1 yaşdan 2 yaşadək uşaqlar üçün gün rejimi Payız, qış və yaz fəsillərində Məktəbəqədər müəssisədə
1-1,5 yaş 1,5-2 yaş Uşaqların qəbulu, baxış, oyunlar. Səhər
gimnastikası
7.00-8.30
7.00-8.30
Səhər yeməyinə hazırlıq, səhər yeməyi
8.30-9.00
8.30-9.00
Oyunlar
9.00-9.30
9.00-9.30
Məşğələlərə hazırlıq, məşğələ (yarımqruplarla)
9.30-9.40;
9.50-10.00
9.30-9.40;
9.50-10.00
I yuxuya hazırlıq, yuxu
10.00-11.15
-
Gəzintiyə hazırlıq, gəzinti
-
10.00-11.15
Gəzintidən qayıtma
-
11.15-11.30
Nahar
11.15-11.45
11.30-12.00
Oyunlar
11.45-13.15
-
Məşğələyə hazırlıq, məşğələ (yarımqruplarla)
13.30-14.00
-
Yuxuya hazırlıq, yuxu
14.00-15.15
12.00-15.00
Tədricən yataqdan qalxma
15.15-15.30
15.00-15.30
Axşamqabağı yemək
15.30-16.00
15.30-16.00
Məşğələ (yarımqruplarla)
-
16.00-16.10
16.20-16.30
Oyunlar, müstəqil fəaliyyət, gəzinti
16.00-17.30
16.35-17.40
Axşam yeməyi
17.30-18.00
17.40-18.00
Uşaqların evə yola salınması
18.00-19.00
18.00-19.00
2-3 yaş. Bu yaş dövründə
fiziki inkişaf intensiv surətdə davam edir. Üçüncü ilin axırına kimi
onun çəkisi orta hesabla 2 kq, boyu 7-8 sm. artaraq, çəkisi təxminən 15 kiloqrama, boyu 95-96
santimetrə, döş qəfəsinin dairəsi isə 52 sm.-ə çatır.
Uşaq daha müstəqil olur, hərəkətlərini də əlaqələndirməyi bacarır. Bu yaş dövrünün
xarakterik xüsusiyyəti müxtəlif hərəkətlər etməyə tələbatın artması, özlərinin arzu və maraqlarına
uyğun yerinə yetirməsidir. Bütün sistem və funksiyaların mükəmməl inkişafı, ətraf aləmin
həssaslıqla dərk edilməsi üçün onlara fiziki yükün verilməsi zəruridir. Lakin uşaqların inkişaf
parametrləri, müxtəlif hərəkətlərin mənimsənilmə tempi və keyfiyyət göstəricisi (yeriş, qaçış,
hoppanma, dırmanma və s.) fərdidir. Uşağın sağlamlığı üçün ən vacib şərt fiziki inkişafın harmonik
inkişafıdır: boyu, çəkisi, döş dairəsi, hərəki fəallığıdır və s. 3 yaşında uşaq artıq çevik olur,
ahəngdar hərəkətlərə yiyələnir. Daha çox müstəqil fəaliyyət göstərməyə çalışır. Bu dövrdə uşaqların
ümumi hərəkətlərinin (yeriş, qaçış, sürünmə, tullama) keyfiyyətinin və öz hərəkətlərini ətraf mühitə
uyğunlaşdırmaq bacarığının yaxşılaşması davam edir. Uşağın fəaliyyətində rollu oyunlar müşahidə
olunur. Oyunun dominant fəaliyyət növünə çevrilməsi uşağın psixi inkişafında əsaslı dəyişikliklər
yaranmasına səbəb olur.Uşaq təsviri fəaliyyət sahəsində də yeni keyfiyyətlərə yiyələnir. O,
həmçinin kağız üzərində indiyədək etdiyi cızma-qaraya müəyyən məna verməyə çalışır. İkiyaşlı
32
uşaq cızıqların, formanın, rəngli ləçəklərin təsviri içərisində müəyyən obrazları, hadisələri görməyə
başlayır.
Bu dövrdə uşaqların