Cədvəl 2.1 Azərbaycanın 1995-2015-ci illər arası neft-qaz sektoru, qeyri-neft sektoru və ümumi ixracdan əldə etdiyi gəlirlər (min ABŞ dolları ilə)
İllər
|
Neft-qaz sektoru üzrə ixracdan əldə olunan gəlir
(min ABŞ dolları ilə)
|
Qeyri-neft sektoru üzrə ixracdan əldə olunan gəlir
(min ABŞ dolları ilə)
|
Ümumi ixracdan əldə olunan gəlir
(min ABŞ dolları ilə)
|
1995
|
371882,5
|
265316,5
|
637199,0
|
1996
|
419113,8
|
212131,7
|
631245,5
|
1997
|
480111,4
|
301198,3
|
781309,7
|
1998
|
417854,0
|
188296,5
|
606150,5
|
1999
|
730399,6
|
198843,3
|
929242,9
|
2000
|
1484903,8
|
260316,2
|
1745220,0
|
2001
|
2113594,5
|
200611,9
|
2314206,4
|
2002
|
1927359,1
|
240040,9
|
2167400,0
|
2003
|
2227710,8
|
362666,7
|
2590377,5
|
2004
|
2972424,5
|
643025,3
|
3615449,8
|
2005
|
3337035,0
|
1010116,2
|
4347151,2
|
2006
|
5390286,0
|
981879,0
|
6372165,0
|
2007
|
4931391,0
|
1126831,3
|
6058222,3
|
2008
|
46363076,0
|
1392964,2
|
47756040,2
|
2009
|
13639469,0
|
1061889,8
|
14701358,8
|
2010
|
20110198,2
|
1250012,0
|
21360210,2
|
2011
|
25089288,6
|
1481609,7
|
26570898,3
|
2012
|
22259197,9
|
1648785,8
|
23907983,7
|
2013
|
22229818,7
|
1745598,1
|
23975416,8
|
2014
|
20177193,4
|
1651415,5
|
21828608,9
|
2015
|
9881866,8
|
1542610,5
|
11424477,3
|
Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Aşağıdakı qrafik vasitəsilə Azərbaycanın 1995-2015-ci illər aralığında qeyd edilən sektorlar və ümumi ixracdan əldə edilən gəlirləri əks olunub.
Qrafik 2.1 Azərbaycanda neft və qeyri neft sektoruları, və ümumi ixrac sektorundan əldə olunan gəlirlər (mlrd ABŞ dolları ilə)
Mənbə: Qrafik ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Qrafik vasitəsilə ixracda neft sektorunun dominantlığı və qeyri-neft ixrac sahələrinin xeyli geridə qaldığı görünməkdədir. Xüsusilə 2007-ci ildən etibarən neft sektorundan əldə edilən gəlirlərin böyük ölçüdə artması fonunda bunun qeyri neft ixrac sahələrinə təsirinin dəfələrlə az olduğu müşahidə edilməkdədir. Mövzunun əvvəlki hissələrində qeyd etdiyimiz kimi ölkələrin ixrac sektorunun bir və ya bir neçə məhsula bağlı olması qəbul edilməzdir. Xüsusilə ixracda təbii resurslara yönəlik məhsullar üstünlük təşkil edirsə beynəxalq təcrübə göstərir ki, bu amil nəticə olaraq iqtisadi dayanıqlığı poza bilər. Bu səbəbdən ölkənin ixracında diversifikasiyalaşdırılma prosesinin həyata keçirilməsi vacib əhəmiyyətə malikdir.
Aşağıdakı cədvəldə Azərbaycanın 1995-2015-ci illər ərzində qeyri-neft ixracı üzrə ən çox gəlir gətirən 16 ixrac sahəsi və bu məhsulların ixracından əldə olunan toplam gəlir göstərilmişdir:
Cədvəl 2.2 Azərbaycanın 1995-2015-ci illər aralığında ixrac etdiyi qeyri-neft məhsulları və bu məhsulların ixracından əldə edilən toplam gəlir: (16 məhsul üzrə)
s/s
|
Məhsullar
|
İxracdan əldə olunan gəlir
(min ABŞ dolları ilə)
|
1.
|
Yeməli meyvələr və qoz-fındıq, sitrus bitkiləri
|
1 766 556,1
|
2.
|
Heyvan və bitki mənşəli piylər və yağlar
|
1 733 697,4
|
3.
|
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
|
1 606 662,6
|
4.
|
Plastik kütlələr(plastmass) və ondan hazırlanan məmulatlar
|
1 364 141,8
|
5.
|
Alüminium və ondan hazırlanan məmulatlar
|
850 829,2
|
6.
|
Pambıq
|
824 715,5
|
7.
|
Qara metallardan hazırlanan məmulatlar
|
675 974,9
|
8.
|
Tərəvəzlər, meyvəköklülər və kök yumruları
|
647 493,9
|
9.
|
Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələri
|
593 699,6
|
10.
|
Qara metallar
|
590 913,1
|
11.
|
Kimyəvi üzvi birləşmələr
|
530 209,2
|
12.
|
Mirvari, qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar
|
516 591,1
|
13.
|
Spirtli və spirtsiz içkilər, sirkə
|
292 211,5
|
14.
|
Elektrik maşınları və avadanlıqları, onların hissələri
|
260 974,5
|
15.
|
Tütün və tütünün sənaye əvəzediciləri
|
172 278,2
|
16.
|
Qəhvə, çay (mate) paraqvay çayı və ədviyyatlar
|
154 454,5
|
Mənbə: Cədvəl ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
1995-2015-ci illər aralığında qeyri-neft sektoru üzrə ümumi ixrac rəqəmi 17766159,4 min ABŞ dolları təşkil etmişdir və bu illər ərzində yuxarıda qeyd olunan 16 məhsul növü üzrə toplam ixrac isə 12 832 606,1 min ABŞ dolları təşkil etmişdir. Buradan məlum olur ki, üzrə seçilən bu məhsul sayları ümumi qeyri-neft ixracının 72%-ni təşkil edir. Bu isə öz növbəsində növbəti indeks və modellərdə diversifikasiya səviyyəsinin və qeyri-neft ixracının qiymətləndirilməsinin düzgün aparılması üçün mühüm əhəmiyyətə malikdir.
Aydındır ki, qeyri-neft ixracının ölkənin ÜDM-də böyük paya paya malik olması arzuolunandır. Bu səbəbdən aşağıdakı qrafikdə 1995-2014-cü illər aralığında Azərbaycanın qeyri-neft ixracının ölkənin ÜDM-də nə qədər paya malik olmasına nəzər yetirək.
Qrafik 2.2 1995-2014-cü illər aralığında neft və qeyri-neft ixracının və ümumi ixracın Azərbaycanın ÜDM-də çəkisi (faizlə)
Mənbə: Qrafik ARDSK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Bu qrafik vasitəsilə ölkənin ÜDM-nun neft ixracı ilə böyük ölçüdə sıx bağlılığı məlum olur. Xüsusilə də, bu bağlılıq 2009-cu ildən etibarən daha sıx şəkildə özünü biruzə verir. Onu qeyd etmək lazımdır ki, neft gəlirlərinin artması fonunda ölkənin ÜDM-da paralel artım hiss edilsə də, qeyri-neft ixracının ÜDM-yə təsiri zəif şəkildədir. 2005-ci ildən etibarən dünya miqyasında neft qiymətlərinin artması neft ixrac edən ölkələrin,o cümlədən Azərbaycanın ÜDM-nu əhəmiyyətli dərəcədə artırmışdır. Bu səbəbdəndir ki, ÜDM-un artması fonunda qeyri-neft məhsullarının ixrac payı ÜDM-un strukturunda azalmağa başlamışdır. Bununla da bir daha aydın olur ki, qeyri-neft sektorunda çoxşaxəli ixraca nail olmaq əsas hədəf kimi seçilməli və bu sahədə statistik qiymətləndirmələr aparılmalıdır.
Ümumilikdə qeyri-neft ixracını qiymətləndirərkən, burada ixracın artım tempini nəzərdən keçirmək əhəmiyyətlidir. Bu qrafikdə 1995-ci il üçün ixrac göstəricisini 100% qəbul etsək, növbəti illər üçün hərəkət trendi 1995-ci ilin göstəricisinə nəzərən aşağıdakı kimi dəyişmişdir:
Dostları ilə paylaş: |