Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Cədvəl 1.4 2014-cü ildə Norveçin ixracında mühüm paya malik olan mal qrupları və ixracdan əldə olunan gəlirləri



Yüklə 419,87 Kb.
səhifə29/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

Cədvəl 1.4 2014-cü ildə Norveçin ixracında mühüm paya malik olan mal qrupları və ixracdan əldə olunan gəlirləri

s/s

Məhsulun adı

İxracdan əldə olunan gəlir (min dollar)

1.

Mineral yanacaqlar (neft, təbii qaz)

93,026,266

2.

Dəniz məhsulları (balıq və s.)

10,545,402

3.

Maşın və mexaniki avadanlıqlar

7,419,472

4.

Alüminium məmulatları

4,226,969

5.

Elektrik avadanlıqları

3,381,617

6.

Optik, foto, tibbi aparatlar

2,277,879

7.

Dəmir və polad məmulatları

1,353,957

8.

Gəmi və müxtəlif motorlu qayıqlar

1,424,820

Mənbə: Cədvəl trademap.org`dan əldə olunan məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır.

Norveçin hazırki ixracında neft amilinin rolu önəmli olsa da, tarixən Norveç öz ənənəvi məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmışdır. Dəniz məhsulları, gəmiçilik bu sahələrə önəmli misal ola bilər. Norveç ixracı neftdən asılı olsa da bu gün bu hal iqtisadi problemlərlə müşahidə olunmur. Ölkədə insan kapitalının yüksək səviyyədə olması və orta təbəqənin geniş olması bunun əsas səbəblərindəndir. Norveç modelinin neftdən əldə olunan gəlirlər və qeyri neft sektorunun inkişafının yüksək mərhələdə olması fonunda uğurlu olmasının bir neçə səbəbləri vardır: [14, s.70-71]



  • Neftdən əldə olunan gəlirlərin istifadəsinin qanunverici bazasının hazırlaması

  • Əldə olunan gəlirlərinin böyük hissəsinin insan kapitalının inkişafı istiqamətinə yönləndirilməsi

  • Neft gəlirləri dövlət büdcəsinin gəlirlərindən ayrı olaraq toplandı. Qeyri-neft büdcəsi hazırlandı və əgər büdcə kəsri yaranarsa neft fondundan büdcə kəsrinin aradan qaldırılmasına istifadə edilməsi müəyyənləşdirildi. Xarici borclanmaya gedilmədi.

  • Neft gəlirlərindən istifadə edilməsi prosesində tam olaraq olaraq peşəkarl, şəffaf sistem tətbiq edildi, korrupsiyalaşma hallarına yol verilmədi.

  • Neft gəlirlərindən çox az risklə istifadə edildi.

Bütün bunları nəzərə alaraq müəyyən olunur ki, Norveç iqtisadiyyatında neft sektoru önəmli paya sahibdir. Norveçin qeyri neft ixracı neft ixracından böyük ölçüdə geri qalır. Lakin neft gəlirlərinin istifadəsi olduqca effektiv nəticələr ortaya qoyur. Norveçin qeyri-neft ixracını digər neftlə zəngin İEOÖ ilə müqayisə etdikdə bu cəhətdən ciddi fərqlərin ortaya çıxdığını görmək olar. Norveçin qeyri-neft ixrac sahəsində üstün inkişafı, ölkə iqtisadiyyatına holland sindromunun az təsirləri digər neftlə zəngin olan ölkələrə önəmli misal ola bilər.


Yüklə 419,87 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin