Ümumi ixtisaslaşma indeksi (ASİ)
Bu indeksdən alınan nəticələr isə, müəyyən olunmuş period ərzində ölkənin ixtisaslaşma trendini qrafik təsvirdə göstərir. CR indeksindən fərqli olaraq ASİ indeksi seçilən periodda bütün illər və qeyd olunan mal qrupları üçün ayrıca hesablanaraq toplanılır. İndeks aşağıdakı düsturla hesablanır:
ASİt =
Burada N seçilən mal qruplarının, məhsulların sayı, tc cari ili, i məhsulun növünü ifadə edir. ASİ indeksi əgər vahidə yaxın qiymət alarsa bu ölkə ixracının yalnız bir neçə məhsul qrupundan ibarət olduğunu, digər sözlə diversifikasiya səviyyəsinin az olduğunu, əksinə ASİ indeksi əgər sıfıra yaxın qiymət alarsa bu ixracda yüksək diversifikasiya səviyyəsinin olduğunu ifadə edir. [33, s.36-39]
Ölkə iqtisadiyyatının ixrac potensialının inkişaf səviyyəsi birbaşa olaraq ETT-nin inkişafından asılıdır. Bu səbəbdəndir ki, inkişaf etmiş ölkələrin ixrac potensialının əsas hissəsini hazır sənaye məhsulları tutduğu halda, İEOÖ-də hazır xammal yaxud yarımfabrikatlar əsas yer tutur. Bu baxımdan İEÖ ölkənin ixrac potensialının artırılması üçün əsasən ETT-ninən yeni naliyyətlərini istehsala tətbiq etməklə, həmçinin elm tutumlu məhsulların istehsalını həyata keçirməklə dövlət buüdcəsini daha da artırmağı əsas məqsəd olaraq müəyənləşdirirlər. Yaponiya və Cənubi Koreya iqtisadi modelini adı çəkilən ölkələrdə daha çox elm tutumlu məhsulların istehsalı və dünya bazarına çıxarılması baxımından ən önəmli nümunə kimi göstərmək olar. [21, s.104]
Dövlətin həyata keçirdiyi istər ixrac, istərsə də idxal siyasəti ümumi olaraq dövlətin xarici ticarət siyasətinin mühüm tərkib hissələridir. Bir çox ölkələrin xarici ticarət vasitəsilə iqtisadi artıma nail olduqları məlumdur. Xarici ticarətin dinamik mənfəəti onun iqtisadiyyata etdiyi müsbət təsirlərdir. Məhz bu baxımdan xarici ticarətin əhəmiyyəliliyini aşağıdakı kimi qruplaşdırmaq olar:
|