Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə130/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   126   127   128   129   130   131   132   133   ...   194
  
Rübənd və niqab  İslam dininin yayılmasından sonra üzü yad, naməhrəm nəzərlərdən 
gizlətmək üçün başlıca vasitə sayılırdı. Keçmişdə niqabı bəzən kişilər də üzlərinə tutarmış.
66
 
Çadra (çarşab). Keçmişdə qadınlar, xüsusilə,  şəhər qadınları küçəyə  çıxarkən geyim 
dəstinin üstündən, adətən, başlarına çadra örtürdülər. Çadra qadının təkcə başını və sifətini deyil, 
bütün əndamını örtüb yad nəzərdən gizlədirdi. İslam dini ehkamlarına görə, müsəlman qadınları, 
dünyanın harasında yaşayırsa, yaşasın  əl, üz və ayaqdan əlavə, həm də  bədənlərini bütünlüklə 
örtməli idilər.
67
 Şəriətə görə, müsəlman qadınlarının yad, naməhrəm nəzərdən yaşınması «satr» 
və «hicab» ilə bağlı olmuşdur. Belə ki, «satra» görə, qadın ərindən başqa, atası və oğlu da daxil 
olmaqla, bütün kişilərdən yaşınmalı idi. «Hicaba» görə isə, qadının yaxın kişi qohumları 
naməhrəm sayılmırdı. Ona görə də, qadına ancaq yaxın kişi qohumlarından yaşınmamağa icazə 


 
 
141
verilirdi. 
İslam ehkamlarına görə, yad nəzərdən yaşınmaq üçün qadınlar  yaşmaq, çadra, rübənd, 
niqab  və s.-dən istifadə edərmişlər. Keçmişdə  hətta bəzən ahıl kişilər də üzlərini nigabla 
örtərmişlər. Dədə Qorqud dastanlarında bu adət aydın izlənilir.  
Çadra, adətən, yarımdairə və düzbucaqlı formada olmaqla iki cür biçilirdi. Azərbaycanın 
bir sıra bölgələrində,  ən çox isə Abşeron kəndlərində yaşlı qadınlar arasında abır-həya və 
mərasim geyimi kimi, çadra və çarşab bu gün də özünün əməli əhəmiyyətini saxlamaqdadır. 
Keçmişdə bütün müsəlman aləmində çadra qadın geyiminin vacib ünsürü sayılırdı. Maraqlı 
haldır ki, Azərbaycanın bəzi bölgələrində çadra (çarşab) qadının ancaq üzünü gizlətməsi üçün 
örtük vasitəsi idi, onun ayaqlarının açıq qalması isə eyib sayılmırdı. Keçmişdə digər müsəlman 
qadınları kimi, Azərbaycan qadınları da çox vaxt ictimai yerlərə qara çadraya bürünüb 
gedərmişlər. 
Bakı  və Bakı  ətrafı  kəndlərdə çadra qara rəngli atlazdan, dama-dama ipək parçadan, 
Naxçıvan və onun kəndlərində isə ağ güllü, zərif ipək parçalardan tikilərdi. Bakı şəhəri küləkli 
olduğuna görə, bəzən çadranın belindən onu xüsusi belbağı ilə bağlanması faktına da təsadüf 
edilirdi. 
Kasıb qadınların çadrası pambıq parçalardan, hətta boyaqxanada boyanmış bezdən 
(«qədək») düzəldilirdi.  
Gürcüstan Dövlət Muzeyində saxlanılan,  Şəkiyə  məxsus çadra ağ bezdən, həm də 
yarımoval formada  iki tikə parça materialından hazırlanmışdır. Maraqlı haldır ki, çadranın 
üstündən yenə  də  həmin materialdan nisbətən kiçik ölçülü başqa bir parça kəsiyi tikilmişdir.
68
 
Bundan  əlavə çadranın kənarlarına qırmızı  və mavi rəngli parçadan zolaq şəklində haşiyə 
tikildiyi nəzərə çarpır. 
Azərbaycanın elat kəndlərində o cümlədən azsaylı xalqları arasında bir qayda olaraq, çadra 
örtülməmişdir. Kənd təsərrüfatı işlərində fəal iştirak edən kənd qadınlarının məişət həyatı çadra 
və çarşabı istisna edirdi. 
Sosialist inqilabının ilk illərində Azərbaycanda  şəhər qadınları arasında «Rədd olsun 
çadra!» şüarı altında qadın hərəkatı başlanmışdır. Bu işdə təzəcə yaradılmış «qadınlar şuraları» 
fəal rol oynamışdır. Azərbaycanın o zamanki ictimaiyyətçi qadınları çadranı  mədəniyyətsizlik, 
gerilik rəmzi hesab etdiyindən kütləvi yerlərdə, klublarda çadranı atıb, onu adi baş yaylığı ilə 
əvəz etməyə başlamışdılar. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin