məmurunun tələblərinin yerinə yetirilməməsi
645
646
313‐1.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun
qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş
müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə –
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur,
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan
beş min manatadək miqdarda cərimə edilir.
647
313‐1.2. İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında
göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti
haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə –
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.
648
313‐1.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul
vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin
tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə –
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər dörd min
manatdan altı min manatadək miqdarda cərimə edilir.
649
M a d d ə 3 1 4 . Bilə‐bilə yalan izahat və ya rəy vermə
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin
bilə‐bilə yalan izahat verməsinə və ya ekspertin bilə‐bilə yalan rəy verməsinə, yaxud
tərcüməçinin bilə‐bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının
icrası üzrə icraat zamanı bilə‐bilə səhv tərcümə etməsinə görə ‐
650
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
651
M a d d ə 3 1 5 . Çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy
verməkdən imtina etmə
315.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya
tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə ‐
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.
652
315.2. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat
verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
653
M a d d ə 3 1 5 ‐ 1 . Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına
maneələr törədilməsi
654
Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin
işlənməsinə
və
inkişafına
müqavimət
göstərilməsi,
onun
istifadə
sahəsinin
məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq
olunmasına maneələr törədilməsinə görə ‐
fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan
doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda
cərimə edilir.
655
M a d d ə
3 1 6 . Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya
tələbnamənin yerinə yetirilməməsi
316.1. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin
yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının
tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması,
satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya
tələbnamənin yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş
manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli
manatadək miqdarda cərimə edilir.
656
316.2. Ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində,
yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın
təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olduqda ərazilərin, istehsal sahələrinin,
aqreqatların işinin, binaların, qurğuların istismarının, tamamilə və ya qismən dayandırılması
barədə verilmiş qərarların icra edilməməsinə görə ‐
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş
manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz
manatadək miqdarda cərimə edilir.
657
M a d d ə 3 1 7 . Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini ,
habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanlarının göstərişlərinin yerinə yetirilməsi
658
317.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət
metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri
tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə
maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə
buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min
manatdan dörd min manatadək miqdarda cərimə edilir.
317.2. Məhsulların realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə
yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında
dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji
nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının
yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə
659
‐
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
660
Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqanların göstərişlərinin yerinə yetirilməməsi
318.1. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud
həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarının
dayandırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata
keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş
qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri
digər qərarların yerinə yetirilməməsinə görə‐
vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.
661
318.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə
buraxılmamasına görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
662
M a d d ə 3 1 8 ‐ 1 .
Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın
verilməməsi
318‐1.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər və ya boş iş yeri
(vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi
məlumatın verilməməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
663
318‐1.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər,
kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim
edilməməsinə görə ‐
otuz beş manatdan əlli manatadək
miqdarda cərimə edilir.
664
M a d d ə 3 1 9 . Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi
Ətraf mühitin mühafizəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarının yerinə
yetirilməməsinə görə ‐
fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min
manatdan dörd min səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on
səkkiz min manatadək miqdarda cərimə edilir.
665
M a d d ə
3 2 0 . Qaz təchizatı üzərində nəzarəti həyata keçirən Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə görə ətraf mühitə,
insanların sağlamlığına və ya əmlakına təhlükə törədən qaz qurğularının və qazla bağlı
fəaliyyətlərin dayandırılması və müəyyən olunmuş müddətə qaydaya salınması barədə qaz
təchizatı üzərində nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti
orqanının qərarlarının yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan
yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz otuz manatadək
miqdarda cərimə edilir.
666
M a d d ə 3 2 0 ‐ 1 . Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının yerinə yetirilməsi
667
Mülkiyyətçi və ya istismarçı tərəfindən hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət
nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının texniki yoxlamanın nəticələri
barədə qərarların yerinə yetirilməsinə görə ‐
vəzifəli şəxslər qırx beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz
manatdan iki yüz otuz manatadək miqdarda cərimə edilir.
668
M a d d ə 3 2 1 . İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması
qaydalarının pozulması
321.1. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün hadisə baş
verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini
həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bu barədə
məlumatın verilməsinə görə ‐
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir.
669
321.2. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya
aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə ‐
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
670
321.3. Bədbəxt hadisənin tədqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən
gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməməsinə
görə ‐
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
671
M a d d ə 3 2 2 . Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı
əməyin mühafizəsi tələblərinin pozulması
322.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, qaydalarının və normalarının,
təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının
layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya istehsalat vasitələrinin
hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə ‐
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min
manatdan üç min manatadək miqdarda cərimə edilir.
672
322.2. İnsanın sağlamlığına olan təsiri müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın‐
texniki, sanitariya‐gigiyena, tibbi‐bioloji ekspertizadan və digər nəzarət növlərindən
keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.
673
322.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin
qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət
nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilən sertifikat‐pasportu olmadan istismara buraxılmasına görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.
674
322.4. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial‐məişət və iaşə təyinatlı
obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan istismara
verilməsinə görə ‐
vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min beş
yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
675
M a d d ə 3 2 3 . İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının
aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə
323.1. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət
tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin
yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə
yetirilməməsinə görə ‐
fiziki şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min
manatdan dörd min manatadək miqdarda cərimə edilir.
323.2. İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan
qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə yazılı tələblərini yerinə
yetirməməyə görə ‐
676
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
677
M a d d ə 3 2 4 . Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma
324.1. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik edilməsinə və
ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud bu orqanların vəzifəli şəxsləri
tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri tələbnamələrin (qərarların) yerinə
yetirilməməsinə görə ‐
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
678
324.2. Qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan
məlumatların həmin orqanın tələbi ilə qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, emitent,
yaxud özü‐özünü tənzimləyən təşkilat tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş
məlumatın verilməsinə görə ‐
vəzifəli şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan
iki yüz manatadək miqdarda cərimə edilir.
679
M a d d ə 3 2 4 ‐ 1 . Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın
verilməməsi
324‐1.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan
məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra
hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə ‐
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.
324‐1.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz
təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının
xüsusi hesabatının təqdim edilməməsinə görə ‐
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.
680
Maddə 324‐2. ixrac nəzarətini həyata keçirən orqanların fəaliyyətinə mane olma
681
324‐2.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici
iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlama‐
ların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmasına
görə ‐
fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan
səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda
cərimə edilir.
682
324‐2.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata
keçirmək səlahiyyətinə malik olan orqanlara verilməsinə görə ‐
683
fiziki şəxslər on beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan
səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdar‐da
cərimə edilir.
684
Ma d d ə 3 2 4‐3. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin
pozulması
324‐3.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın
dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət
reyestrini aparan dövlət orqanının sorğularına vaxtında cavab verilməməsinə görə ‐ vəzifəli
şəxsə xəbərdarlıq edilir və ya o, iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
685
324‐3.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının
vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim
edilməməsinə görə ‐
xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.
686
324‐3.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri
tərəfindən daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına,
yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və
ya verilməməsinə görə ‐
xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
687
Maddə 324‐4. İpoteka haqqında qanunvericiliyin pozulması
324‐4.1. İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat
qaydalarını pozmaqla və ya ipoteka kağızının dublikatın‐da ipoteka kağızı ilə uyğunsuzluğa
yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə ‐
yetmiş manatdan səksən manatadək miqdarda cərimə edilir.
688
Maddə 324‐5. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının
Pozulması
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya
istifadəyə verilməsinə görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
Maddə 324‐6. Obyektlərin (əsas vəsaitlərin) balansdan‐balansa verilməsi və silinməsi
qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına
məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan‐balansa verilməsinə və həmin orqanın rəyi
olmadan silinməsinə görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
689
M a d d ə 3 2 5 . Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Vergi xidməti sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx
manatadək miqdarda cərimə edilir.
690
M a d d ə 3 2 6 . Gömrük işi sahəsində Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi
Gömrük işində qanunvericiliklə müəyyən edilmiş tələblərin müəssisənin, idarənin və ya
təşkilatın vəzifəli şəxsləri və ya digər işçiləri tərəfindən yerinə yetirilməməsinə, eləcə də
müəssisələr, idarələr və təşkilatlar üçün mülki‐hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə
yetirən fiziki şəxsin, gömrük qaydalarının pozulmasına görə göstərilən idarələr, müəssisələr və
təşkilatlar məsuliyyətə cəlb edildiyi hallarda, həmin tələbləri yerinə yetirməməsinə görə ‐
xəbərdarlıq edilir və ya yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
691
M a d d ə 3 2 6 ‐ 1 . Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın
Dostları ilə paylaş: |