Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi



Yüklə 419,87 Kb.
səhifə28/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

1.2.1 Norveç

1969-cu ildə Şimal dənizində Ekofiksn neft yatağının kəşf edilməsindən sonra Norveç iqtisadiyyatında neft sektoru əhəmiyyətli mövqe tutmağa başladı. 2006-cı ilin məlumatına əsasən Norveç gündəlik olaraq 2.8 milyon barrel neft və 88 milyon kubmetr həcmində qaz hasil edir. Şübhəsiz ki, bu hasilatın fonunda təxmini son 50 il ərzində Norveçin büdcə gəlirləri əhəmiyyətli dərəcədə artmışdır. Lakin 1968-1969-cu illərdə Norveçin ixrac sektrouna diqqət yetirsək burada əlvan metallurgiya məhsulları, nəqliyyat avadanlıqları, dəniz məhsulları (əsasən balıqçılıq), kağız məhsulları əsas yeri tutduğunu görərik. Şimal, Barents və Norveç dənizlərində karbohidrat yataqlarının aşkarlanmasından sonra tədricən neft və qaz məhsullarının Norveçin ixracında əsas pay sahibi olmağa başlamışdır. Neft və qazdan əldə olunan gəlirlərin idarə olunması mexanizmlərini analiz edərkın, bu sahədə ən uğurlu model kimi Norveç iqtisadi modelini ön plana çəkmək olar. Bununla bağlı Norveç iqtisadi modelinin qanunverici bazası işlənib hazırlanmışdır. Qanunverici bazanın yaradılmasında əsas məqsəd əldə edilmiş neft gəlirlərindən uzun müddətə səmərəli istifadə etmək, ÜDM-də qeyri-neft sektorunun payını artırmaq, pensiya xərclərini maliyyələşdirməkdir. [14, s.61-68] Norveç höküməti neft sektorundan gələn yüksək gəlirlər nəticəsində ölkə iqtisadiyatını holland sindromundan qorumaq məqsədilə Norveç Pensiya Fondunun gəlirlərindən istifadə etməyə başladı. Dövlət Pensiya Fondunun gəlirləri əsasən neft fəaliyyətlərindən əldə olunan vergilər, səhmlərinin çox hissəsi dövlətə məxsus olan “Statoil”dən daxil olan gəlirlərdən ibarətdir. Həmçinin bu fond vasitəsilə Norveç höküməti qeyri-neft sektorunda olan büdcə kəsrlərini aradan qaldırır. Həmçinin fond vəsaitləri tək Norveçin daxilində deyil, beynəlxalq səviyyədə minlərlə şirkətin hissə sənədlərində yerləşdirilib və fond maksimum olaraq 1% olaraq bu şirkətlərin səhmlərinə sahibdir. Şirkətlərin əldə etdiyi qazancalardan fond pay alır, lakin şirkətlərdən biri və ya bir neçəsi iflas edərsə fond maliyyə yardımı ilə bu şirkətlərin iqtisadi dayanıqlığını təmin edir. Fondun ümumi halda risk göstəriciləri çox aşağıdır və bu səbədən hər ili mənfəətlə başa vurur. [16, s.2]

Hal hazırda da Norveçin ixracında əsas pay sahibi neft-qaz sektorudur. 2014-cü ilin statistikasına əsasən Norveçin ümumi ixracı 143 milyard 791 milyon dollar həcmində müəyyənləşmişdir. Cədvəl 2.1-də Norveçin ixrac portfelindən məhsul ixracından əldə etdiyi gəlirlərə görə sıralanması verilmişdir: [40]


Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin