Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi



Yüklə 419,87 Kb.
səhifə30/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   26   27   28   29   30   31   32   33   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

1.2.2 İndoneziya

İndoneziya neftlə zəngin olan ölkə olmasına baxmayaraq, əvvəldən holland sindromu ilə mübarizədə uğurlu addımlar atmağa nail olmuşdur. Birinci neft böhranı zamanı neft gəlirlərinin idarə edilməsi istiqamətində müxtəlif problemlər yaşayan İndoneziya höküməti daha sonralar uğurli iqtisadi siyasət həyata keçirmişlər. 1974-cü ildə İndoneziya höküməti neftdən gələn gəlirlərin təxminən 40%-ə qədərinin iri qaz istehsalçı və ixracatçısı olan yerli Pertamina şirkətinin borclarının ödənilməsinə xərcləmişdir. Neftdən asıllığı azaltmaq və qeyri-neft ixracının potensialının artırılması üçün planlaşdırılan iqtisadi strategiyaya uyğun olaraq İndoneziya höküməti 1978-ci ilə qədər əldə olunan neft gəlirlərinin təxmini yarıya qədərini yatırımlara və iqtisadi altyapı üçün xərcləmişdir. İnvestisiya yatırımlarının əsas hissəsi özəl sektoru əhatə etmişdir. [11, s.38] Bütün bu xərcləmələrlə paralel olaraq ölkə valyutası olan İndoneziya rupisi dəyər qazanmağa başlamışdır. Qeyri-neft ixracını stimullaşdırmaq məqsədilə İndoneziya höküməti 1978-ci ildən etibarən devalivasiya etməyə qərar vermişdir. 1983-cü ilin başlanğıcında İndoneziya rupisinin 28% dəyər itirməsinə baxmayaraq ölkənin qeyri-neft ixracı 1982-ci ildə olan -13%-dən 1983-cü ildə +27%-ə, 1984-cü ildə isə +17%-ə qədər artmışdır. 1986-cı ilin sentyabrında yenidən devalvasiya qərarından sonra ölkənin qeyri neft ixracı 1985-ci ildəki 0%-dən 1986-cı ildə +11%-ə, 1987-ci ildə +31%-ə, 1988-ci ildə isə +34%-ə qədər artmışdır. Bu göstəricilər valyuta məzənnəsi ilə qeyri-neft ixracı arasında ciddi asıllıq olduğunu aşkara çıxartmışdır. [25, s.61-62] İndoneziya hökümətinin neftdən gələr yüksək gəlirlər fonunda ölkə iqtisadiyyatının neftdən asıllığının azaldılması istiqamətində uğurlu iqtisadi siyasətə səbəb olan amilləri bu cür qruplaşdırmaq olar: [17, s.25]



  • Neft sektorunun ölkə iqtisadiyyatı üçün “anklav” hesab edilməsi, iqtisadiyyata qeyri-neft prizmasından yanaşılması.

  • Neft gəlirlərinin düzgün istiqamətdə xərclənməsinin müəyyən edilməsi, neft “bumu”na əsaslanmış iqtisadi struktur qurmaqdan yayınması , neft gəlirlərinin xərclənməsində effektivliyin əldə olunması.

  • Ölkə iqtisadiyyatının qısa müddətli xarici borclanmaya gedilməsinin qadağan edilməsi.

  • Xaricdən kredit cəlbi yalnız İndoneziya Mərkəzi Bankı və Maliyyə Nazirliyinin birgə qərarı ilə həyata keçirilə bilməsi.

  • Devalivasiya vasitəsilə yerli istehsalı stimullaşdırmaq, daxili tələbi və ixracı ölkənin daxili istehsalı hesabına əldə etmək.

2014-cü ilin statistik göstəricilərinə əsasən İndoneziyada neft və qaz itehsalı və ixracından əldə olunan gəlirlər ölkə ÜDM-nun 17% hissəsini təşkil etmişdir. Neft gəlirləri yüksək həddə olsa da, təkcə bu sektorun ÜDM-də payının az olması dövlətin büdcə xərcləmələri və neft gəlirləri vasitəsilə qeyri-neft ixracında həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir. Sonrakı dövrlərdə qlobal miqyasda neft qiymətlərinin düşməsi fonunda qeyri-neft sektorunun üstün inkişafı səbəbilə bu prosesin İndoneziya iqtisadiyyatına təsiri az olacaqdır. [17, s.13]

İndoneziya iqtisadiyyatının ixrac məhsullarının son illərdəki statistik göstəricilərinə nəzər saldıqda burada ölkə iqtisadiyyatının enerji resurlarının istehsalı və ixracından ciddi şəkildə asılı olduğunu söyləmək çətindir. Həmçinin İndoneziyanın yerləşdiyi coğrafi mövqe və yaxınlıqda Çin, Koreya,Yaponiya kimi elm və texnologiya tutumlu məhsulların istehsalı üzrə ixtisaslaşmış ölkələrin olması ixrac potensialının artırılmasına stimul verən amillərdəndir. 2014-cü ilin məlumatlarına əsasən İndoneziyanın ümumi ixracı 176,036,194 min ABŞ dolları təşkil etmişdir ki, enerji sektoru üzrə ixrac rəqəmləri təxmini olaraq 29% təşkil etmişdir. Bura həm neft qaz, həm də daş kömür ixracı daxildir. Cədvəl 2.2-də İndoneziyanın ixrac portfelində mühüm paya malik olan məhsullar və məhsul ixracından əldə etdiyi gəlirlərə görə sıralanması verilmişdir: [40]




Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin