Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə175/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   171   172   173   174   175   176   177   178   ...   194
Beldə   çiyində,  nisbətən ağır yükləri daşımışlar. Keçmişdə qonşu kəndlərə, yaxud 
şəhərlərə müxtəlif yükləri daşımaq üçün onu xurcun, yaxud heybəyə doldurub çiyindən 
aşırırdılar. 
Su, süd, ayran, şərbət, gülab və s. məhsulları daşımaq üçün müvafiq formalı maye 


 
 
201
qablarından (səhəng, güyüm, tayqulp, dolça, aftafa, satıl, sərnic, abgərdən, gülabdan, kuzə, 
cürdək, bardaq, tuluq və s.) istifadə olunması ənənəsi yaxın keçmişədək davam etmişdir.  
Su və digər maye doldurulmuş bir sıra yükləri çiyində daşımaq üçün «düşəli» adlanan, 
ucuna qarmaqlı keçirilmiş xüsusi çiyin ağacından istifadə olunmuşdur. 2-2,5 m uzunluğunda olan 
düşəli möhkəm ağac növlərindən hazırlanırdı.
2
 Qeyd etmək lazımdır ki, bu cür bəsit yükdaşıma 
qaydası Asiya ərazisində, eləcə  də Avropa və Asiyanın qovuşağında yerləşən Azərbaycanda 
qədim zamanlardan mövcud olmuşdur.
3
  
Abşeron yarımadasında yerli əhalini içməli su ilə təmin etmək üçün xüsusi peşə növü də 
yaranmışdı. «Suçu» adlanan həmin peşəkarlar keçmişdə  şirin sulu quyu və ovdanlardan 
bellərində içməli su daşıyırdılar. Onlar bunun üçün aşılanmış  dəridən düzəldilmiş tuluqlardan 
istifadə edirdilər.  
Beldə su daşımaq üçün Azərbaycanın kənd rayonlarında bir sıra saxsı qablar: «bardaq», 
«cürdək», yaxud mis «səhəng», «güyüm» və s. maye qabları da düzəldilmişdir. Digər 
bölgələrdən fərqli olaraq, Abşeron suçuları bellərində su daşımaq üçün «xərəkə» adlanan 
taxtadan düzəldilmiş su daşıma vasitəsindən istifadə etmişdilər. Xərəkəni kəndir (ciyə) vasitəsilə 
kürəyə bağlayandan sonra su qabları (bardaq, səhəng və s.) onun oturacağına qoyulurdu.
4
  
Beldə, habelə odun, çırpı, ot, küləş    şələ üsulu ilə, meyvə  və saman səbəti, barama 
daşınmışdır.  
İnsan gücü ilə beldə yük daşımanın peşə  səciyyəsi kəsb edən  ən təkmil növü «hambal» 
olmuşdur. Keçmişdə Azərbaycanın  əksər  şəhərlərində, xüsusilə iri ticarət mərkəzləri və  əlaqə 
yolları qovşaqlarında (vağzal, liman, bazar və s.) muzdla yük daşıyan xüsusi peşə sahibləri 
çalışırdı. Onlar xüsusi hazırlanmış hambal palanı vasitəsi ilə ağır yükləri bellərində daşıyardılar.
5
 
Hambal palanının üzü köhnə palaz, keçə  və ya qalın parçadan (sigəzidən) olub içərisinə 
tüktəpən vasitəsi ilə tik, yun çöpüyü, saman və ya xırda doğranmış küləş doldurulurdu. Bir qayda 
olaraq, palanın aşağısı qalın, yuxarı hissəsi nazik düzəldilirdi. Bunun sayəsində yükün beldə dik 
dayanması təmin edilirdi. 
Bundan  əlavə, belə götürülmüş yükün üstünü sarıyıb sabit saxlamaq üçün ucu halqalı 
xüsusi hambal qayışından istifadə olunurdu. 
Bəsit yükdaşıma üsullarından biri də  xərək vasitəsi ilə müştərək yükdaşıma olmuşdur. 
Bunun üçün bir cüt ağac zolağını azca aralı olmaqla yerə uzadıb üzərinə yük yığandan sonra dal-
qabaq olmaqla əl və ya çiyinə götürüb lazımi yerə çatdırırdılar. 
Müharibə zamanı yaralı döyüşçüləri xərək vasitəsi ilə  əməliyyat meydanından çıxarıb 
təhlükəsiz yerə çatdırırdılar.  
İnsanın fiziki gücü ilə müştərək yükdaşıma vasitələrindən biri olmaq etibarilə  kəcavə 
Azərbaycanda çox məhdud dairədə yayılmışdır. Hakim dairələr üçün səciyyəvi olmuş bu 
yükdaşıma üsulu çox uzaq keçmişdə qalmış və nəqliyyat növü kimi geniş yayıla bilməmişdir.    
 Minik-yük nəqliyyatı. Azərbaycan  əhalisinin təsərrüfat məşğuliyyəti, eləcə  də ölkə 
ərazisinin dağlıq və düzənliklərdən ibarət olan mürəkkəb relyefi ilə əlaqədar olaraq, XIX əsrdə 
ənənəvi minik-yük nəqliyyatı özünün əməli əhəmiyyətini hələ də itirməmişdir. Təkərli nəqliyyat 
vasitələrinin hərəkət edə bilmədiyi dağlıq yerlərdə nəqliyyatın bu növündən tarixən geniş istifadə 
olunurdu.
6
 Keçmişdə düzənlik ərazilərdə yağmurlu vaxtlarda aran yolları keçilməz hala düşürdü. 
Belə  şəraitdə yol getmək və yük daşımaq üçün minik-yük heyvanları yeganə  sərfəli nəqliyyat 
növünə çevrilirdi. Digər tərəfdən, minik-yük nəqliyyatını ölkə əhalisinin müəyyən bir hissəsini 
təşkil edən köçəbə elatların səyyar məişəti də  tələb edirdi. Etnoqrafik materiallar göstərir ki, 
arandan yaylağa köç vaxtı  zəruri yüklərin (barxana, azuqə, ev müxəlləfatı  və s.) daşınmasında 
minik-yük heyvanları əvəzsiz rol oynamışdır. 
Zaqafqaziyada, eləcə də Azərbaycanda minik və yükdaşıma məqsədi ilə, əsasən, at, qatır, 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin