Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasinin təHSİL İnstitutu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix05.08.2022
ölçüsü1,15 Mb.
#63019
1   2   3   4   5   6   7   8   9   ...   45
mektebeqeder tehsil proqrami-kurikulum

Oyun fəaliyyəti. Bu dövrdə uşaqlarla müstəqil fəaliyyətin müxtəlif növlərinin təşkili 
zamanı oyun onların gümrah davranışını, emosional əhvali-ruhiyyəsini təmin edir. İkinci 
ilin əvvəlində oyuncaqlarla oyun və əyləncələr təşkil etmək vacibdir. Oyuncağı uşağa 
göstərərək adını soruşmaq və ya adı çəkilmiş oyuncağı digər oyuncaqların içindən tapıb 
göstərmək uşağın idraki inkişafına müsbət təsir göstərir. Bununla əlaqədar aşağıdakı 



işlərin aparılması zəruridir: 
- o
yuncaqlarla oyunların təşkili;
- u
şağın sensor və hərəki fəaliyyətini inkişaf etdirən, şən əhvali-ruhiyyə yaradan 
oyunların təqdim olunması; 
- sevimli (
üstünlük verilən) oyuncaqların əhatəsinin genişləndirilməsi; 
- o
yun prosesində uşaqların lüğətinin hərəkət və fəaliyyət bildirən sözlər hesabına 
zənginləşdirilməsi. 
Əmək fəaliyyəti. Məktəbəqədər yaşlı uşağın əsas fəaliyyət növü oyundur. Ancaq 
təlim-tərbiyə işini elə qurmaq lazımdır ki, bu yaşda uşaqda oyunla yanaşı əməklə məşğul 
olmaq tələbatı da formalaşsın. Məktəbəqədər yaşlı uşaqlar böyüklərın əməyinə hələ 
körpə yaşlarından böyük maraq göstərir, uşaq oyunlarında, məişətdə onları təqlid edir və 
özləri də nə isə düzəltməyə səy göstərirlər. Uşaqlarda əməyə müsbət münasibət
bacarıq və vərdişlərin yaranması üçün böyüklərın nümunəsi, onların əmək fəaliyyəti ilə 
bilavasitə təmasda olması mühüm əhəmiyyət kəsb edir. Uşaqlarda əməyə maraq 
oyatmaq 
məqsədilə aşağıdakı işlərin aparılması zəruridir:

əmək fəaliyyəti üçün lazım olan həyati və məişət əşyalarının göstərilməsi və 
adlandırılması;

gündəlik təsərrüfat-məişət əməyinin yollarının göstərilməsi;

oynadıqdan sonra oyuncaqların yığışdırılmasının öyrədilməsi;

özünəxidmət bacarıqlarının formalaşdırılması. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin