Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə82/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   78   79   80   81   82   83   84   85   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
5-6 yaş.
 
Bədii təfəkkürün inkişafı məşğələsi
məşğələsi
 
St.
2.2.1. Dinləyib-anladığı fikirləri şərh edir; 
2.2.2. Bədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir.
Mövzu:
 
«Qurd və dövşan» 
Az. xalq nağılı.
 
Məqsəd:
 
- Dinlədiyi fikirlərə münasibət bildirir. 
- Fikrini sadə şəkildə şərh edir. 
- Fikrini rabitəli ifadə edir. 
İnteqrasiya:
 
1.1.4. Kiçik motor hərəkətlərini (şəkil çəkir, konturdan kənara çıxmayaraq rəngləyir, 
verilmiş materialı və ya əşyanı hissələrə ayırır və birləşdirir, kontur üzrə kəsir, yapışdırır, quraşdırır,
düzür və s.) koordinasiya edir. 
2.1.5.Obyektlər haqqında məlumat toplayır, müxtəlif vasitələrlə (müzakirə edir, şəkillər çəkir, 
müxtəlif simvollar düzəldir və s.) şərh edir;
 
İş forması: 
kollektiv, fərdi. 
İş üsulları: 
nağıletmə, müzakirə, suallar. 
Resurslar: 
Nağıla aid atributlar, uşaq üçün vəsait, rəngli karandaşlar və ağ kağız. 
 
Məşğələnin gedişi 
Aktuallaşdırma: 
Müəllim uşaqların diqqətini müxtəlif nağıllardan personajlar təsvir olunmuş tabloya (imkan varsa 
proyektorla salınsın) cəlb edir:- Uşaqlar, gördükləriniz haqqında nə deyə bilərsiniz? Uşaqların 
fərziyyələri dinlənilir. 
M:
- Uşaqlar, bu gün biz daha bir nağılla tanış olacağıq. 
Dərketmə. 
Müəllim nağılı danışmağa başlayır: 
Biri var idi, biri yox idi. Bir dovşan var idi. Bir gün dovşan yuvasında balalarından birini görmədi. 
Balaca dovşanın yerini soruşanda balalardan biri dedi: 
-O, bizim sözümüzə baxmayıb, yuvadan çıxdı.Qurd da onu ağzına alıb apardı. 
Ana dovşan bütün gecəni yatmadı. Səhər tezdən meşəyə baxıb gördü ki, bir ovçu dərədə çala 
qazıb, tələ qurub. Dovşan tələni görən kimi sevindi.Qurdu axtarmağa getdi. Xeyli gəzəndən sonra qurda 
rast gəldi: 
-Hi-hi-hi. Ay qurd lələ, dalımca gəl. 
Qurd təəccüblə soruşdu: 
-Nə var, ay dovşan qardaş? 


74 
-Sənin üçün bir yaxşı yem tapmışam. Hi-hi-hi. Aşağıda, dərədə bir kök quzu otlayır. Yanında da 
heç kəs yoxdur. Hə, tələs, yoxsa çoban gəlib aparar, ac qalarsan. 
T: 
- Uşaqlar, sizcə, dovşan niyə belə dedi?
Quzu adını eşıdəndə qurdun ağzı sulandı. Ancaq dovşanın sözünə inanmadı. 
-Yox, ay dovşan qardaş. Mən sənin sözünə inanmıram. Axı, bunun sənə nə xeyri var ki, qaçıb 
mənə xəbər verirsən? 
Dovşan özünü itirməyib, cavab verdi: 
-
Hi-hi-hi, sən quzunu yeyəndən sonra dərisini atırsan. Mən də dərini aparıb balalarımın altına 
sərərəm. Onlar da yumşaq yerdə yatarlar. 
-Yaxşı, tez ol, gedək quzunu mənə göstər. 
Dovşan qurdu tələnin yanına gətirib, yavaşca dedi: 
-Qurd qardaş, bax, quzu o ağacın yanındakı çəməndədir. Asta ol. Yoxsa quzu səni görüb qaçar. 
Qurd qulaqlarını şəklədi, gözlərini bərəltdi, dişlərini qıcırtdı. Yerə yatıb çəmənliyə sarı baxdı. 
Sonra yenidən qalxıb pəncəsini atanda tələyə düşdü. 
Ana dovşan tələdə çapalayan qurda dedi: 
-Ay yaramaz, balamı yeyib, məni gözü yaşlı qoydun. İndi qoy sənin dərin ovçunun arvadı üçün
xəz olsun. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin