34
Nahar
11.45 - 12.15
Yuxuya hazırlıq, gündüz yuxusu
12.15 - 15.00
Tədricən yataqdan qalxma, axşamqabağı yemək
15.00 - 15.25
Gəzintiyə hazırlıq, gəzinti
16.15 – 17.10
Gəzintidən qayıtma
17.10 - 17.20
Şam yeməyinə hazırlıq, şam yeməyi
17.20 - 17.50
Oyunlar, uşaqların evə yola salınması
17. 50-19.00
3-4 yaş.
Həyatının
dördüncü ilində
uşağın fiziki inkişafı sürətlənir. İl ərzində uşağın çəkisi
1,5-2 kq, boyu 5-7 sm artır, çəkisi 17 kiloqrama, boyu 100-102 santimetrə, döş qəfəsinin dairəsi 53
santimetrə çatır. Bu dövrdə uşağın psixi funksiyaları inkişaf edir.
Baş beyinin quruluşu və
funksiyaları intensiv şəkildə inkişaf edir. Uşağın fəallığı artır, məqsədyönlü hərəkətləri
uyğunlaşdırılmış xarakter alır. Uşaq oyun, rəsm, quraşdırma və s. üzrə iş prosesində məqsədəuyğun
hərəkət etməyə təşəbbüs göstərir. Bu dövrdə sujetli-rollu oyunlara meyl artır.
Uşaqlar təsviri fəaliyyət və quraşdırma məşğələlərində əşyaların
düşünülmüş təsvirini əks
etdirmək üçün öyrəndikləri metod və üsulları tam tətbiq etməyi bacarmırlar. Rəsm çəkmə
prosesində uşağın təsəvvürlərinə görə qrafik obrazlarla təsvir olunan material kağız üzərində olduğu
kimi görünür.
Tədricən o, təsvir edəcəyi əşyaya uyğun oxşar cizginin və ştrixlərin sayını artırır,
əşyanın nisbətən canlı təsvirini verir.
Bu yaşda uşağın psixi proseslərinin inkişafında mühüm dəyişikliklər baş verir. Oyun,
rəsmetmə, quraşdırma, əmək prosesində uşaq əşyaların xüsusiyyətləri ilə tanış olur, qavrayışı,
təsəvvürü, təxəyyülü, təfəkkürü inkişaf edir. Uşaqlarda əyani-obrazlı təfəkkür üstünlük təşkil edir.
Bunun köməyi ilə uşaq əşyaları təkcə xarici oxşarlığına görə deyil, həm də onlardan harada istifadə
olunmasına görə ümumiləşdirir. Belə təsəvvürlər əsasında əşyaların nədən hazırlanmasına,
əhəmiyyətinə, əlamət və keyfiyyətlərinə görə qruplaşdırır. Onda hər şeyi öyrənmək həvəsi güclənir.
О, tədricən hadisənin səbəbləri ilə maraqlanır, saysız-hesabsız suallar verir. Bu yaşda uşağın
nitqinin inkişafında mühüm dəyişikliklər baş verir: söz ehtiyatı sürətlə zənginləşir, ətraf mühitdəki
əşya və hadisələr haqqında təsəvvürləri g
enişlənir.
Dörd yaşında uşaqda bədii nümunələri praktik şəkildə mənimsəmə qabiliyyəti artır, şeirləri,
nağılları dinləməyi xoşlayır, yaşıdlarının nitqini təqlid etməyə çalışır.
Bu dövrdə uşaqda musiqini dinləməyə və qavramağa emosional həssaslıq artır.
Musiqi
əsərlərindəki ziddiyəti (şən, sakit) fərqləndirir, tanış nəğmələri adlandırır. Ucadan səslənən musiqi
alətlərini tembrinə görə fərqləndirir. Səsini tərbiyəçi-müəllimin səsinə uyğunlaşdıraraq ucadan
oxuyur.
Onun psixi inkişafındakı
nailiyyətlər, məqsədəuyğun hərəkətlərin mənumsənilməsi,
təlimin
xarakterində əsaslı dəyişikliklər üçün özəl şərait yaradır. Onda müstəqillik inkişaf edir. Buna
baxmayaraq, onların həyatında böyüklərın rolu böyükdür.
3-4 yaşlı uşaqlar eyni zamanda ekspansiv (açıq sözlü), zərif və kobud ola bilirlər. Onlar ətraf
aləmi anlamağa çalışırlar. Bu yaş dövründə onlar üçün öz fantaziyalarını reallıqdan ayırmaq çox
çətindir. Başa düşməyə başlayırlar ki, onların hərəkətləri müəyyən nəticələrə gətirir və özləri üçün
davranış məhdudiyyətləri yaratmağı öyrənirlər. Bu yaş qrupundan olan uşaqlar həm də onunla
fərqlənirlər ki, indi onlar bağlılıq və sözəbaxanlıq nümayiş etdirirlər, bir dəqiqədən sonra isə onlar
tələbkar və şıltaq olurlar.