NƏQLİYYAT MƏDƏNİYYƏTİ Quru nəqliyyatı Ənənəvi nəqliyyat vasitələri tipoloji baxımdan quru və su nəqliyyatı olmaqla, tarixən iki
istiqamətdə inkişaf etmişdir. İlk vaxtlaribtidai insanlar yaxın və uzaq məsafələri piyada qət
etmişlər. Minik-yük nəqliyyatı vasitələri meydana gələnə qədər onlar ən zəruri yükləri (əmək
aləti, silah, ərzaq, azuqə ehtiyyatı), hətta körpə uşaqları özləri ilə piyada gəzdirmək
məcburiyyətində qalmışlar. Öz əməklərini yüngülləşdirib-asanlaqdırmaq üçün onlar bir sıra bəsit
yükdaşıma üsul və vasitələri düşünüb tapmışlar.
Bu mənada quru yollarla piyada hərəkət edən adamların öz əzələ gücü hesabına yükdaşıma
əməliyyatı və ilk bəsit nəqliyyat növü olmuşdur. Hətta sonralar bəsit yükdaşıma üsulları
təkmilləşdikcə «hambal» adlanan yükdaşıyan, habelə «carçi», yaxud «şatır» adı ilə bəlli olan
müjdə (xəbər) yayan piyada peşəkarlar meydana çıxmışdır. Keçmişdə məktub və ya ismaric
çatdıran «qasid» peşəsi də məhz bu ehtiyacdan yaranmışdır.
XIX əsrə, başqa sözlə, Azərbaycanda poçt və teleqraf xidməti yaranana qədər davam etmiş
bu peşə sahiblərinin çoxu piyada hərəkət edən adamlardan ibarət olmuşdur. Onların bir qisminin
xüsusi yükdaşıma vasitələri (hambal palanı, heybə, çanta və s.), bəzilərinin isə, hətta xüsusi
geyimləri yaranmışdır. Yerli hakim və ya hökmdar səfərə çıxarkən onun müşayiətçilərinin
önündə gedən şatirların yüngülsayaq qaçış geyimi,yaxud zəvvar və sövdəgərlərin səfər geyimi
olanyapınçı və ya kaval kürk buna əyani misal ola bilər.
Bütün bunlardan əlavə, keçmişdə kəndbəkənd gəzib öz matahlarını satmağa çalışan
arşınmalçı, bafayçı, çərçi və xalça-palaz satan digər alverçi təbəqələri də var idi ki, onlar satış
mallarını kisə, çanta və boxçalara doldurub bellərinə alır, yaxud xurcun və ya heybələrə yığıb
çiyinlərində daşıyırdılar.
Keçmişdə Azərbaycanın bir sıra bölgələrində səhləb çayı içmək dəbdə olduğundan şəhər
bazarlarında onun satışı ilə məşğul olan peşəkar səhləbçilər fəaliyyət göstərirdilər. Onlar mis
çaydanlarda isti saxladıqları səhləb çayını əldə tutub gəzir qutuya yığılmış piyalə, masqura və ya
stəkanları yaxalarından asırdılar.
İnsanın fiziki gücü ilə bəsit yükdaşımaüsulları çox qədim tarixə malik olsa da uzun müddət
əməli əhəmiyyətini itirməmişdir. Minik heyvanı olmayanlar əsrlər boyu çöl-təsərrüfat işlərinə, qonşu
kəndlərə, eləcə də inzibati-ticarət mərkəzlərinə, müqəddəs yerlərə ziyarətə gedənlər və digər səfərlərə
piyadagetmişlər.
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tarixən ev məişət əşyaları,
ərzaq məhsulları və digər zəruri yüklər yaxın məsafəyə insanın öz gücü ilə daşınmışdır.
Yüngül yükləri, adətən, başda, çiyində, beldə, qoltuqda, qucaqda, qolda və əldə daşımışlar. Bu sayaq yükdaşıma üsulu, xüsusilə qadınlar üçün daha çox səciyyəvi olmuşdur. Belə
bəsit yükdaşıma, üsulları dar cığırlara malik olan dağlıq ərazilərdə daha geniş yayılmışdı.
Yaxın məsafəyə səfər edən, eləcə də müxtəlif növ çöl təsərrüfatı işləri ilə məşğul olan peşə
adamları (çobanlar, ovçular və b.) şəxsi əşyalarını (ov bıçağı, xəncər, tüfəng, çörək torbası,
tənbəki və pul kisəsi və s.) əl, qol, qoltuq, çiyin və yançaqlarında, kəmər, yaxud qurşaqlarında
daşımışlar. Adətən, ovçular dağlıq və qayalıq yerlərdə gəzərkən sürüşməmək üçün ayaqlarına
dəmir dişli «çarıq» geyirdilər.
1
Başda yükdaşıma üsuluna Azərbaycanın bütün bölgələrində təsadüf olunsa da, Lənkəran-
Astara, Quba-Xaçmaz, eləcə də Abşeron bölgələri üçün o, daha çox səciyyəvi idi.
Yükün başı zədələmədən. rahat və sabit dayanması üçün, adətən, başa parçadan çələngvari
formada düzəldilmiş, «biçənə» və ya «piçənə» adlanan yumşaq altlıq qoyulurdu. Biçənə yükü
başda tarazlaşdırıb sabit saxladığı üçün onu əllə tutmaq lazım gəlmirdi.
Əllə yükdaşımasının ən bəsit və qədim üsullarından biri olmuş əl sürürütməsi özünün
əməli əhəmiyyətini yaxın keçmişədək qoruyub saxlamışdır.