texnoloji xətdə ümumi xəbərdarlıq və ümumi qəza vəziyyəti haqqında dispetçeri xəbərdar etmək üçün;

texnoloji parametrlərin xarakterik və həddi yol verilən qiymətləri barədə məlumat;

mühafizə olunmayan obyektlərdə həyəcan (qapı və keçidlərin açılması);

yanğın təhlükəsi.



16.7.20. İdarəetmə və nəzarətin dispetçerləşdirilmə üsulu variantların texniki-iqtisadi müqayisəsi əsasında qəbul edilməlidir.

16.7.21. Su təchizatının TP AİO aşağıdakı yarımsistemlərdən ibarət kompleks sistemdən ibarətdir:

birinci qaldırma nasos stansiyalarını və təmizləyici qurğuları idarə edən suyun qaldırılması və emalının AİO (SQE AİO);

təmiz su rezervuarları, ikinci qaldırma və sonra gələn nasos stansiyaları, su kəməri şəbəkəsini əhatə edən suyun verilməsi və paylanmasının AİO (SVP AİO).

TP AİO-da idarəetmənin məqsədi minimal maliyyə sərfləri ilə rejimləri optimallaşdırmaqla su təchizatının etibarlılığını təmin etməkdir.



16.7.22. Su təchizatı sisteminin TP AİO iqtisadı səmərəlilik hesablanmaqla texniki-iqtisadi əsaslanmaya malik olmalıdır.

16.7.23. Su təchizatının TP AİO layihələndirildikdə aşağıda göstərilənlər işlənməlidir:

dispetçer idarəetmənin təşkilatı strukturu;

funksional strukturu, yəni idarəetmənin avtomatlaşdırılan funksiyaları və məsələlərin həllinin alqoritmləri;

proqram təminatı, yəni TP AİO məsələləri ilə bağlı kompüterdə yerinə yetirilən əməliyyat proqramları;

texniki təminat, yəni TP AİO funksiyalarını yerinə yetirmək üçün lazım olan texniki vasitələr kompleksi.

16.7.24. Su təchizatı sistemlərinin idarəetmə məntəqələri su kəməri qurğuları yerləşən meydançalarda inzibati-məişət binalarında, süzgəclər yerləşən binalarda və ya nasos stansiyalarında (səs səviyyəsi, titrəmələr və s.-yə görə müvafiq şərait yaradıldıqda), həmçinin su kəməri təsərrüfatının idarə olunduğu binada yerləşdirilməlidir.

16.7.25. Obyektin su təchizatı sisteminin ayrı-ayrı qurğuları üzrə TP AİO elementləri olan dispetçer idarəedilməsi və nəzarətinin gələcəkdə suyun qaldırılması, emalı, su kəməri şəbəkəsinə nəqli və paylanması kompleksinin formalaşdırılması ilə mərhələli həllinə yol verilir.

17. Bina və qurğuların konstruksiyaları və inşaat həlli

17.1. Baş plan

17.1.1. Su kəməri qurğularının tikintisi üçün meydançaların seçilməsi, həmçinin ərazilərinin planlaşdırılması və onlarda tikinti aparılması TNvəQ II-89-un göstərişləri və texnoloji tələblər əsasında yerinə yetirilməlidir.

17.1.2. Təminatı cədvəl 11-ə əsasən təyin edilən suaxarların və sututarların sahil zonalarında yerləşən su kəməri qurğularının planlaşdırılma yüksəklik qiymətləri küləyin yaratdığı və qovub yamaca çatdırdığı dalğanın TNvəQ 2.06.04-ə əsasən təyin edilən hündürlüyü nəzərə alınmaqla suyun maksimal hesabi səviyyəsindən ən azı 0,5 m hündür qəbul edilməlidir.

17.1.3. Güclü təsiretmə qabiliyyətinə malik zəhərli maddələr saxlanan sərf anbarları su kəməri qurğuları meydançasında anbar təsərrüfatına aid olmayan və içərisində həmişə insanlar olan bina və qurğulardan, eləcə də sututar və suaxarlardan ən azı 30 m məsafədə yerləşdirilməlidir; içərisində daima insanlar olmayan binalardan – TNvəQ II-89-un göstərişlərinə uyğun; güclü təsiretmə qabiliyyətinə malik zəhərli maddələr stasionar tutumlarda saxlanıldıqda (sisternlər, çənlər)yaşayış, ictimai və istehsalat binalarından (meydançadan kənar) ən azı 300 m və konteynerlərdə, yaxud balonlarda saxlanıldıqda ən azı 100 m məsafədə yerləşdirilməlidir.

17.1.4. Su kəməri qurğuları hasara alınmalıdır. Birinci qurşaq sanitariya-mühafizə zonasına malik su təmizləyici komplekslər, nasos stansiyaları, rezervuarlar və su-basqı qüllələri bir qayda olaraq hündürlüyü 2,5 olan bütöv divarla hasarlanmalıdır. Hasarın 2 m bütöv divar və 0,5 m hündürlüyünün tikanlı məftildən, yaxud metal tordan olmasına yol verilir. Belə hallarda hasarın içəri səthində kronşteynlərə bərkidilmiş 4-5 xətdən ibarət tikanlı məftilin olması nəzərdə tutulmalıdır.

İnzibatı-məişət binaları və keçid məntəqələri istisna olmaqla hasara digər tikililərin söykənməsinə yol verilmir.

Hasarı və gözətçi xidməti olan müəssisələrin ərazisində yerləşmiş yeraltı və yerüstü suqəbuledici qurğular, birinci qaldırma və emal edilməmiş suyu nəql etdirən nasos stansiyaları, həmçinin təsərrüfat-içməli su kəməri qurğularının ətrafındakı hasarların növü yerli şərait nəzərə alınmaqla qəbul edilməlidir.

Q e y d. Müəssisə, yaxud yaşayış məntəqəsi ərazisində yerləşən şırnaq kəsilməzliyi ilə işləyən (rezervuarlar olmadıqda) nasos stansiyalarının və bütöv lüləsi olan su-basqı qüllələri üçün hasarın inşa edilməməsinə yol verilir. Bu qayda sutəmizləyici komplekslərin şlam toplayıcı tutumlarına da aid edilir.

17.1.5. Su kəmərinin birinci qurşaq sanitariya-mühafizə zonasına malik qurğularının yerləşdiyi meydançalarda texniki mühafizə vasitələri nəzərdə tutulmalıdır:

meydançanın hasarının daxili tərəfi boyu eni 5-10 m olan və 1,2 m hündürlükdə tikanlı, yaxud hamar məftillə hasarlanmış qadağan zonası;

qadağan zonasının daxilində onun hasarından 1 məsafədə eni 1 m olan nəzarət dəstəsinin hərəkəti üçün cığır;

qadağan zonasının sərhədlərini göstərən və ən çoxu 50 m-dən bir qoyulmuş göstərici-dirəklər;

hasarın perimetri boyu mühafizə işıqlandırma; işıqlandırma hasarın üstündə elə yerləşdirilməlidir ki, hasarın özünün, qadağan zonasının nəzarət dəstəsinin hərəkəti üçün cığıraqədər hissəsi və hasara xarici tərəfdən yaxınlaşma sahəsi yaxşı işıqlandırılsın;

post telefon rabitəsi və postların idarəetmə məntəqəsi, yaxud ehtiyac olduqda I kateqoriya su kəmərlərində yaradılan (m. 7.4) keşikçi otağı ilə ikitərəfli elektrik siqnalizasiyası.

Birinci qurşaq sanitariya-mühafizə zonasına malik sutəmizləyici komplekslərin meydançaları üçün texniki mühafizə vasitələri tam həcmdə qəbul edilməlidir; basqılı süzgəcli komplekslərin, nasos stansiyalarının, rezervuarların və su-basqı qüllələrinin meydançaları üçün - maddə 17.1.4-ün göstərişlərinə uyğun və mühafizə işıqlandırma; yeraltı və yerüstü suqəbuledicilərin və birinci qaldırma nasos stansiyalarının, həmçinin hasarı və mühafizə xidməti olan müəssisələrin ərazisində yerləşmiş sutəmizləyici qurğular kompleksinin, nasos stansiyalarının, rezervuarlar və su-basqı qüllələrinin meydanları üçün 17.1.4 maddəsində nəzərdə tutulan hasar.

17.1.6. Yaşayış məntəqələri və müəssisələrin ərazisindən kənarda yerləşən su kəməri bina və qurğularına, həmçinin yeraltı suqəbuledicilərə sanitariya-mühafizə zonasının birinci qurşağı daxilində yüngülləşdirilmiş mükəmməl örtüklü yollar və keçidlər nəzərdə tutulmalıdır.

17.2. Həcmi-planlaşdırma həlləri

17.2.1. Su təchizatının bina və qurğularının həcmi-planlaşdırma və konstruktiv həlləri TNvəQ 2.09.04, MSN 3.02-01 və MSN 2.02.01-in göstərişlərinə əsasən qəbul edilməlidir.

17.2.2. Sutəmizləyici qurğular kompleksini layihələndirən zaman ümumi texnoloji proseslərlə bağlı olan həcmli qurğular və otaqlar bir qayda olaraq bloklaşdırılmalıdır.

17.2.3. Bina və qurğuların məsuliyyət sinfi və odadavamlılıq dərəcəsi cədvəl 42-ə əsasən qəbul edilməlidir.

Su təchizatı bina və qurğuları yanğın təhlükəsi dərəcəsinə görə D kateqoriyalı, kömür və amonyak şöbələri V kateqoriyalı istehsalata aid edilirlər.

Cədvəl 42. Bina və qurğuların məsuliyyət sinfi və odadavamlılıq dərəcəsi

Qurğular

Suyun verilmə təminatına görə qurğuların m.7.4-ə əsasən kateqoriyası

Bina,qurğu və konstruksiyaların

məsuliyyət sinfi



Odadavamlılıq dərəcəsi

Suqəbuledicilər

I

II

III



I

II

II



II

III


IY

Nasos stansiyaları

I

II

III



II

II

II



I

II

III



Sutəmizləyici qurğular kompleksi

II

II

II - III

Ayrıca dayanan xlorlayıcı

I

II

II

Suyu saxlamaq üçün aşağıdakı sayda tutumlar:

 

 

 

2-yə qədər,yaxud yanğın su həcmi olduqda

I

II

normalaşdırılmır

2-dən çox,yaxud yanğın su həcmi olmadıqda

II

II

həmçinin

Sudaşıyıcı borular

I - III

I - III

həmçinin

Su kəməri şəbəkələri,quyular

III

III

həmçinin

Su-basqı qüllələri

III

II

II

Dövri su soyuducuları:

Qradirniyalar

Cəpələyicili hovuzlar


 

II

II



 

II

II



 

II – Y


normalaşdırılmır

Reagentlərin hazırlanma şöbəsi,anbarlar

II

II

II

Transformator, elektrik lövhələri,idarəetmə releləri, dispetçer yerləşən otaqlar

III

II

II

Q e y d. Köməkçi binalar və məişət otaqları II məsuliyyət sinfi və II odadavamlılıq dərəcəsinə aid edilməlidir.




17.2.4. İstehsalat proseslərininsanitariya qrupları, bina və otaqların isitmə və ventilyasiyasının hesablanması üçün göstəricilərin cədvəl 45-ə əsasən qəbul edilməsinə yol verilir. Otaqların təbii və süni işıqlandırılma sistemi MSN 2.04-05-in tələblərinə əsasən layihələndirilməlidir.

17.2.5. Düzbucaq və dairəvi şəkilli tutumların planda ölçüləri 3m-ə, hündürlüyə görə isə - 0,6 m-ə bölünən qəbul edilməlidir. Qurğunun bir tərəfinin uzunluğu, yaxud diametri 9 m-ə qədər olduqda, həmçinin binaların daxilində qurulmuş tutumlu düzbucaq qurğuların (ölçülərindən asılı olmayaraq) ölçülərinin 1,5 m-ə, dairəvi şəkillilərin isə 1m-ə bölünən qəbul edilməsinə yol verilir.

17.2.6. Üstünə planlaşdırılmış ərazinin səthindən 0,5 m-ə qədər hündürlükdə torpaq tökülmüş yeraltı tutum qurğuları nəqliyyat, yaxud mexanizmlərin onların üstündən keçməməsi üçün hasara alınmalıdırlar.

Yeraltı tutum qurğularının örtükləri nəqliyyat və ya mexanizmlərin yüklərini qəbul etməyə hesablandıqda hasarın tikilməməsinə yol verilir.



17.2.7. Divarları döşəmə, meydança, yaxud planlaşdırma səviyyəsindən 0,75 m-dən az hündürə qalxan açıq tutum qurğuları xarici perimetrləri boyu əlavə hasara alınmalıdırlar. Hasarın yuxarısına qədər ümumi hündürlüyü 0,75 m-dən az olmamalıdır. Yuxarı hissəsinin eni 300 mm-dən çox olan divarlar hasarsız, döşəmə, meydança, yaxud planlaşdırma səviyyəsindən 0,6 m-dən az olmayan yüksəlişə malik olmalıdırlar. Döşəmə, yaxud planlaşdırma səviyyəsi açıq tutum qurğularının divarlarının yuxarısından ən azı 0,15 m aşağı olmalıdır.

17.2.8. Hasarların və binaların yük daşıyan konstruksiyalarının aqressiv mayeləri saxlamaq üçün təyin olunmamış tutumların divarlarına söykənməsinə yol verilir.

17.2.9. Dərində yerləşmiş otaqlardan çıxmaq üçün eni ən azı 0,9 m, mailliyi 450-dən çox olmayan pilləkən nəzərdə tutulmalıdır, uzunluğu 12 m-ə qədər olan otaqlarda pilləkənin mailliyi 600-dən çox olmamalıdır. Xidmət meydançasına qalxmaq üçün pilləkənin eni 0,7 m-dən az, mailliyi 600-dən çox olmamalıdır.

Boruların üstündən bir nəfərlik keçidlər, ayrı-ayrı siyirtmələr və bağlayıcılara qalxmaq üçün eni 0,5 m, mailliyi 600-dən çox olan pilləkənlərin, yaxud asma nərdivanların qəbul edilməsinə yol verilir.



17.2.10. Dərinliyi 10 m-ə qədər olan quyulara, çökəkliklərə və tutum qurğularına şaquli istiqamətdə düşmək üçün divara dəmir çənbərlərin bərkidilməsinə, yaxud asma nərdivanların qoyulmasına yol verilir. Hündürlüyü 4 m-dən çox olan asma nərdivanlar qoruyucu sürahi ilə təchiz edilməlidir. Quyularda qoruyucu sürahi qoyulmaya bilər.

17.2.11. Otaqların daxili tamamlanma işləri əlavə 14-də verilmiş göstərişlərə əsasən yerinə yetirilməlidir.

17.3. Konstruksiyalar və materiallar

17.3.1. Tutum qurğuları bir qayda olaraq yığma-monolit dəmir-betondan layihələn-dirilməlidir. Əsaslandırma olduqda və qurğuların etibarlı istismar keyfiyyəti təmin edildikdə digər materiallardan istifadə olunmasına yol verilir. Diametri 9 m-dən çox olan silindrik şəkilli dəmir-beton tutum qurğularının divarları , bir qayda olaraq, əlavə sıxılmış olmalıdır.

Su-basqı qüllələrinin lüləsinin poladdan, yaxud yerli yanmayan inşaat materialından, çənlərin isə poladdan qəbul edilməsinə yol verilir.



17.3.2. Uzunluğu 50 mqədər olan, isidilməyən, yaxud açıq havada yerləşən və uzunluğu70 m-ə qədər olan, isidilən binalarda yerləşən, yaxud qruntla tam örtülmüştutum qurğularında temperatur-çökmə tikişinin qoyulması o vaxt tələb olunmur ki, xarici havanın temperaturu ən soyuq günlərdə mənfi 400C-dən aşağı və tutum qurğularında suyun temperaturu 400C-dən yuxarı olmasın.

Uzunluğu uyğun olaraq 25 və 40 m-dən çox olan qurğularda tikinti dövrünün ən soyuq vaxtında müsbət temperaturda monolitləşdirilən, eni 0,5-1,0 m olan bir-iki müvəqqəti temperatur tikişinin olması nəzərdə tutulmalıdır. Tikişlərin dibi fasiləsiz betonlaşdırılmalıdır.



17.3.3. Binaların yeraltı hissəsinin hasar konstruksiyalarının kipliyi hasar konstruksiyalarının daxili səthinin 20%-dən çox hissəsində nəmlənmiş sahələrin olmasına yol verməməlidir (damcılı nəmin olmaması ilə).

Tutum qurğularının hasar konstruksiyaları bu qurğuların hidravlik sınağı zaman irəli sürülən tələblərə cavab verməlidir.

İçməli su rezervuarlarının konstruksiyaları yuxarıda göstərilənlərdən əlavə rezervuara atmosfer və qrunt sularının, eləcə də tozun daxil olmasının qarşısını tam almalıdır.


Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin