Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”



Yüklə 0,65 Mb.
səhifə125/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   121   122   123   124   125   126   127   128   ...   160
Beynelxalq marketinq muhazire

-məlumatverici(pioner)

-nəsihətverici

-xatırladıcı

reklamdan ibarətdir.



Təşkilat(institusional) reklamı -nın isə 4 alternativ forması vardır

1.Müdafiə reklamları.

2.Məlumatverici institusional

3.Rəqabətli institusional.

4.Xatırladıcı institusional reklamalar.

İstehlak və sənaye reklamı. Qeyd edildiyi kimi,məhsullar 2 əsas qrupa:

-istehsal-texniki təyinatlı məhsullara(“A”qrupuna)

-istehlak mallarına(“B”qrupuna )bölünürlər.

Odur ki,həmin məhsul qrupları üzrə reklamın istehlakçılara təsiretmə metodları da fərqli olur.Belə ki,istehlak malları qrupunun reklam edilməsi işinin təşkili istehsal-texniki təyinatlı məhsulların reklamı ilə müqayisədə xeyli asandır.Çünki sənaye sahələrində istehlak edilən məhsulların reklamı zamanı təqdim edilən əmtəənin texniki xarakteristikaları ,keyfiyyət ,qiymət,onlara xidmət göstərilməsi işlərinin təşkili imkanları və s. ətraflı işıqlandırılmalıdır ki,onu almaq arzusunda olan hər bir istehlakçı həmin əmtəə haqqında dəqiq qərar qəbul edə bilsin.

Sənaye istehsalçılarına xidmət göstərməkməqsədilə müxtəlif informasiya sistemləri mövcuddur.Belə ki,sənaye məhsulları bazarında reklam proqramlarını vermək üçün ixtisaslaşdırılmış sənaye jurnallarının buraxılması,ticarət sərgilərinin təşkili və s. yaxşı nəticələr verir.Eləcə də sənaye reklamına aid edilən digər fərqləndirici cəhətlərdən biri də dünya miqyasında ölkələrarası iqtisadi istehsal yaradılmasına geniş imkanlar açan kompüter şəbəkələrindən istifadə edilməsidir.Belə ki,internet vasitəsi ilə reklamın həyata keçirilməsi keçmiş,primitiv və köhnəlmiş metodları sıxışdıraraq aradan çıxarır.

Reklam yayımı vasitələrinə isə aşağıdakılar: televiziya, redio, qəzetlər, jurnallar, “Direct mail” (birbaşa poçt göndərişləri) ,reklam lövhələri, tranzit reklam vasitələri (avtobuslar,metro və s.) telefon,internet şəbəkəsi və s. daxildir.

Reklam yayımı vasitələrini seçərkən nəzərdə tutmaq lazımdır ki, potensial alıcılarla birdəfəlik, tək – tək təmaslar ümumilikdə desək heç bir kommersiya əhəmiyyəti kəsb etmir. Yalnız sistematik olaraq keçirilən reklam kompaniyası hər hansı əsaslı səmərə gətirə bilər. Optimal o variantdır ki, reklam həftədə bir dəfə nəzərədə tutulan alıcıya çatdırılsın.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin