İxrac potensialının tənzimlənməsinin hüquqi metodları - bu metod ixrac siyasətinin hüquqi alt yapısını təşkil edir. Dövlət ixrac siyasətini tənzimləmək üçün ixracı dəstəkləyən qanunlar, normativ aktlar, konsepsiyalar, dövlət proqramlarını qəbul edir.
İxrac potensialının tənzimlənməsinin birbaşa metodları –bu halda dövlət ixrac yönümlü sahələri dəstəkləyir və ixracatçılara vergi güzəştləri edir və rüsumlardan azad edir, onların güzəştli kreditləşməsinə yardımçı olur. Həmçinin dövlət birbaşa olaraq ixrac-sənaye zonalarının yaradılmasını öz üzərinə götürür.