Cədvəl 1.5 2014-cü ildə İndoneziyanın ixracında mühüm paya malik olan mal qrupları və ixracdan əldə olunan gəlirləri
s/s
|
Məhsulun adı
|
İxracdan əldə olunan gəlir
(min dollar)
|
1.
|
Mineral yanacaqlar (neft, təbii qaz, daş kömür)
|
51,133,125
|
2.
|
Bitki və heyvan mənşəli piy və yağlar
|
21,059,510
|
3.
|
Elektrik avadanlıqları
|
9,745,714
|
4.
|
Rezin və rezin məmulatları
|
7,100,023
|
5.
|
Texniki avadanlıqlar, nüvə reaktorları, buxar qazanları və s.
|
5,969,080
|
6.
|
Minik vasitələri, tramvaylar
|
5,213,659
|
7.
|
Müxtəlif qiymətli daş qaşlar, incilər, monetlər
|
4,648,183
|
8.
|
Müxtəlif kimyəvi məhsullar
|
4,168,099
|
Mənbə: Cədvəl trademap.org`dan əldə olunan məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır.
İndoneziya nümunəsi bir daha təbii resurslardan, xüsusilə neft-qaz resurslarından asılı ölkələr üçün holland sindromu ilə üzləşməmək və qeyri-neft ixrac sektorunu inkişaf etdirmək baxımından önəmlilik daşıyır.
1.2.3 Nigeriya. Qeyri-neft ixracına dair neft ixrac edən ölkələrin bu yöndə beynəlxalq təcrübələrini araşdırarkən müəyyən olunur ki, bəzi ölkələr vardır ki bu istiqamətdə uğursuz təcrübəyə malikdirlər. Burada xüsusilə Nigeriyanın üzərində dayanılmaqdadır. Artıq bizə məlumdur ki, neft ixrac edən ölkələrdə ixracda neft sektorunun dominant sahə olması ölkənin büdcə gəlirləri və iqtisadi stabilliyi baxımından təhlükəli hesab edilir. 60-cı illərin sonlarından etibarən vətəndaş müharibəsinin bitməsindən sonra Nigareyia ixrac strukturunda kənd təsərrüfatı sektoru dominant olan ölkədən, ixrac strukturunda neft-qaz sektoru dominant olan ölkəyə çevrilməyə başladı. Neft ixracından gələn yüksək gəlirər fonunda, dünya bazarlarında neft qiymətlərində baş verən tərəddüdlər Nigeriya hökümətini qeyri-neft sektorunda xüsusilə kənd təsərrüfatı sektorunda idxal və ixrac strukturunda islahatlar həyata keçirtməyə məcbur etdi. Bu trend xüsuilə 1970-1980-ci illəri əhatə edirdi. Ümumilikdə Nigeriyada neft ixracı ölkənin toplam ixracında 2008-ci ildə 91,5%, 2009-cu ildə 84.5%, 2010-cu ildə 70,4%, 2011-ci ildə 71.7%, 2012-ci ildə 69,9% paya malik olmuşdur. Nigeriyada ixrac diversifikasiyasının səviyyəsini və ixrac strukturunu təhlil etmək üçün bir sıra ekonometrik qiymətləndirmələr aparılmışdır. Aşağıdakı model vasitəsilə Kobb-Duqlas modelinə əsaslanaraq neft sektoru, kənd təsərrüfatı malları , manufaktura mallarının ölkənin toplam ixrac portfelindəki payının ölkədə adambaşına düşən illik gəlirə təsiri ekonometrik təhlil edilmişdir. Əldə edilmiş verilənlər 1983-2012-ci illəri əhatə edir. Ümumi tənlik isə aşağıdakı kimidir:
PCGDPt = C1+ C2 Oil/Ex + C3 Agric/Ex + C4 Manu./Ex +e (1.2)
Burada PCGDP-adam başına düşən illik gəlir, Oil/Ex-toplam ixracda neft sektorunun payı, Agric/Ex-toplam ixracda kənd təsərrüfatı sektorunun payı, Manu/Ex- toplam ixracda manufakturanın payını göstərir. Nəticə olaraq isə Nigeriyada kənd təsərrüfatı sektorunun geniş şəkildə inkişaf etdirilib, bu sahədə ixrac qabiliyyətinin artırılmasının Nigeriya əhalisinin rifah səviyyəsinə ən çox müsbət təsir edə biləcəyi müəyyən edilmişdir. Başqa sözlə qiymətləndirmələr zamanı müəyyən edilmişdir ki, Nigeriyada neft sektorunda ixracdan əldə edilən gəlirlərin əsasən kənd təsərrüfatına yöndəndirilməsi daha effektiv nəticələr verə bilər. Ümumi təkliflər isə aşağıdakı kimi olmuşdur:
Resurların bölgüsündə kənd təsərrüfatı sektoruna üstünlüyün verilməsi daha effektiv nəticələrə yol aça bilər.
İnvestisiyaların yatırımında rəhbər prinsip olaraq ilk növbədə kənd təsərrüfatı sektoru, daha sonra sənaye sektoru nəzərə alınmalıdır.
İxrac portfelində tədricən yarımfabrikat və tam şəkildə istehsal olunmuş malların payının artırılması ölkənin ixrac strukturunu daha çoxşaxəli olmasına, iqtisadi stabilliyin qorunmasına kömək ola bilər.
Dövlət daxildi iqtisadi stabilliyin qotunmasında, uğurlu iqtisadi siyasətin həyata keçirilməsində böyük məsuliyyət daşımaqdadır. Bu səbəbdən dövlət kənd təsərrüfatı sektoru və sənaye sektoruna investisiya cəlbində maraqlı olmalıdır.
Nəticə olaraq biz müəyyən edirik ki, ixracın diversifikasiyalaşdırılması Nigeriya hökümətində əsas iqtisadi prioritetlərdən biri olmuşdur. Lakin Nigeriya höküməti bu yöndə çox cüzi müsbət nəticələr əldə etsə də, ümumilikdə qoyulmuş iqtisadi hədəfin icrası uğursuzluqla nəticələnmişdir. Hal hazırda da Nigeriyanın ixrac portfelində neft sektoru dominant mövqeyə malikdir. [23, s.71-77]
Neft ixrac edən ölkələrin qeyri-neft ixracına dair təcrübələrində üumu olaraq Norveç, İndoneziya və Nigeriya modellərinə baxdıqda müəyyən edirik ki, neft sektorunun ixrac portfelində dominant olması ölkə üçün təhlükə rolunu oynayır. Norveç və İndoneziya nümunələrində müəyyən etdik ki, neft gəlirlərinin ölkənin digər qeyri-neft sektorlarına yönəldilməsi, insan kapitalına yatırımların edilməsi daha effektiv nəticələr verir. Həmçinin ölkənin ixrac strukturunda çoxşaxəliliyin təmin olunması ölkənin iqtisadiyyatı üçün müsbət təsir etməklə bərabər, ölkə iqtisadiyyatının təhlükəsizliyini gücləndirir. Nigeriya nümunəsində müəyyən etdik ki, neft gəlirlərinin səmərəsiz şəkildə dağıdılması ölkə iqtisadiyyatını böhranlı səviyyəyə apara bilər.
Azərbaycan neft istehsal və ixrac edən ölkə olduğu üçün qeyd edilənləri təhlil etmək, ölkənin ixrac sektorunu nəzərdən keçirmək, ümumən qeyri-neft ixracında çoxşaxəli ixraca nail olmaq, qeyri-neft ixracını stimullaşdırmaq kimi tədbirlər mühüm əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |