Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə43/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   39   40   41   42   43   44   45   46   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Bədii fəaliyyət.
Bədii fəaliyyət prosesində uşaqda yaradıcı təxəyyül, təfəkkür, ünsiyyət 
bacarıqları, digər insanların mövqeyini qəbul etmək bacarığı yaranır və inkişaf edir. Təbiətdə, ətraf 
mühitdə, insanların hərəkətlərində, geyimdə gözəlliyi görmək bacarığını tərbiyə etmək, yaradıcı 
qabiliyyəti (musiqi duyumu, təsviri fəaliyyət) inkişaf etdirmək lazımdır. Yaradıcılıq şəxsiyyətin
mənəvi inkişafında, insani hisslərin təkmilləşməsində mühüm rol oynayır. Bunun da təməli erkən 
yaş dövründə qoyulur. 
Bununla əlaqədar aşağıdakı işlərin aparılması zəruridir: 
-Uşağın bədii fəaliyyətdəki iştirakını təmin etməklə, incəsənət əsərlərinin qavranılması; 
- İncəsənət əsərlərinə emosional münasibətin təzahürü üçün şəraitin yaradılması; 
- Böyüklər tərəfindən oxuma, rəsmlərin çəkilməsinə və s. uşaqların diqqətinin cəlb olunması; 
- Uşaqları böyükləri təqlidə həvəsləndirmək, birlikdə icra etmək.
Təlim.
Həyatının ikinci ilində uşağın oyun və məşğələlərinin ahəngdar inkişafı onda 
musiqiyə, bədii sözə emosional həssaslıqla yanaşmaq qabiliyyətini təkmilləşdirir. Didaktik oyuncaq 
və materiallarla keçiirilən xüsusi məşğələlərdə əşyalarla fəaliyyət prosesində uşaqlarda hissetmə 
mədəniyyəti formalaşır. Məkanla daha geniş tanışlıq fəal marağı gücləndirir, sensor inkişafı 
zənginləşdirir, ümumi hərəkətlərin rəngarəngliyini inkişaf etdirir. 
Bununla əlaqədar aşağıdakı işlərin aparılması zəruridir: 
-Əldə edilmiş bilik və bacarıqları möhkəmləndirilməsi
-Sadə əşyalar vasitəsilə müxtəlif hərəkətlərin yerinə yetirilməsi; 


42 
-Yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi; 
-Əşyalar vasitəsilə müxtəlif ölçülərin (böyük, kiçik) öyrədilməsi. 
Mədəni-davranış vərdişlərinin aşılanması.
Bununla əlaqədar aşağıdakı işlərin aparılması 
zəruridir: 
-Norma və qaydalara uyğun sadə mədəni davranış vərdişlərinin formalaşdırılması; 
-Böyüklərin nitqinin dinlənilməsi, sadə suallara cavab alınması, “olar”, “olmaz”, sağ ol” 
sözlərinin mahiyyətinin başa düşülməsi və yerində işlədilməsinə nail olmaq; 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin