Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


İxrac potensialının tənzimlənməsinin administrativ metodları –



Yüklə 419,87 Kb.
səhifə20/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

İxrac potensialının tənzimlənməsinin administrativ metodları – bu halda dövlət bəzi məhsulların ixracına kvota tətbiq edir və yaxud bəzi məhsulların ixracını həyata keçirmək üçün müəyyən sayda ixracatçılara xüsusi lisenziyalar verir.

İxrac potensialının tənzimlənməsinin dolayı metodları – bu halda dövlət vergi dərəcələri, gömrük rüsumları, valyuta məzənnəsi, kredit-pul münasibətlərini elə bir həddə müəyyənləşdirir ki, bu dolayısı ilə ixracı stimullaşdırır.

Bütün bu sadəlanan metodlar və onun növləri qeyri neft ixrac potensialının dövlətin müdaxiləsindən birbaşa asılı olduğunu göstərir.

Tarixi xronoloji nöqteyi nəzərdən məsələyə yanaşsaq görərik ki, xarici ticarətin baza konsepsiyalarından biri olan merkantilist siyasəti hesab edirdi ki, dövlət öz siyasi və iqtisadi mövqeyini möhkəmlətmək üçün müsbət ticarət balansını dəstəkləməli, ticarətdə müsbət saldo əldə etmək məqsədilə tariflər və kvotalardan istifadə etməli, xammal ixracını məhdudlaşdırmalı və xammal idxalını rüsumsuz formada həyata keçirməlidir. Xarici ticarətin baza konsepsiyalarından digər ikisini əvvəl sadaladığımız açıq siyasət və prosteksionizm təşkil edir. Proteksionist siyasətin tətbiqi yerli istehsalçıları stimullaşdırsa da müəyyən vaxtdan sonra daxili bazarlarda qiymətlərin artımına şərait yaradır və ölkənin qeyri neft ixrac potensialını daha da azaltmağa yönəlir. Azad ticarət modeli bu baxımdan ideal məzmun daşıyır və istehsalın və istehlakın buraxdığı neqativ prosesləri və iqtisadi boşluğu aradan qaldırmağa kömək etməklə bərabər əlavə fayda əldə etməyə imkan verir. [27, s.47]

Ölkə iqtisadiyyatında xarici ticarət faktorunun rolunun əhəmiyyətini öyrənmək üçün xarici ticarət kvotası faktorundan istifadə olunur. Bu, formul ölkənin ümumi xarici ticarət dövriyyəsinin ölkənin ÜDM-nə nisbəti formasında müəyyən edilir. Amma bu göstərici ölkənin xarici iqtisadi əlaqəərə tam şəkildə inteqrasiya olduğu barədə dolğun məlumat verə bilmir. Bu səbəbdən də bu faktoru daha da parçalamağa hissə hissə analiz etməyə ehtiyac yaranır. Ölkə iqtisadiyyatının beynəlxalq əmək bölgüsünə cəlbini müəyyən edən əsas faktorlardan biri də ixracın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalıdır. Qeyd edilən faktoru diqqətə alaraq ölkə ixracının artım tempi, ölkənin ÜDM-nin artım tempini daim üstələyirsə bu, ölkənin təbii resurslarının beynəlxalq əmək bölgüsünə tam cəlb olunduğunu ifadə edir. Lakin bu artım tempi daimi deyildirsə bu onu göstərir ki, mövcud resurslar beynəlxalq əmək bölgüsünə tam şəkildə cəlb edilməyib. Bu faktora bağlı olaraq qeyri neft ixrac potensialının tənzimləməsinin ixrac kvotası vasitəsilə müəyyən etməyin mümkün olması faktorudur. İxrac kvotası vasitəsilə iqtisadiyyatın nə dərəcədə “açıq” olduğu müəyyən edilməkdədir. İxrac kvotası



(1.1)
düsturu ilə hesablanır. Burada - ixrac kvotası, İX- ixracı göstərir. Digər tərəfdən bu formul ixracın payının ÜDM-də nə qədər olmasını izah edir. Belə ki, əgər bir ölkənin ÜDM-nun əsas hissəsi ixrac hesabına formalaşırsa faiz etibarı ilə ixrac kvotasının həcmi də böyük olacaqdır. Bu səbəbdən də kvotanın həcminin həmin ölkənin dünya bazarlarından nə dərəcədə asılı olmasını ifadə edir. Əgər ölkə nə qədər kiçikdirsə, həmin ölkə bir o qədər çox dünya bazarından asılı haldadır. Bu ölkələrdə ÜDM-nin həcminin yarısından çoxu ixrac hesabına formalaşır. [37] İxrac kvotasının həcminə görə bəzi ölkələrin sıralanmasına diqqət yetirsək bu göstəricilərin aşağıdakı kimi olduğunu görərik: Belçika (84%), Niderland (82.9%), İsveçrə (64.3%), Danimarka (53.7%), Almaniya (45.7%), Rusiya (30%), Hindistan (23.2%), Çin (22%), Yaponiya (16.2%), ABŞ (13.5%), Braziliya (11.5%).[38] İri inkişaf etmiş ölkələrdə bu göstəricinin daha az olması həmin ölkələrin xarici ticarətdən daha az asılı olmasını ifadə edir, lakin bu bütün ölkələrdə eyni səviyyədə müaşhidə olunmur. İxrac kvotasının həcminin hansı ixrac məhsulları əsasında formalaşması əsas proritet istiqamətlərdəndir. Azərbaycanın üçün 2014-cü il üzrə ÜDM (75 198 010.9 milyard ABŞ dolları) və toplam ixrac (21 828 608.9 milyard ABŞ dolları) rəqəmlərini əsas götürərək ixrac kvotasını hesablayarkən, bu rəqəm 29.02% olacaqdır. Ayrıca olaraq 2014-cü ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ÜDM (49 179 499.1 milyard ABŞ dolları) və toplam qeyri-neft ixrac (1 651 415.5 milyard ABŞ dolları) rəqəmlərəi əsasında ixrac kvotasını hesablayarkən bu rəqəm 3.35% olacaqdır. Buradan da göründüyü kimi Azərbaycanın qeyri-neft ÜDM-unun qeyri-neft ixracı hesabına formalaşması çox aşağı səviyyədədir. Azərbaycanda qeyri-neft ÜDM-nin ixracdan çox az asılı olmasının qeyri-ixrac strukturunda problemlərin olduğunu əks etdirə bilər. Bunları araşdırmaq üçün qeyri-neft sektoru üzrə diversifikasiyalaşma səviyyəsi, qeyri-neft ixracının qeyri-neft ÜDM-yə təsirlərinin təhlilinə ehtiyac yaranır.

Tədqiqat mövzusunda Azərbaycanın qeyri neft sektorunda hansı məhsul istehsalı və ixracı üzrə ixtisaslaşdığını, qeyri-neft sektorunda diversifikasiyalaşma səviyyəsini öyrənmək əsas məqsədlərdəndir. Məlumdur ki, ixrac diversifikasiyası müxtəlif formalarda və səviyyələrdə özünü göstərə bilər. Bu xüsusi olaraq ölkənin ixrac portfelinə yeni məhsul, yaxud mal qrupunu əlavə etməklə formalaşır. İqtisadi ədəbiyyatlarda diversifikasiya üfiqi və şaquli olaraq iki növə ayrılır. Üfiqi diversifikasiya səviyəsi ölkə üçün ənənəvi hesab edilən sahələr üzrə şaxələnməni, şaquli diversifikasiya isə yeni istehsal və ixrac sahələrinin, əlavə dəyər yarada bilən sahələrin yaradılıb genişləndirilməni özündə əks etdirir. Həm şaquli, həm də üfiqi diversifikasiya iqtisadi artımın baş verməsində mühüm əhəmiyyətə malikdir. Fərqlərinə gəldikdə isə, şaquli diversifikasiya daha çox innovativ, texnologiyanın, yenilikçiliyin tətbiqini zəruri edirsə, üfiqi diversifikasiya sadəcə ənənəvi olan sahələrin təkmilləşdirilməsini özündə ehtiva edir. Ölkənin ixrac diversifikasiyanı ölçmək üçün aşağıdakı ölçü meyarlarından istifadə edilir:




  1. Yüklə 419,87 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin