Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə71/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   67   68   69   70   71   72   73   74   ...   194
Təpmə (keçə) məmulatı. Ənənəvi basma məmulatının ikinci qrupunu “təpmə” üsulu ilə 
hazırlanan keçə məmulatı təşkil etmişdir. 
Vaxtilə Azərbaycanda geniş yayılmış basma (təpmə) məmulatı kənd əhalisi, xüsusilə də 
köçəbə elat obalarında uzun müddət özünün əməli  əhəmiyyətini itirməmişdir. Keçmişdə 
həllaclıq (basma) sənəti hətta ətraf elat mahalları ilə üzvi surətdə bağlı olan bir sıra şəhərlərdə də 
intişar tapmışdır. Lakin elat əhalisinin oturaqlaşması prosesinin güclənməsi ilə  əlaqədar olaraq 
XIX  əsrin ikinci yarısında  şəhər həllacxanalarında hazırlanan keçə  məmulatına tələbat xeyli 
azalmağa başlamışdır. Hətta bu  tələbat ilbəil o dərəcədə azalmışdır ki, əhalinin basma 
məmulatına olan ehtiyacını kəndbəkənd, oba-oba gəzib dolaşan səyyar həllaclar layiqincə ödəyə 
bilirdilər. Bunu Naxçıvan və Ordubad şəhərlərində  fəaliyyət göstərən həllac dükanlarının 
timsalında aydın izləmək olur. Akademik Ə.S.Sumbatzadənin arxiv sənədlərinə istinadən 
yazdığına görə, 1831-ci ildə Naxçıvan  şəhərində 16 nəfər həllac işlədiyi halda, 1865-ci ildə 
onların sayı azalıb 4 nəfərə enmişdi.
156
 Yaxud 1832-ci ildə  Ordubad şəhərində 29 nəfər həllac 
fəaliyyət göstərdiyi halda, 1864-1865-ci illərdə onlardan yalnız 8 nəfəri işləyirdi.
157
 
 
Həmin dövrdə Bakı və Şamaxı şəhərlərində 10 nəfərədək həllac işlədiyi halda, XIX əsrin 
80-90-cı illərində onların hamısı öz fəaliyyətlərini dayandırmışdır. Belə  vəziyyət ölkənin digər 
şəhərlərində də müşahidə olunmaqda idi.
158
 
  
XIX əsrin 70-90-cı illərində Şuşa şəhərində keçə məmulatı (qəlib,yapıncı) istehsal edən 3 
həllacxana fəaliyyət göstərirdi.
159
 Qeyd etmək lazımdır ki, XIX Azərbaycan  şəhərlərində 
həllaclığın zəif inkişaf etməsinin başlıca səbəbini akad. Ə.S.Sumbatzadə ümumən keçmişdə yun 
məmulatı istehsalının əyalətlərdəki kəndli təsərrüfatlarında cəmləşməsində görürdü.
160
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin