Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə177/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   173   174   175   176   177   178   179   180   ...   194
çul salınır, sonra yəhər qoyurdular. Bu qayda ilə atın öyrədilməsinə 3-4 gün, bəzən bir həftə vaxt 
tələb edirdi.
13
 
Atı qoşquya öyrətmək üçün onun boynuna keçirilmiş  kəndirə  ağır daş, yaxud kötük 
bağlayıb sürütlədirdilər. Bəzən isə xam atın boynuna gərdənbənd keçirib, qoşquya alışmış digər 
atla birlikdə arabaya qoşurdular. Adətən, minik atı qoşquya da tez alışırdı. 
Xam atın minik və yük üçün öyrədilməsinə 3-4 yaşlarından başlanırdı. Xam at 4 yaşında 
artıq bədəncə möhkəmlənir və minik üçün yararlı sayılırdı. At sərrafları miniyə öyrədilmiş xam 
ata yüksək tələblər qoyurdular. Bu cəhət öz əksini atalar sözündə  də tapmışdır: «Atı birində 
bəslə, ikisində gözlə, üçündə min, dördündə oldu at, olmadı sat». 
Minik və ya yük atlarını  noxta  və  yüyən  (qaytarğan) vasitəsi ilə idarə edirdilər. Yüyən 


 
 
203
qayışdan hazırlanır, noxta isə yun ipdən hörülürdü. Yüyənin gəm və qaytarğanı metaldan olub, 
sifarişə dəmirçi tərəfindən hazırlanırdı.  
Minik atına bir qayda olaraq, yəhər, yük atına isə navar vurulurdu. Adətən, minik üçün 
yəhər ləvazimatı dəst halında hazırlanırdı. Azərbaycanda tarixən yəhərin iki növü: minik və yük 
yəhəri mövcud olmuşdur. 2-3 qat keçədən hazırlanan yük yəhəri xalq arasında «navar», «palan-
navar», yaxud «çul» adlanır. Yük heyvanının belinə navar qoyandan sonra onun üstündən 
«keyvənd» adlanan çul salınır üstü tapqır və ya örkən ilə  çəkilib bərkidilirdi. Qərbi 
Azərbaycanda navarın təkmilləşmiş forması «qom» adlanırdı. Navar kimi, qomun da içərisinə 
saman və ya küləş doldurulurdu.  
Yük yəhərlərini «palanduz» adlanan peşəkar ustalar hazırlayırdı. 
Bundan fərqli olaraq, minik yəhərləri mürəkkəb quruluşa malik olub, ağac  qaltaq, keçə  
təkaltı,  üzəngi  qayışı, tapqır, tərlik, sinəbənd  və  quşqun kimi müxtəlif hissələrdən ibarət 
hazırlanırdı. Azərbaycanda vaxtı ilə «müsəlman yəhəri» («ərəb yəhəri», «Ərdəbil yəhəri») 
adlanan yerli yəhərlərlə yanaşı, «çərkəz»  rus (kazak), ingilis tipli minik yəhərləri də geniş 
yayılmışdır. 
Yerli (müsəlman) yəhərlər nisbətən mürəkkəb quruluşa malik olduğundan onun 
hazırlanmasına xeyli material və çox vaxt tələb olunurdu. Bununla belə, yerli yəhər növü uzun 
müddət dəbdən düşməmişdir. Şuşada hazırlanan «Şahsevən yəhəri» rus və ingilis yəhərlərindən 
üstün hesab edilir və yüksək qiymətləndirilirdi. 
Etnoqrafik çöl materialları keçmişdə qadınlar üçün də xüsusi yəhər növü hazırlandığını 
göstərir. Qadın yəhərlərinin fərqləndirici xüsusiyyəti onların qaltağının arxa hissəsinin enli, 
qabaq hissəsinin isə dar düzəldilməsindən ibarət idi. 
Yəhər dəstini «sərrac» adlanan peşəkar ustalar hazırlayırdılar. XIX əsrdə Azərbaycan 
şəhərlərində xeyli sərrac dükanı  fəaliyyət göstərirdi. 1859-cu ildə  təkcə  Şamaxı  şəhərində 36 
nəfər sərrac çalışırdı.
14
 Yəhərə olan tələbatla bağlı olaraq sərraclıq sənəti təkcə şəhərlərdə deyil 
hətta kənd yerlərində də inkişaf etmişdir. 
Minik atını  yəhərləmək üçün əvvəlcə onun belinə  tərlik, onun üstündən  təkaltı, onun 
üstünə  qaltaq, qaltağın üstünə isə «yastıq» adlanan yəhər döşəkcəsi qoyulurdu. Yəhər, adətən, 
atın belinə tapqır, sinəbənd və quşqun vasitəsilə bərkidilirdi. Ata minmək üçün yəhərin qaltağına 
ucu üzəngili qoşa  qayışlar bərkidilirdi. 
Minik və yük atlarının ayaq dırnaqlarını zədələnməkdən qorumaq üçün onların altına metal 
nal vurulurdu. Nallanmış atlar daşlı, kəsəkli yollarda yükə daha dözümlü olurdular.  
Vaxtilə Azərbaycanda  girdə  və  aypara  şəkilli (dımıqlı) nallardan istifadə olunmuşdur. 
Qoşqu atları üçün aypara şəkilli (dımıqlı) nallar daha əlverişli olduğundan nalın bu növü nisbətən 
geniş yayılmışdır. 
Atı, adətən, «nalbənd» adlanan peşəkar ustalar nallayırdılar. XIX əsrin ortalarında 
Azərbaycanın iri yaşayış məntəqələrinin hər birində nalbəndxana var idi.
15
 
 Nalbənd çox vaxt həm nal düzəldir, həm də yük və minik heyvanlarını nallayırdı. Ona 
görə də, nalbəndxanada müxtəlif əmək alətləri: zindan, kəlbətin, dəmir kəsən qayçı, isgənə, yiyə, 
yonacaq (sintaraş), çəkic və s. olurdu.  
At «dizləmə» və «çarmıx» vasitəsi ilə olmaqla, iki üsulla nallanırdı. Dəlisov və ürkək atlar 
bədnal olduğundan, adətən, çarmıx vasitəsilə nallanırdı.
16
 
Azərbaycanda qədim zamanlardan minik-yük məqsədi ilə istifadə olunan ev 
heyvanlarından biri də qatır olmuşdur. Ondan, əsasən, yükdaşıma, qismən isə minik vasitəsi kimi 
istifadə etmişlər. 
Hər cür çətin şəraitə dözümlü olmasına görə, qatır Azərbaycanın bir sıra bölgələrində yük 
atından üstün tutulmuşdur. Sabiq Yelizavetpol quberniyasında yük daşınmaq üçün xeyli qatır 
bəslənilirdi.
17
 200 kq-a qədər yük götürə bilən qatır gündə 20-25 km yol qət edirdi.
18
 Bu 
səbəbdən də Azərbaycanın dağ yollarında qatır əvəzedilməz yük heyvanı hesab edilirdi. 
Azərbaycan  əhalisinin təsərrüfat məişətində yük daşımaq məqsədi ilə  işlədilən ev 
heyvanlarından biri də  ulaq  olmuşdur. O ən çox ev təsərrüfatında (odun, un, duz, su və s. 
yüklərin daşınmasında) işlədilirdi. Elat təsərrüfatında, xüsusilə köç yollarında yük daşımaq üçün 
ulaq  ən sərfəli nəqliyyat vasitəsi sayılırdı. Atı olmayan ailələr ulaq saxlamaq məcburiyyətində 


 
 
204
qalırdı. 
Keçmişdə  hətta ticarət yollarının üstündə yerləşən, yaxud ticarət mərkəzlərinə yaxın 
kəndlərdə ulaq vasitəsilə çarvadarlıqla məşğul olanlar da var idi.
19
 
Ulaq köçəbə təsərrüfatı üçün də sərfəli yük heyvanı idi. Sakit və rahat heyvan olması, az 
yem tələb etməsi, qoyun sürüsü ilə ayaqlaşması onu çobanlar üçün əlverişli nəqliyyat vasitəsinə 
çevirmişdir. Çobanlar özlərinə  gərək olan lazımi yükləri ulağa yükləyəndən sonra onu onları 
sürüyə qatır və birgə hərəkət edirdilər.  
Uzunqulağı yükləmək üçün onun belinə  palan, yaxud palan-navar vurulurdu. Yükün 
növündən asılı olaraq, xurcun, kisə, tuluq və s. vasitələrdən istifadə olunurdu. 
İş heyvanının belini əzib yağır etməmək üçün, adətən, ağır yuklər ağac qaltaq vasitəsilə 
daşınırdı. Abşeronda qaltaq «xərəkə»,
20
 Şirvanda isə «qaş» adlanırdı. Talışlar arasında o, «xərçü» 
və ya «tayçü» adı ilə tanınırdı. 
Qədim zamanlardan yükdaşıma məqsədi ilə istifadə olunan yük heyvanlarından biri də 
dəvə  olmuşdur. Aclığa və susuzluğa dözümlü olmaqdan əlavə, çox yük götürə bilməsi 
səbəbindən dəvə başlıca yükdaşıma vasitəsinə çevrilmişdi. Elə bu səbəbdən də Azərbaycanın bir 
sıra bölgələrində  dəvəçilik maldarlıq təsərrüfatının  ən gəlirli, sərfəli sahələrindən biri sayılırdı. 
Təkərli nəqliyyat vasitələrindən istifadə oluna bilməyən yerlərdə yük dövriyyəsi,  əsasən, dəvə 
karvanları vasitəsilə  həyata keçirilmişdir. Ona görə  də Azərbaycanın bir sıra bölgələrində 
dəvəçilik ayrıca təsərrüfat forması  kəsb etmişdir.
21
  İsti iqlim şəraitinə alışmış dözümlü heyvan 
olması səbəbindən dəvə, Azərbaycanın aran rayonlarında daha çox yayılmışdır. 
Keçmişdə Azərbaycanda dəvə ən çox Bakı, Quba, Şamaxı, Nuxa, Şuşa, Lənkəran, Ağdam 
və Salyan qəzalarında saxlanılırdı. 1858-ci ildə bu qəzalarda dəvələrin sayı 11542 başa 
çatmışdır.
22
  
Dəvəçiliklə,  əsasən, Mil-Qarabağ, Muğan və  Şirvan  düzənliklərində yaşayan maldar 
elatlar, qismən də Abşeron əhalisi  məşğul olmuşdur. Dəvə ilə başlıca olaraq uzaq məsafəyə neft, 
duz, pambıq, yun və s. yüklər daşıyırdılar. Bundan əlavə, keçmişdə köçəbə  məişəti keçirən, 
qışlaq və yaylaqlar arasında müntəzəm hərəkət edən elat əhalisi arasında dəvə  ən sərfəli 
yükdaşıma vasitəsinə çevrilmişdi. 
 XIX  əsrin ortalarından etibarən Bakı neftinin qəzalara daşınması Abşeronda dəvəçiliyin 
sürətlə artmasına təkan vermişdir. XIX əsrin 80-ci illərində Abşeron kəndləri arasında Corat (300 
baş) və Qobu (200 baş)  ən çox dəvə saxlanılan kəndlər idi. Maştağa və Saray kəndlərinin 
hərəsində neft daşımaq üçün 100 baş, Novxanı, Qala, Sabunçu, Fatmayı, Nardaran, Biləcər, 
Güzdək,  Əmircan və Zabrat kəndlərinin hərəsində isə onlarla dəvə saxlanılırdı.
23
 Lakin XIX 
əsrin axırlarında Zaqafqaziya dəmir yolu və neft kəmərinin çəkilməsi ilə  əlaqədar olaraq, bu 
kəndlərdə dəvəçiliyin inkişafı zəifləmişdir.
24
 
Azərbaycanda həm bir, həm də ikihörgüclü
25
 dəvə növü saxlanmışdır. İkihörgüclü dəvənin 
erkəyinə «buğur», dişisinə «haça maya» deyilirdi. Birhörgüclü dəvənin erkəyi «lök», dişisi 
«arvana», hər iki növün cütləşməsi nəticəsində yaranmış erkək dəvə «nər», dişi dəvə isə 
«pəsərək» adlanırdı.
26
 Həm də çarpaz cütləşmə nəticəsində həmişə bir hörgülü dəvə törəmişdir.
27
 
Buğur və lök dəvə 130-170 kq-a qədər yük götürə bilirdi. Maya dəvənin yükü 65-100 kq-dan 
artıq olmurdu.
28
 Nər güclü olduğu üçün başqa dəvələrə nisbətən daha çox yük götürür və yüksək 
qiymətləndirilirdi.  
Dəvə üç yaşından başlayaraq yükə öyrədilirdi. Bunun üçün onu «qaraçı» adlanan kəndir 
vasitəsilə  əvvəlcədən öyrədilmiş başqa dəvənin navarına bağlayırdılar. Dəvəni minməyə  və 
yükləməyə  tədricən alışdırırdılar. Öyrətmə müddətində ona ancaq quru yem verilirdi. Təzə 
öyrədilmiş dəvəni 50-60 gün fasiləsiz işlədirdilər ki o, xamlamasın. Sonra navar və ya arqana 
öyrənmiş dəvəni karvana alışdırmaq üçün onun belinə yük vurub başını ovsar vasitəsilə özündən 
qabaqkı  dəvəyə, arqanından isə arxadakı  dəvəyə bağlayırdılar. Karvana alışmış  dəvəyə 80-100 
kq yük vurub uzaq səfərə çıxırdılar. Hər 5-6 aydan bir dəvənin yükünü bir qədər artırırdılar. Beş-
altı yaşlarında dəvəni normal qaydada yükləyirdilər. 
 Abşeron kəndlərində  dəvəni qışda kəndin kənarında, daşdan tikilmiş  «dəvəlik» adlanan 
xüsusi tövlələrdə saxlayırdılar.
29
  Dəvə tövlələrinin qapısı hündür olduğundan yüklü dəvə ora 
sərbəst girə bilirdi. Yayda dəvə talvar altında saxlanılırdı.  


 
 
205
Qoşa hörgüclü dəvəni yükləmək üçün onun belinə  navar,  və  arqan,  tək hörgüclü dəvənin 
belinə isə cihaz  qoyurdular. Dəvə navarı uzunluğu təxminən 1-1,2 m-ə çatan bir cüt ağac milə 
dolanmış keçədən və onları birləşdirən paldımaşırmadan ibarət düzəldilirdi.
30
 
Dəvə güvəninin sayından asılı olaraq, navarın qolları iki, yaxud üç yerdən paldımaşırma 
vasitəsilə bir-birinə bağlanırdı. Navar dəvənin hörgücləri arasında kip dayanandan sonra onun 
üstü örkən ilə bağlanıb bərkidilirdi.
31
 
 Dəvə ilə yük daşımaq üçün yükün səciyyəsindən asılı olaraq, iri ölçülü «dəvə çuvalı»ndan, 
mafraş, sandıq, səbət və tuluqlardan istifadə edilirdi. Ərzaq məhsulları (taxıl, un, dən, qənd və s.) 
çuvala doldurulub dəvəyə yüklənirdi. Silah, sursat, saxsı  və mis qablar sandıq və  səbətlərə 
doldurulub dəvəyə yüklənirdi. Maye məhsulları (neft, su) tuluq vasitəsilə daşınırdı. Vaxtı ilə Bakı 
nefti tuluqlara doldurularaq, ölkə daxili mahallara və uzaq şəhərlərə dəvələrlə daşınırdı. 
Dəvəni yükləmək üçün hazır yük tayları bir-birindən təxminən 1,5-2 m aralı yan-yana 
qoyulduqdan sonra dəvənin noxtasından tutub tayların arasına çəkirdilər. Kiçik çubuqla dəvənin 
dizlərinə vurub «xıxladır» və onu tayların arasında yerə yatırdandan sonra yük taylarını dəvəyə 
yaxın çəkirdilər. Daha sonra ucu ilgəgəkli örkən və çilik vasitəsi ilə tayları bir-birinə çatıb dəvəni 
qaldırırdılar.
32
 
Dəvənin başlıca yükdaşıma vasitəsinə çevrilməsində Azərbaycanın təsərrüfat həyatında 
əmtəə istehsalının üstün yer tutması faktı mühüm rol oynamışdır. Azərbaycanda istehsal olunan 
ipək, kətan, pambıq, taxıl, neft, duz, barama və s. məhsullar istər daxili, istərsə  də xarici 
bazarlara əsrlər boyu dəvə karvanları ilə daşınmışdır. 
Gədəbəy mis mədəni işə düşəndən sonra hər il buradan Rusiyaya göndərilən 40.000 puda 
qədər mis Bakıyadək dəvələrlə daşınırdı.
33
  
İsti yay aylarında dəvə karvanı ilə, əsasən, sərin vaxtlar, çox vaxt isə gecə yarıdan sonra 
hərəkət edirdilər. Gecələr yol getmək və yük daşımaq üçün dəvə karvanı ən münasib nəqliyyat 
növü sayılırdı. 
Ağır heyvan olmasına baxmayaraq, iri addımlara malik olan dəvə uzun müddət fasiləsiz 
yol gedə bilirdi. Sürəti saatda 4-4,5 km-ə çatan yüklü dəvə bir gündə fasiləsiz 30-35 km, fasilə 
ilə isə 50 km-ə qədər yol qət edirdi.
34
 
Səfər zamanı  dəvənin yemi arpa unundan düzəldilən  nuğa  və yol boyu bitmiş tikanlı 
bitkilərdən ibarət olurdu. Digər ev heyvanlarının xoşlayıb yemədiyi dəvətikanı bitkisini dəvə 
daha iştahla yeyirdi.
35
 Bu mənada dəvə yemi onun sahibi üçün çətinlik yaratmırdı. 
Bir qayda olaraq, dəvə karvanı bir neçə qatara bölünürdü. Bu səbəbdən də karvanı bir neçə 
nəfər idarə edirdi. Bunlardan biri «sarvan» adlanan karvan başçısından, qalanları isə onun 
köməkçilərindən ibarət olurdu. 
Cərgə ilə dalbadal düzülmüş qatarlarda dəvələrin hər birinin ovsarı özündən qabaqkı 
dəvənin navarına bağlanılırdı. Qabaqdakı  nər dəvənin ovsarının ucu isə karvanın önündə atlı, 
yaxud piyada gedən karvan başçısının  əlində olurdu. Karvanın sonunda gedən dəvənin 
boynundan, adətən, zınqırov asılırdı. Zınqırov vasitəsi ilə karvanın ön və arxa qatarları arasında, 
bir növ, əlaqə yaradılırdı. Hərəkət vaxtı zınqırov səsi kəsilərdisə, karvan başçısı dayanıb arxaya 
baxır və gözləyirdi ki, onun köməkçiləri qatarların əlaqəsini bərpa etsinlər.
36
 
Dəvəçiliklə  məşğul olan Abşeron kəndliləri neft və duzu Azərbaycanın digər bölgələrinə 
çatdırmaqdan əlavə, həm də buradan əkinçilik və maldarlıq məhsullarını daşıyıb qonşu əyalətlərə 
satırdılar.
37
 Çoxlu dəvəsi olan kəndlilər bir qayda olaraq,  çarvadarlıq  peşəsi ilə güzaran 
keçirirdilər. Abşeronda neft və duzun bolluğu, habelə o vaxt hələ neft kəmərlərinin mövcud 
olmaması səbəbindən burada çarvadarlıq ən gəlirli peşə sahəsinə çevirilmişdi. 
Keçmişdə dəvə ilə yük daşıma işində Bakı kəndləri ilə yanaşı, Şamaxı və Nuxa qəzasının 
bir sıra kəndləri də xüsusilə fərqlənirdi. Onlar Azərbaycanın müxtəlif şəhərləri arasında dəvə ilə 
yük daşıyırdılar. Hər il Lahıc sənətkarları üçün Gədəbəydən, Zəngəzur və digər mədənlərdən 
alınan min pudlarla mis Lahıca dəvə ilə gətirilir, onların hazırladığı mis qablar dəvə karvanları 
ilə müxtəlif yerlərə daşınırdı.
38
 
XIX əsrdə Azərbaycanda 50-60 nəfərə yaxın çarvadarı olan bir sıra kəndlər var idi. Onların 
hər biri 10-12, bəzən isə 25 başa yaxın dəvə saxlayırdı.
39
 XIX əsrin 80-ci illərində təkcə Şamaxı 
qəzasında 4282 baş dəvə var idi.
40
 İnformatorların verdiyi məlumata görə, Abşeronun Əmircan 


 
 
206
və Güzdək kəndlərində 20-30 dəvəsi olan karvan sahibləri var idi. Həm də onlar təkcə ölkə 
daxilində deyil, Tiflis, İrəvan, habelə  Şərq ölkələrinə  (İran, Türkiyə,  Əfqanıstana) mal aparıb 
gətirirdilər.
41
  
Etnoqrafik materiallardan göründüyü kimi, keçmişdə yük daşıma  əməliyyatında 
iribuynuzlu heyvanlar, xüsusilə  kəl  və  öküz mühüm yer tutmuşdur. Bu hal xüsusilə köçəbə 
maldarlar arasında daha geniş yayılmışdır. Məlum olduğu kimi, maldar elatlar yaylağa köçən 
zaman yolun müəyyən məsafəsini araba ilə  qət edir, təkərli nəqliyyatın hərəkəti mümkün 
olmayan dağ yollarında isə barxana və ərzaq məhsullarını yük heyvanları vasitəsilə daşıyırdılar. 
Bu fakt ədəbiyyat materiallarında daöz əksini tapmışdır.
42
 
Azərbaycanın dağlıq bölgələrində yükdaşımada xüsusilə öküz çox mühüm yer tutmuşdur. 
Quba qəzasının  Şahdağ qrupu xalqları (xınalıqlılar, qırızlılar, buduqlular ) arasında öküz əsas 
yükdaşıma vasitəsi sayılırdı.
43
 
İribuynuzlu heyvanları qoşqu və yükə alışdırmaq məqsədi ilə onları  hələ 1-2 yaşında 
olarkən «buruqçu»ya burdurur,yaxud axtaladırdılar. 3-4 yaşlarından heyvanı yükə öyrətmək üçün 
onun başına sicim və ya çatı ilə «buruntaq» vurulur, belinə  ağır yük qoyulurdu. Yüklənmiş 
heyvan bir neçə saat yedəkdə gəzdirildikdən sonra ram edilirdi. 
Öküz və  kəli yükləmək üçün onun belinə keçə  və ya köhnə palazdan hazırlanmış 
qoyulurdu. Alıq ucu doğanaqlı örkən vasitəsilə heyvanın belinə bağlanıb bərkidilirdi.
44
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin