Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu


İş üsulu: Əqli hücum, müzakirə, suallar,oyun



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə85/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   81   82   83   84   85   86   87   88   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

İş üsulu:
Əqli hücum, müzakirə, suallar,oyun.
 
İş forması: 
Fərdi, kollektiv.
 
Resurslar: 
Ağ vərəqlər, şəkillər, rəngli karandaşlar. 
 
Məşğələnin gedişi
Aktuallaşdırma.
 


76 
Tərbiyəçi- müəllim müxtəlif uzunluqda olan 2 karandaşı uşaqlara göstərib soruşur: 
- Bu karandaşların fərqi nədir? 
- Otaqda hansı əşyalar uzun, hansı əşyalar qısadır? 
- İnsanlar boylarının uzunluqlarını nə ilə ölçürlər?
-Bəs biz necə ölçə bilərik? 
Uşaqların fikirləri dinlənilir və yeni mövzuya keçilir. 
Dərketmə.
Tərbiyəçi- müəllim uşaqlara müxtəlif uzunluqda iplər verərək, onların hansının daha uzun 
olduğunu ölçməyi tapşırır. Uşaqlar ipləri bir-birinin üzərinə qoyaraq ən uzun ipin hansı olduğunu 
müəyyənləşdirirlər. 
Tərbiyəçi- müəllim məşğələni uşaqlar üçün yeni məlumatla davam etdirir: 
- Qədim zamanlarda insanlar məsafəni ölçmək üçün addımdan, parçanı ölçmək üçün qoldan
əldən istifadə edirdilər. Tərbiyəçi- müəllim qrupda əyani şəkildə uşaqların iştirakı ilə bəzi qeyri-
standart ölçmə işlərini göstərir. Sonra isə uşaqlar uzunluğu ölçmək üçün müxtəlif formalı xətkeşlərlə 
və ondan istifadə ilə tanış olurlar. Tapşırıqlar yerinə yetirilir. 
İdman dəqiqəsi. Musiqi sədaları altında ritmik hərəkətlər. 
Tətbiqetmə. 
Tərbiyəçi- müəllim oyun keçirir. Uşaqlar stolun, yazı taxtasının uzunluğunu əllə, otağın 
uzunluğunu addımları ilə ölçürlər.
Tərbiyəçi- müəllim məşğələni ümumiləşdirərək yekunlaşdırır. 
 
3.6. Ailələrlə əməkdaşlıq 
Məktəbəqədər təhsil mühiti uşaqların tədqiqat aparmaları, fəaliyyətlə məşğul olmaları və 
ətraf mühitə dair öz anlayışlarını formalaşdırmaları üçün yaşıdları, həmçinin böyüklərlə əlaqə 
yaratmaları üçün imkan yaratmalıdır. Bu zaman, təlim prosesinin səmərəliliyinin artırılması üçün 
fəaliyyətlər arasında balans olmalıdır. 
 
Erkən və məktəbəqədər təhsil dövrünün sonunda ailələr uşaqların gözlənilən təlim nəticələri 
haqqında müəyyən məlumata malik olmalıdırlar. Uşaqların əlverişli təlim nəticələrinə nail 
olunmasına təminat verilməsi məqsədilə məktəbəqədər təhsil müəssisəsi və ailələr əməkdaşlıq 
şəraitində işləməlidirlər. Uşaq bağçası ilə ailənin qarşılıqlı fəaliyyətinin əsas məqsədi–uşaq 
bağçasında uşaqların şəxsiyyətyönümlü inkişafını təmin edən zəruri şəraitin yaradılması, təlim-
tərbiyə sahəsində valideynlərin səriştəliliyinin artırılmasıdır. 
Uşağın ilk tərbiyəçisi kimi ailənin rolu erkən yaş dövründə ailə və məktəbəqədər müəssisə 
arasında tərəfdaşlıq münasibətlərinin qurulmasında mühüm faktordur.
Tərəfdaşlıq və məsuliyyət 
uşaqların təhsili ilə bağlı qərarların qəbul edilməsində etimad və hörmət, bərabər hüququ nəzərdə 
tutur.
Məktəbəqədər müəssisələrdə çalışan pedaqoji işçilərlə ailə arasında təlim-tərbiyə prosesinin 
ardıcıllığını və tamlığını təmin edə biləcək tərəfdaşlıq münasibətlərinin qurulması zəruridir. 
Valideynlər və tərbiyəçi-müəllimlər tərəfindən tərəfindən qoyulmuş səylər məlumat və təcrübə 
mübadiləsinə, həmçinin uşaqların inkişafı və təlimi üçün ən əlverişli şəraitin təmini məqsədilə
əməkdaşlığa əsaslanmalıdır. 
Valideynlər məktəbəqədər müəssisənin simasında dəstək əldə etməlidir ki, özlərini 
müəllimlərlə əməkdaşlıq prosesində lazımlı hiss etsinlər, həmçinin uşaqların iştirakı ilə keçirilən 
fəaliyyətin istənilən növlərində iştirak etsinlər. Belə fəaliyyət çərçivəsində onlar aşağıdakılarla tanış 
olmalıdırlar: 


77 
-Uşağın yaşına məxsus xüsusiyyətləri ilə; 
-Təlim-tərbiyə işinin mühümlüyü ilə; 
-Uşaqlara təsir edən stimullaşdırıcı mühitin vacib rolu ilə
-Fiziki, emosional və təhlükəsiz mühitin təmin olumasının zəruriliyi ilə; 
-Erkən inkişaf və təlim işinin aparıldığı müəssisənin fəaliyyəti ilə. 
Hər bir tərbiyəçi-müəllim bütün ailələri öz uşağının təliminə cəlb etmək üçün səmərəli 
strategiyalar yarada bilər.
-Uşaqların inkişafı və təlimi üçün əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədi ilə 
uşaq barədə məlumat və təcrübə mübadiləsi üçün səy göstərməlidir. Müəllimlər uşağın inkişafı və 
təlimi barədə ailələrlə müzakirələr təşkil etməli, ideyalarını valideynlərlə bölüşməli, onlarda 
uşaqlarının təliminə maraq oyatmalıdırlar. 
-Hər bir ailənin dəyərlərinə hörmətlə yanaşmalıdır. Bunun üçün tərbiyəçi-müəllimlər
müxtəlif 
ailələrin sosial-iqtisadi statusu və mədəniyyətində mövcud olan fərqlərin anlaşılması vərdişlərə malik 
olmalıdırlar.
Belə münasibətlər vasitəsilə tərbiyəçi-müəllimlər uşaqların təhsili üçün daha təhlükəsiz 
və sağlam mühit yarada bilər. 
-
Valideynlərə uşaq bağçasının simasında dəstək əldə etmələrinə kömək etmək lazımdır ki, onlar 
özlərini bu əməkdaşlıq prosesində, həmçinin uşaqların iştirakı ilə keçirilən bütün fəaliyyət
növlərində lazımlı hesab etsinlər. 
Belə fəaliyyət çərçivəsində onlar aşağıdakılarla tanış olmalıdırlar: 
-uşağın bu yaşa xas olan xüsusiyyətləri ilə
-
təlim-t
ərbiyə işinin vacibliyi ilə; 
-uşaqların qarşılıqlı fəaliyyət göstərdikləri inkişafetdirici və stimullaşdırıcı mühitin mühüm rol 
oynaması ilə; 
-fiziki və emosional müdafiə və təhlükəsiz mühitin təmin edilməsi zərurəti ilə; 
-uşaq bağçasında aparılan fəaliyyət ilə. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin