12
Statistik məlumat sisteminin əsas tərkib ünsürlərinə metodologiya, təsnifatlar
sistemi, registrlər, məlumat bazaları və statistik məhsullar (göstəricilər,
cədvəllər,
qrafiklər və s.) aiddir.
Qeyd edilən ünsürlərin hər birinin, xüsusilə registrin
statistik müşahidələrin
təşkilində xüsusi əhəmiyyəti vardır. Ümumiyyətlə, registr statistik tədqiqatın əsası
hesab edilir və onun məlumatları baş məcmunu tam xarakterizə etməlidir. Ona görə
də registrin məlumatlarının dəqiqliyi statistik tədqiqatın
keyfiyyətinə birbaşa təsir
göstərir.
Dostları ilə paylaş: