Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə79/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   75   76   77   78   79   80   81   82   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Dərketmə. 
T:
-Uşaqlar, baxın, yolun kənarında nə bitib?
(Uşaqların cavabları) 
(Göbələk) 
- Göbələklər nə qədərdir? (çoxlu) 
-Bəs burada neçə göbələk var? (bir dənə) 
-Bəs göbələk nə boydadır? (böyük) 
-Bəs nə rəngdədir? (uşaqların cavabları) 
-Yolumuza davam edək. Qabağımıza çay çıxdı. Gəlin, çayın üzərindən tullanaq. Hamımız 
birlikdə tullanırıq. (tullanırlar). Biz niyə tullandıq? (uşaqların cavabları) Gəlin yolumuza davam 
edək. Yenə qarşımıza göbələk çıxdı. Bunlar necədir? (balaca) Bəs neçə dənədir? (bir dənə) 
-Bu göbələk nə boydadır? (kiçik) 
-Hə, biz gəlib fermaya çatdıq. Baxın, yaşıl otlaqda heyvanlar otlayır. Hansı heyvanları 
görürsünüz? Gəlin onları adlandıraq. (inək, qoyun, at, keçi) 
-Nə qədər heyvan var? (çox) 
-Baxın, bu hansı heyvandır? (at) At neçə dənədir? (bir dənə)
-Bəs inək neçə dənədir? Sayaq. (iki) Uşaqlar, inək necə səs çıxarır? (mooooo). İnək 
insanlara nə verir? (süd) 
-Görək qoyun neçə dənədir? (sayaq) (üç) 
-Qoyun necə mələyir? (məəəə) 
-Bəs keçi nə qədərdir? (çox) 
-Afərin uşaqlar! Görürsünüz fermada nə qədər heyvan yaşayır! Axşam olanda heyvanlar 
yatırlar. Gəlin, onları evlərə yerləşdirək. Baxın, görün məndə nə var! (dairə, kvadrat, üçbucaq) 
-Bu nədir? 
(dairə) 
-Nə rəngdədir? (qırmızı) 


71 
-Gəlin buraya qoyunları yerləşdirək. (yerləşdirirlər) 
-Bəs bu nədir? 
(üçbucaq) 
- Nə rəngdədir? (göy) 
-Bura isə at ilə inəkləri yerləşdirək. 
-Bu nədir? 
(kvadrat) 
-Nə rəngdədir? (yaşıl) 
-Bura isə keçiləri yerləşdirək. 
İdman dəqiqəsi. 
Meşədə gül dərmək üçün, 
(əllər beldə)
Gəl aşağı əyilək. 
(aşağı əyilirlər)
Bir çiçək, 
(sağ əli sol ayağa çatdırmaq ) 
İki çiçək, 
(sol əli sağ ayağa çatdırmaq)
Alınır güldən çələng. 
(əlləri alnımızda dairəvi hərəkət etdiririk) 
Tətbiqetmə
.
T:-Uşaqlar, bizi çağıran kimdir? Eşidirsiniz? 
(Stola yaxın gəlib və qulağını ata yaxınlaşdırır)
-Aha! At mənim qulağıma nə isə deyir. O, istəyir ki, siz onun üçün ev çəkəsiniz.Yoxsa bir 
üçbucağın içərisində inəklərlə onun yeri dardır.Çəkək? (bəli) 
-Stolların üzərində hər biriniz üçün ağ vərəq var. Baxaq görək orada nə çəkilib? (üçbucaq). Rəngli 
karandaşı götürüb, xəttin üzərindən gedib, içərisini rəngləyirik. Afərin! 
Sonda tərbiyəçi-müəllim ümumiləşdirmə məqsədilə deyir: 
-Biz bu gün sizinlə hara getdik və kimi gördük? (fermaya getdik və ev heyvanlarını gördük) 
Uşaqlar rəğbətləndirilir və məşğələ yekunlaşdırılır. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin