Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
  1   2   3   4   5   6   7   8   9   ...   24
FARZALIYEV-MAG (1)




 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏİQTİSAD UNİVERSİTETİ 
 
 
MAGİSTRATURA MƏRKƏZİ 

Əlyazması hüququnda 


 
Fərzəliyev Kənan Yusif oğlu 
 
 
AZƏRBAYCAN RESPUBLİKASINDA EV TƏSƏRRÜFATLARI
BÜDCƏSİNİN SEÇMƏ METODU İLƏ ÖYRƏNİLMƏSİ
MAGİSTR DİSSERTASİYASI
 
İ
xtisasın şifri və adı: 060406 - STATİSTİKA
 
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
Prof. S.M. Yaqubov
Dos.V.E. Teymurova 
 
KAFEDRA MÜDİRİ:
Prof. S.M. Yaqubov

 
 
BAKI - 2016 



MÜNDƏRİCAT 
 
 
GİRİŞ 
3 
I FƏSİL MİLLİ HESABLAR SİSTEMİNDƏ ЕV TƏSƏRRÜFATLARI 
SEKTORU VƏ ONUN ÖYRƏNİLMƏSİNDƏ SECMƏ 
METODUNUN ROLU 
6 
§ 1.1. 
Ev təsərrüfatlarının seçmə metodu ilə tədqiqinin nəzəri-
metodoloji əsasları 
6 
§ 1.2. 
S
eçmə statistik müşahidə və statistik registr 
11
§ 1.3. 
Statistik registr, onun beynəlxalq təcrübəsi və Azərbaycanda 
tətbiqi xüsusiyyətləri 
16 
§ 1.4. 
Secmə müşahidəsinin növləri və onların xüsusiyyətləri 
26 
II FƏSİL AZƏRBAYCANDA EV TƏSƏRRÜFATLARI BÜDCƏSİNİ
SEÇMƏ METODU İLƏ TƏDQİQİ
34 
§ 2.1. 
Seçmə müşahidəsinin təcrübədə tətbiqi səbəbləri 
34
 
§ 2.2. 
Seçmə tədqiqatında yaranan xətanın statistik qiymətləndirilməsi 
40 
§ 2.3. 
Ev təsərrüfatlarının müayinə nəticələrinin statistik təhlilinin əsas 
istiqamətləri 
49 
§ 2.4. 
Azərbaycan Respublikasında ev təsərrüfatlarının gəlirlərinin 
səviyyə və dinamikasının statistik təhlili 
56 
NƏTİCƏ 
74 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
77 
 



GİRİŞ 
 
Mövzunun aktuallığı. Bazar iqtisadiyyatı şəratində əsaslandırılmış idarə-
etmə qərarlarının qəbul edilməsinin zəruri şərtlərindən biri əldə edilən informasiyanın 
operativliyi və onun keyfiyyətidir. Təcrübədə sosial-iqtisadi proseslər haqqında in-
formasiya toplayarkən müxtəlif metolardan istifadə edilir. Statistik müşahidədə daha 
geniş tətbiq imkanlarına malik seçmə metoduna üstünlük verilir. Secmə metodunun 
tətbiqi iqtisadi baxımdan səmərəlidir və öyrənilən obyekt haqqında informasiyanın 
toplanmasının operativliyini təmin edir. Qeyd etmək lazımdır ki, bu metodla əldə 
edilən informasiya ehtimallı xarakter daşıdığından onun təcrübədə tətbiqində diqqətli 
olmaq çox vacibdir.
Ölkəmizdə statistikanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğu-
nlaşdırılması statistik müşahidənin daha təkmil metodlarından, o cümlədən seçmə 
müşahidəsindən istifadə edilməsini zəruri etmişdir. Ölkənin sosial-iqtisadi həyatının 
bir sıra prosesləri haqqında məlumat toplayarkən bu metoddan geniş istifadə edilir. 
Bununla yanaşı bu metodun tətbiq dairəsinin daha da genişləndirilməsi ücün bir sıra 
problemlərin aradan qaldırılması vacibdir. Magistr dissertasiya işinin mövzusunun 
seçilməsi də bu qeyd edilənlərə əsaslanmışdır. 
Magistr işinin məqsədi ev təsərrüfatlarının büdcəsinin seçmə metodu ilə 
öyrənilməsinin nəzəri və praktiki aspektlərini araşdırmaqdan ibarətdir.
Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq aşağıdakı vəzifələrin yerinə 
yetirilməsi zəruri hesab edilmişdir: 
- seçmə statistik müşahidənin aparılmasının əsası kimi çıxış edən statistik 
registrin mahiyyətini araşdırmaq; 
- statistik registlərin qarşılıqlı əlaqələrinə dair beynəlxalq təcrübəni öyrən-
mək; 
- Azərbaycanda statistik registlərin aparılması və onun statistik vahidlərin 
Dövlət registri ilə qarşılıqlı əlaqəsini araşdırmaq; 



- secmə müşahidəsinin növlərini araşdırmaq və onların xüsusiyyətlərini 
müəyyənləşdirmək; 
- seçmə müşahidəsinin üstünlüyünü və təcrübədə tətbiqi səbəblərini 
müəyyənləşdirmək;

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin