II FƏSİL. AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACININ MÖVCUD VƏZİYYƏTİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ 2.1. Azərbaycanın qeyri-neft ixracında inkişaf trendləri və ixracda diversifikasiyalaşma problemləri
Azərbaycan Respublikası 1991-ci ildən əvvəlki təxmini 70 illik dönəmdə sovetlər birliyinin tərkibində olduğu müddətdə ölkənin milli iqtisadiyyatının formalaşması və onun özünəməxsus xüsusiyyətlərini, ölkənin beynəlxalq iqtisadi münasibətlərə inteqrasiyası imkanlarını araşdırıb və qiymətləndirmək mümkün deyildi. Qeyd edilən dövrdə ölkəmizin iqtisadi sistemi vahid bir iqtisadi sistem - sovetlər birliyinin sütnunu olan sosialist iqtisadi sistemin tərkib hissəsi olmuşdur. Nəzərə almaq lazımdır ki, bu dövrdə respublikamızda fəaliyyət göstərən müəssisələr vəsaiti ümumittifaq fonduna göndərir, bu vəsait isə ümumi sovetlər birliyinin iqtisadi inkişafına xərclənirdi. Bu səbəbdən də qeyd edilən dövr üçün respublikamızın iqtisadi potensialını qiymətləndirmək imkansız olması ilə bərabər həmdə iqtisadi potensialın düzgün olmayan formada qiymətləndirilməsinə yol aça bilər. Sovetlər birliyinin tərkibində olarkən istehsal baxımından yanaşdıqda respublikamızın əsasən xammal istehsalçısı olduğunu müəyyənləşdirə bilərik. Tarixi-ənənəvi istehsal baxımından da yanaşsaq görərik ki, neft hasilatı bu baxımdan daha çox irəlidə olan sahə kimi çıxış etmişdir. Lakin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində sosialist iqtisadi sistemin iflasa uğraması və sovetlər birliyinin parçalanması birlik daxili respublikaları, o cümlədən respublikamızı müəyyən dövrdə iqtisadi sarsıntılarla üz-üzə qoydu. 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra respublikamızın müstəqil dövlət olaraq öz təbii resusrslarının tam sahib olması ilə ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə və müstəqil dövlət olaraq beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyanın reallaşdırılmasına mühüm iqtisadi və siyasi zəmin yarandı. 1991-1994-cü illər arası ölkədə baş verən neqativ hərbi və siyasi proseslər qeyd edilən dövrdə iqtisadi islahatların həyata keçirilməsini arxa planda saxlamışdır. Yalnız 1994-cü ildən etibarən siyasi stabilliyin əldə olunması və “Əsrin müqaviləsi” iri neft müqaviləsinin imzalanması ilə ölkə iqtisadiyyatının dirçəldilməsi, ölkəyə kapital axınının və bununla da bazar iqtisadiyyatına keçidin reallaşdırılması həyata keçirildi. Ölkəmizin zəngin neft və qaz ehtiyatlarının olması nəticə etibarilə xarici investisiyaların ölkəmizə cəlb olunmasına mühüm şərait yaratdı. [3, s.13-14] Bu isə öz növbəsində nəticə olaraq qarşıdakı illərdə neft sektorundan əldə olunan gəlirlərin artmasına, bu gəlirlər isə iqtisadiyyatın şaxələndirilməsinə, sosial-iqtisadi artımın sürətlənməsinə mühüm təsir göstərməyə hesablanmışdır. [21, s.87-89]
Respublikamızda son 10 ildə ixracdan əldə olunan gəlirlərin 80%-dən çox hissəsi neft sektorunun payına düşür. Bu səbəbdəndir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracda diversifikasiyaya nail olunması məsələsi əsas iqtisadi prioritetlərdən hesab olunur. Aşağıdakı cədvəldə 1995-2015-ci illər aralığında Azərbaycanın neft və qeyri-neft sektorları üzrə ixracdan əldə olunan gəlirlərin müqayisəsi verilib. [36]
Dostları ilə paylaş: |