Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə44/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   40   41   42   43   44   45   46   47   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

2-3 yaş. Əşyavi fəaliyyət.
Erkən yaşlı uşaqlar əsasən ünsiyyət, oyun və əşyavi-manipulyativ 
fəaliyyətlərə cəlb olunur. Buna görə bu fəaliyyətlər əsasında hansı bacarıqların formalaşmasına 
imkan yaradılacağı dəqiq bilinməlidir. Ünsiyyət, əşyavi-manipulyativ fəaliyyətlər uşağı dili fəal 
mənimsəməyə aparır və onu oyuna hazırlayır. Əşyalarla fəaliyyətin təsiri altında ünsiyyət və oyun 
zamanı uşaqlarda təfəkkür, yaddaş, duyğu və digər idraki proseslər inkişaf edir. 
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir: 
-
Ətraf mühitdəki həm sosial, həm də təbiət obyektləri ilə tanışlıq, onlarla davranma yollarının 
göstərilməsi, uşağın əşyalarla, oyuncaqlarla fəaliyyətə həvəsləndirilməsi, perseptiv fəaliyyətin 
formalaşdırılması; 
- Uşağın manipulyativdən əşyavi fəaliyyətə, sonra isə alət fəaliyyətinə keçidə 
həvəsləndirilməsi; 
- Qeyri-ixtiyari idraki proseslərə və ixtiyarilik üzərində emosionallığın üstünlüyünə 
əsaslanaraq uşağın idraki tələbatının dəstəklənməsi və stimullaşdırılması; 
Ünsiyyət. 
Bu dövrdə fiziki inkişafın
 
intensivliyi azalsa da, ətrafdakılarla münasibətdə əsaslı 
dönüş baş verir. Fəaliyyətlərin müxtəlifliyindən və məşğələlərin xarakterindən asılı olaraq, onlar 
nitq fəaliyyətinin müxtəlif formalarına cəlb olunurlar. Əvvəlki yaş dövrünə nisbətən ətrafdakılarla 
canlı ünsiyyətə-dialoqa girir, danışanı dinləməyə, eşitdiklərini başa düşməyə, sual verməyə, “bu 
nədir?”, “nə vaxt?”, “harada?”, “nə üçün?” suallarına cavab verməyə çalışır. Erkən yaşlı uşaqlar 
tərbiyəçi-müəllimlərin nəzarəti ilə fiziki və sosial mühitə uyğunlaşmağı, başqalarıyla qarşılıqlı 
əlaqə qurmağı və ünsiyyət qurmağı öyrənirlər. 
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir: 
- Təhlükəsiz ünsiyyət dairəsinin genişləndirilməsi, “yanında” qarşılıqlı fəaliyyətdən 
“birlikdə” qarşılıqlı fəaliyyətə keçid; 
- Emosional-işgüzar ünsiyyətin tələbatına uyğun olaraq uşağın müraciətinə cavabın təşkili; 
- Ətraf mühit barədə danışmaq xahişinin dəstəklənməsi və cavablandırılması. Digər uşaqlarla 
ünsiyyət qurmaqda uşağa yardım etmək.
- Ünsiyyət prosesində müsbət emosiyaların yaranması üçün şəraitin yaradılması. Böyüklərin 
və uşaqların müsbət nümunələrinin təqlid edılməsi istəyinin dəstəklənməsi.
Oyun
. Oyun vasitəsilə uşaqlar fikirlərini və başa düşdüklərini ifadə edirlər. Onlar 
problemlərin həlli, sosial oyunlar və ünsiyyət zamanı bacarıqlarını tətbiq edirlər. Həvəsləndirici 
oyun təcrübələri uşaqların kommunikativ, idraki, motor bacarıqlarının olmasından xəbər verir. Öz 
bacarıqlarından xəbərdar olan və oyunlarda axtarışı sevən uşaqlar hər hansı problemin həlli yollarını 
tapmaqda daha yaxşı nəticə göstərirlər.
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir: 
-Oyun fəaliyyətini formalaşdırmaq; 
-Fərdi oyunlardan birgə 
 
oyuna keçid; 
- Emosional reaksiya üçün şəraitin yaradılması, oyunda iştirak arzusunun yaranması; 


43 
- Müxtəlif oyuncaq növlərinin mənimsənilməsində yardım; 
- Müxtəlif oyun növlərində oyuncaqların və digər əşyaların istifadə üsullarının öyrədilməsi.

Təlim. 
Erkən dövrdə təlimin oyun- məşğələ formasında keçirilməsi məqsədəuyğundur. Oyun - 
məşğələlər uşağın vaxtında və ahəngdar inkişafına kömək edir. Bunlar elə bacarıqların 
formalaşmasına yönəldilir ki, həmin bacarıqlar uşağın müstəqil oyun prosesində böyüklərın təsiri 
olmadan baş verə bilməz. Bu və ya digər bacarıqlar uşaqlar tərəfindən mənimsənildikcə məşğələlər
mürəkkəbləşdirilir. 
Bu istiqamətdə aşağıdakı işlərin aparılması zəruridir: 
-Sensor inkişaf (birgə oyun və təlim prosesində əşyanın forma, rəng, ölçü, az və çox 
anlayışlarının müəyyənləşdirilməsi; 2-3 əlamətinə görə əşyaları qruplaşdırmaq), nitq inkişafı və ətraf 
aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılması; 
-Əsas hərəkətlərin (yeriş, qaçış, tullanma, sürünmə və s.) inkişaf etdirilməsi. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin