AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

məbləğ 
370.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli 
şəxsin  yanına)  gəlməklə  əlaqədar  olaraq  zərər
çəkənlərin,  şahidlərin,  ekspertlərin, 
mütəxəssislərin,  tərcüməçilərin  və  hal  şahidlərinin  çəkdikləri  xərclər  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. 
370.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli 
şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan 
şəxslərin  işdə  olmadıqları  müddət  ərzində  iş  yerində  onların  əmək  haqqı  müəyyən  edilmiş 
qaydada saxlanılır. 
370.3.  Mütəxəssisin,  ekspertin  və  tərcüməçinin  əməyi  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. 
İ y i r m i   s ə k k i z i n c i   f ə s i l  

İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN İŞTİRAKÇILARI, ONLARIN  
HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ 
M a d d  ə  3 7 1 .  Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 
371.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  aşağıdakı  hüquqları  
vardır:  
371.1.1. işin materialları ilə tanış olmaq;  
371.1.2. izahat vermək;  
371.1.3. sübutlar təqdim etmək;  
371.1.4. vəsatət və etirazlar vermək;  
371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;  
371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən  
və iş üzrə qərardan şikayət vermək;  
371.1.7.  ana  dilində  çıxış  etmək və  icraatın  aparıldığı  dildə  danışa  bilmirsə, tərcüməçinin  
xidmətlərindən istifadə etmək.  
371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən  
edilmiş digər hüquqlardan da istifadə edə bilər.  
371.3.  İnzibati  xətalar  haqqında  işlərə  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  
aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla  
bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və 
ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd  
edilmiş olsun.  
371.4.  İnzibati  xətalar  haqqında  işlərə  baxarkən  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.  
371.5. İnzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və 
vətəndaşlığı  olmayan  şəxsləri  inzibati  qaydada  çıxartma  nəzərdə  tutan  inzibati  xətalar  
haqqında  işlərə  baxılarkən  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  
iştirakı məcburidir.  
371.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi  
yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə 
iştirakdan kənarlaşdırıla bilərlər.  
M a d d  ə  3 7 2 .  Zərər çəkmiş şəxs 
372.1.  İnzibati  xəta  nəticəsində  mənəvi,  fiziki  və  ya  maddi  zərər dəymiş  şəxs  zərər çəkmiş 
şəxs sayılır.  
372.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:  
372.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;  
372.2.2. izahat vermək;  
372.2.3. sübutlar təqdim etmək;  
372.2.4. vəsatət və etirazlar vermək;  
372.2.5. hüquqi yardımdan istifadə etmək;  
372.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.  
372.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə 
bilər.  

372.4.  İnzibati  xətalar  haqqında  işlərə  zərər çəkmiş  şəxsin  iştirakı  ilə  baxılır.  Həmin  şəxsin 
iştirakı  olmadan  işə  yalnız  o  hallarda  baxıla  bilər  ki,  işə  baxılmasının  yeri  və  müddətinin  ona 
vaxtında  bildirilməsi  barədə  məlumat  olsun  və  ya  işə  baxılmasını  təxirə  salmaq  haqqında 
ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
372.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 377‐ci maddəsində nəzərdə tutulmuş qaydada şahid 
kimi sorğu‐sual edilə bilər. 
M a d d  ə  3 7 3 .  Fiziki şəxsin qanuni nümayəndələri 
373.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş 
şəxs yetkinlik yaşına çatmadıqda və ya öz fiziki, yaxud psixi qüsurlarına görə müstəqil olaraq 
hüquqlarını  özləri  həyata  keçirmək  imkanına  malik  olmadıqda,  həmin  şəxslərin  mənafeyini 
təmsil etməyə onların qanuni nümayəndələrinin hüququ vardır. 
373.2.  Valideynlər,  övladlığa  götürənlər,  qəyyumlar  və  himayəçilər  fiziki  şəxsin 
mənafeyinin qanuni nümayəndələri hesab olunurlar. 
373.3.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxsin  və  ya  zərər 
çəkmiş  şəxsin  qanuni  nümayəndəsi  olmadıqda,  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparan 
səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayə orqanlarını qanuni nümayəndə hesab edir. 
373.4.  Fiziki  şəxsin  qanuni  nümayəndəsi  olan  şəxslərin  qohumluq  əlaqələri  və  ya  müvafiq 
səlahiyyətləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
müvafiq sənədlərlə təsdiq olunur. 
373.5.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxsin  və  ya  zərər 
çəkmiş  şəxsin  qanuni  nümayəndəsi  təmsil  etdiyi  şəxs  barəsində  bu  Məcəllə  ilə  nəzərdə 
tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 
373.6.  On  səkkiz  yaşına  çatmayan  şəxslər  barəsində  inzibati  xətalar  haqqında  işlərə 
baxarkən  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  həmin  şəxsin  qanuni  nümayəndəsinin 
iştirakını məcburi hesab edə bilər. 
M a d d  ə  3 7 4 .  Hüquqi şəxsin nümayəndəsi 
374.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  və  ya  zərər çəkmiş  olan 
hüquqi  şəxslərin  hüquqlarının  və  qanuni  mənafelərinin  müdafiəsi  onların  nümayəndələri 
tərəfindən həyata keçirilir. 
374.2.  Hüquqi  şəxsin  rəhbəri,  habelə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  hüquqi 
şəxsin  mənafelərinin  təmsil  edilməsi  etibar  edilmiş  digər  şəxslər  hüquqi  şəxslərin 
nümayəndələri  hesab  edilirlər.  Hüquqi  şəxsin  nümayəndəsinin  səlahiyyəti  onun  qulluq 
mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir. 
Hüquqi  şəxs  tərəfindən  törədilmiş  inzibati  xətalar  haqqında  işlərə  hüquqi  şəxsin 
nümayəndəsinin  və  ya  vəkilinin  iştirakı  ilə  baxılır.  Həmin  şəxslərin  iştirakı  olmadan  inzibati 
xəta  haqqında  işə  yalnız  o  hallarda  baxıla  bilər  ki,  işə  baxılmasının  yeri  və  müddətinin  ona 
vaxtında  bildirilməsi  barədə  məlumat  olsun  və  ya  işə  baxılmasını  təxirə  salmaq  haqqında 
ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
374.4.  İnzibati  xətalar  haqqında  işlərə  baxarkən  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 

M a d d  ə  3 7 5 .  Müdafiəçi və nümayəndə 
375.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə  hüquqi  yardım 
göstərmək  üçün  inzibati  xəta  haqqında  iş  üzrə  icraata  müdafiəçi,  zərər çəkmiş  şəxsə  hüquqi 
yardım göstərmək üçün isə nümayəndə buraxılır. 
375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta  haqqında iş  üzrə icraatda vəkil 
və ya digər şəxslər iştirak edə bilərlər. 
375.3.  İnzibati  xəta  haqqında  protokol  tərtib  edildiyi  vaxtdan  müdafiəçi  və  nümayəndə 
inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirak  etməyə  buraxılırlar.  Törədilmiş  inzibati 
xətaya  görə  fiziki  şəxs  barəsində  inzibati  qaydada  tutma  tətbiq  edildiyi  hallarda  müdafiəçi 
həmin şəxs  inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak 
etməyə buraxılır. 
375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır: 
375.4.1. işin bütün materialları ilə tanış olmaq; 
375.4.2. sübutlar təqdim etmək; 
375.4.3. vəsatət və etirazlar vermək; 
375.4.4. işin baxılmasında iştirak etmək; 
375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən 
və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək. 
375.5.  Müdafiəçi  və  nümayəndə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  digər  hüquqlardan  da 
istifadə edə bilərlər. 
375.6.  Vəkilin  səlahiyyəti  vəkil  qurumları  tərəfindən  verilən  orderlə  təsdiq  edilir. 
Nümayəndənin  səlahiyyəti  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  verilən  etibarnamə  ilə 
təsdiq edilir. 
769 
M a d d  ə  3 7 6 .  Vəkilin iştirakının məcburiliyi 
376.1.  İnzibati  qaydada  tutulan  yetkinlik  yaşına  çatmayanların,  icraatın  aparıldığı  dili 
bilməyənlərin,  lal,  kar,  kor,  fiziki  və  ya  psixi  qüsurları  üzündən  özlərinin  müdafiə  hüququnu 
həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 
Göstərilən  hallarda  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin 
müdafiəçidən imtinası qəbul olunmur. 
770 
376.2.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs  tərəfindən  seçilmiş 
vəkilin  gəlməsi  qeyri‐mümkün  olduqda  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkil ilə təmin edir. 
376.3.  Maddi  vəziyyətinə  görə  öz  hesabına  vəkil  tutmaq  imkanı  olmadıqda,  inzibati 
qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz 
vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. 
M a d d  ə  3 7 7 .  Şahid 
377.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar 
barədə məlumatı olan şəxslər çağırıla bilərlər. 
377.2.  Şahid  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  çağırışı  ilə  göstərilən  vaxtda 
gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş 
üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur. 

377.3.  Şahidin  özünə  və  yaxın  qohumlarına  qarşı  izahat  verməmək,  tərcüməçinin 
köməyindən  pulsuz  istifadə  etmək,  izahatının  doğru  yazılması  barədə  protokola  müvafiq 
qeydlər etmək hüququ vardır. 
377.4.  Yetkinlik  yaşına  çatmayan  on  dörd  yaşında  olan  şəxslər  pedaqoji  işçinin  və  ya 
psixoloqun iştirakı ilə sorğu‐sual edilirlər. Zəruri olduqda yetkinlik yaşına çatmayan şəxs onun 
qanuni nümayəndəsinin iştirakı ilə də sorğu‐sual edilə bilər. 
377.5. Bilə‐bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq 
edilir.  Şahid  öz  vəzifələrini  yerinə  yetirməkdən  imtina  etdikdə  və  ya  çağırış  üzrə  gəlməyə 
qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb 
edilir. 
Qeyd:  Bu  maddədə  ʺyaxın  qohumlarʺ  dedikdə,  valideynlər,  uşaqlar,  övladlığa  götürənlər,  övladlığa 
götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər‐arvad başa düşülür. 
M a d d  ə  3 7 8 .  Şahid kimi sorğu‐sual edilə bilməyən şəxslər 
378.0. Şahid kimi sorğu‐sual edilə bilməyən şəxslər aşağıdakılardır: 
378.0.1. fiziki  və ya  psixi  qüsurlarına görə  inzibati xəta  haqqında iş  üçün  əhəmiyyətli olan 
hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs; 
378.0.2.  müdafiəçi  vəzifəsinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  olaraq  inzibati  xəta  törətmiş 
şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin vəkili; 
378.0.3.  öz  nümayəndə  (qanuni  nümayəndə) vəzifələrini  icra  etməsi  ilə  əlaqədar  onalara 
məlum  olmuş  hallar  haqqında  fiziki  şəxsin  qanuni  nümayəndəsi  və  ya  hüquqi  şəxsin 
nümayəndəsi. 
M a d d  ə  3 7 9 .  Hal şahidləri 
379.1.  İşin  nəticəsində  maraqlı  olmayan  və  yetkinlik  yaşına  çatmış  şəxslər  inzibati  xətalar 
haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında 
iş  olan  vəzifəli  şəxs  tərəfindən  hal  şahidi  kimi  dəvət  olunurlar.  Hal  şahidlərinin  sayı  iki 
nəfərdən az ola bilməz. 
379.2. Şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, 
eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal 
şahidləri  onların  iştirakı  ilə  həyata  keçirilən  prosessual  hərəkətləri,  onların  məzmununu  və 
nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 
379.3.  Hal  şahidlərinin  inzibati  xəta  haqqında  ih  üzrə  icraatda  iştirak  etmələri  protokolda 
qeyd edilir. 
379.4.  İnzibati  xəta  haqqında  iş  üzrə  prosessual  hərəkətlər  barəsində  hal  şahidlərinin 
qeydləri protokolda göstərilir. 
379.5.  Zəruri  hallarda  inzibati  xəta  haqqında  iş  üzrə  icraatda  hal  şahidləri  bu  Məcəllənin 
377‐ci maddəsinə uyğun olaraq şahid kimi sorğu‐sual edilə bilərlər. 
M a d d  ə  3 8 0 .  Mütəxəssis 
380.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar 
edilməsində,  götürülməsində  və  rəsmiləşdirilməsində,  habelə  texniki  vasitələrin  tətbiq 
edilməsində  kömək  göstərilməsi  üçün  xüsusi  biliyə  malik  olan  hər  hansı  bir  şəxs  icraatında 
inzibati  xəta  haqqında  iş  olan  vəzifəli  şəxs  tərəfindən  inzibati  xətalar  haqqında  işlər  üzrə 
icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət oluna bilər. 

380.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır: 
380.2.1.  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli 
şəxsin) çağırışı üzrə gəlmək; 
380.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirilməsində iştirak etmək; 
380.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək; 
380.2.4. bu hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək; 
380.2.5.  bu  Məcəllənin  383.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri  olduqda, 
mütəxəssisi  dəvət  etmiş  səlahiyyətli  vəzifəli  şəxsə  özü‐özünə  etirazetmə  haqqında  məlumat 
vermək. 
380.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır 
380.3.1. iştirak etdiyi və onun predmetinə aid olan inzibati xəta haqqında işin materialları ilə 
tanış olmaq; 
380.3.2.  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli 
şəxsin)  icazəsi  ilə  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə, zərər çəkmiş 
şəxsə, şahidlərə mütəxəssisin apardığı işin predmetinə aid olan suallar vermək; 
380.3.3. aparılan hərəkətlərə dair qeydlər və izahatlar vermək. 
380.4.  Bilə‐bilə  yalan  izahat  verməsinə  görə  inzibati  məsuliyyət  haqqında  mütəxəssisə 
xəbərdarlıq  edilir.  Mütəxəssis  öz  vəzifələrini  yerinə  yetirməkdən  imtina  etdikdə  və  ya  çağırış 
üzrə  gəlməyə  qəsdən  boyun  qaçırdıqda  o,  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  qaydada  inzibati 
məsuliyyətə cəlb edilir. 
M a d d  ə  3 8 1 .  Ekspert 
381.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizasının 
aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati 
xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. 
381.2. Ekspertin vəzifəli aşağıdakılardır: 
381.2.1.  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli 
şəxsin) çağırışı üzrə gəlmək; 
381.2.2.  təqdim  edilmiş  obyektlərin  və  iş  üzrə  materialların  tam  və  hərtərəfli  tədqiqatını 
aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək; 
381.2.3.  bu  Məcəllənin  383.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri  olduqda, 
ekspertizanı  təyin  etmiş  hakimə,
səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  ekspertizanın 
aparılmasından özü‐özünə etirazetmə haqqında məlumat vermək. 
381.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş 
üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy 
verməkdən imtina edə bilər. 
381.4. Ekspertin aşağıdakı hüquqları vardır: 
381.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq; 
381.4.2. iş  üzrə rəy  verilməsi üçün  zəruri olan  əlavə materialların  təqdim  olunması barədə 
vəsatət vermək; 
381.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında 
inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində 
inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə, zərər çəkmiş  şəxsə,  şahidlərə  süallar 
vermək; 

381.4.4.  qoyulmuş  suallardan  əlavə  ekspertizanın  predmetinə  aid  olan  və  iş  üçün 
əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək. 
381.5. Bilə‐bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq 
edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən 
qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb 
edilir. 
M a d d  ə  3 8 2 .  Tərcüməçi 
382.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına 
çatmış  və  tərcümə  üçün  zəruri  olan  dilləri  bilən hər  hansı  bir  şəxs  inzibati  xətalar  haqqında 
işlərin icraatında tərcüməçi ola bilər. 
382.2. Tərcüməçi, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli 
şəxs) tərəfindən təyin edilir. 
382.3.  Tərcüməçi,  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakimin,  səlahiyyətli  orqanın 
(vəzifəli  şəxsin)  çağırışı  üzrə  gəlməyə  və  ona  tapşırılan  tərcüməni  tam və  dəqiq  yerinə 
yetirməyə və tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur. 
382.4.  Bu  Məcəllənin  383.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri  olduqda, 
tərcüməçini  onu  dəvət  etmiş  səlahiyyətli  vəzifəli  şəxsə  özü‐özünə  etirazetmə  haqqında 
məlumat vermək. 
382.5.  Bilə‐bilə  yanlış  tərcümə  etməsinə  görə  inzibati  məsuliyyət  haqqında  tərcüməçiyə 
xəbərdarlıq  edilir.  Tərcüməçi  təyin  olunmuş  şəxs  öz  vəzifələrini  yerinə  yetirməkdən  imtina 
etdikdə  və  ya  çağırış  üzrə  gəlməkdən qəsdən  boyun  qaçırdıqda  o,  bu  Məcəllə  ilə  nəzərdə 
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. 
M a d d  ə  3 8 3 .  İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar 
383.1. İnzibati xətanın törədilməsi nəticəsində inzibati xətalar haqqında işlərin başlanmasına 
səbəb  olan  qaydalara  riayət  olunması  üzərində  nəzarəti  həyata  keçirən  dövlət  orqanlarının 
əməkdaşları, yaxud əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati 
xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər. 
383.2.  Mütəxəssis,  ekspert  və  tərcüməçi  aşağıdakı  hallarda  inzibati  xəta  haqqında  iş  üzrə 
icraatda iştirak edə bilməzlər: 
383.2.1.  inzibati  xəta  törətmiş  şəxslə, zərər çəkmiş  şəxslə,  onun  nümayəndəsi  (qanuni 
nümayəndəsi)  ilə, vəkillə,  prokurorla,  hakimlə,  kollegial  orqanının  üzvü  ilə  və  ya  icraatında 
inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda; 
383.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə; 
383.2.3. işin nəticəsi ilə birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar 
olduqda. 
M a d d  ə  3 8 4 .  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraatda  iştirakı  rədd  edilən 
şəxslərə etiraz etmə 
384.1. Bu Məcəllənin 383‐cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə 
(qanuni  nümayəndə),  mütəxəssis,  ekspert  və  ya  tərcüməçi  inzibati  xətalar  haqqında  işlər  üzrə 
icraatda iştirak etməkdən kənar olmalıdırlar. 
384.2.  Öz‐özünə  etirazetmə  və  ya  etirazetmə  haqqında  ərizə  icraatında  inzibati  xəta 
haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir. 

384.3.  Öz‐özünə  etirazetmə  və  ya  etirazetmə  haqqında  ərizəyə  baxıldıqda  hakim, 
səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  etirazın  təmin  edilməsi  və  ya  təmin  edilməməsi  barədə 
qərardad qəbul edir. 
İ y i r m i   d o q q u z u n c u   f ə s i l  
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN İCRAATI ÜZRƏ SÜBUTLAR VƏ ONLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
M a d d  ə  3 8 5 .  İnzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallar 
385.0. İnzibati xətalar haqqında işlərin icraatı üzrə aşağıdakılar müəyyən edilməlidir: 
385.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 
385.0.2. inzibati xəta törətmiş şəxs; 
385.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 
385.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 
385.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 
385.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 
385.0.7.  işin  düzgün  həlli  üçün  əhəmiyyətli  olan  digər  hallar,  habelə  inzibati  xətanın 
törədilməsinə kömək edən səbəblər və şərait. 
M a d d  ə  3 8 6 .  Sübutlar 
386.1. İnzibati xətanın olub‐olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün 
həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın 
(vəzifəli  şəxsin)  əsaslana  bildiyi  hər  cür  faktik  məlumatlar  inzibati  xətalar  haqqında  işlər  üzrə 
sübutlar sayılır. 
386.2.  Bu  məlumatlar  maddi  sübutlarla,  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki 
vasitələrin  göstəriciləri  ilə,  ekspertin  rəyi  ilə,  inzibati  xəta  haqqında  protokolla,  bu  Məcəllə  ilə 
müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 
386.3. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 
M a d d  ə  3 8 7 .  Maddi sübutlar 
387.1.  İnzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olan, 
yaxud  üzərində  inzibati  xətanın  izlərini  saxladığına  görə  inzibati  xəta  haqqında  iş  üzrə 
əhəmiyyət kəsb  edən  halların  müəyyən  edilməsinə  kömək  edən  predmetlər  maddi  sübutlar 
hesab edilir. 
387.2. Zəruri olduqda maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında 
işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 
387.3.  İcraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  iş 
qurtaranadək  maddi  sübutların  saxlanılmasının  təmin  edilməsi  üçün  zəruri  tədbirlər  görməli, 
habelə  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  başa  çatdıqdan  sonra  maddi  sübutlar  haqqında 
qərar qəbul etməlidir. 

M a d d  ə  3 8 8 .  Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı 
388.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  izahatı  iş  üzrə  ona 
məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan 
ibarətdir. 
388.2.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  izahatı  inzibati  xəta 
haqqında protokolda, inzibati xətalar haqqında işlər  üzrə  icraatın  təmin  edilməsi tədbirlərinin 
tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. 
Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. 
M a d d  ə  3 8 9 .  Zərər çəkmiş şəxsin və şahidlərin izahatları 
389.1.  Zərər çəkmiş  şəxsin  və  şahidlərin  izahatları  şifahi  və  ya  yazılı  formada  olan  və 
inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallar haqqında məlumatlardan ibarətdir. 
389.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati 
xətalar  haqqında  işlər  üzrə  icraatın  təmin  edilməsi  tədbirlərinin  tətbiq  edilməsi  haqqında 
protokolda,  inzibati  xəta  haqqında  işə  baxma  protokolunda  göstərilir.  Zəruri  hallarda  bu 
izahatlar yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. 
389.3.  Mənbəyi  məlum  olmayan  məlumatlara  əsaslanan  şahid  izahatları  sübut  hesab 
edilmir. 
M a d d  ə  3 9 0 .  Sənədlər 
390.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin 
təsdiq  etdikləri  və  ya  şərh  etdikləri  məlumatların  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  üçün 
əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 
390.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə 
bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və 
digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 
390.3.  İnzibati  xəta  haqqında  iş  icraatında  olan  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
inzibati xəta haqqında işin mahiyyəti üzrə baxılmasına qədər sənədlərin qorunub saxlanılması 
üçün  zəruri  tədbirlər  görməli,  eləcə  də  işə  baxıldıqdan  sonra  onlar  haqqında  qərar  qəbul 
etməlidir. 
M a d d  ə  3 9 1 .  Xüsusi texniki vasitələrin göstəriciləri 
391.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölçü cihazı 
kimi təsdiq  edilən,  müvafiq  sertifikatı  olan  və  metroloji  sınaqdan  keçmiş  ölçü  cihazları  xüsusi 
texniki vasitələr adlanır. 
391.2. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətalar haqqında işlər üzrə protokolda 
qeyd edilir. 
M a d d  ə  3 9 2 .  Ekspertiza 
392.1.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  zamanı  əhəmiyyət kəsb  edən hər  hansı 
məsələnin  həlli  üçün  elm,  incəsənət,  texnika  və  ya  sənət  sahəsində  xüsusi  bilik  tələb  edən 
məsələlərin  aydınlaşdırılması  məqsədi  ilə  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin) 
qərardadı ilə ekspertiza təyin edilə bilər. 
392.2. Qərardadda aşağıdakılar göstərilir: 
392.2.1. ekspertizanın təyin olunması üçün əsaslar; 

392.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı; 
392.2.3. ekspertin rəy verməli olduğu məsələlər; 
392.2.4. ekspertin sərəncamına verilən materiallar; 
392.2.5.  ekspertə  onun  hüquq  və  vəzifələrinin  izah  edilməsi  və  bilə‐bilə  yalan  rəy 
verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd. 
392.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır. 
392.4.  İcraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
icraya göndərməmişdən əvvəl ekspertizanın təyin olunması haqqında qəbul edilmiş qərardadla 
barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsi,  zərər çəkmiş  şəxsi  tanış  etməli, 
onların hüquqlarını izah etməlidir. 
392.5.  Ekspert  öz  adından  yazılı  formada  rəy  verir  və  onu  imzalayır.  Ekspertin  rəyində 
ekspertizanın  aparıldığı  tarix  və  yer,  ekspertizanın  aparılmasının  əsasları,  onun  məzmunu, 
habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr 
göstərilir. 
M a d d  ə  3 9 3 .  Əlavə məlumatların tələb edilməsi 
393.1. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin 
həll  edilməsi  üçün  zəruri  olan  əlavə  məlumatların  tələb  edilməsi  barədə  qərardad  qəbul  edə 
bilər. 
393.2.  Məlumatlar  tələb  edildiyi  gündən  üç  günədək  müddətində,  inzibati  həbs  nəzərdə 
tutulan  inzibati  xəta  törədildikdə  isə  dərhal  müvafiq  orqanlara,  təşkilatlara,  idarələrə  və 
müəssisələrə göndərilməlidir. 
393.3.  Müvafiq  orqanlardan,  təşkilatlardan,  idarələrdən və  müəssisələrdən tələb  edilən 
məlumatların  təqdim  edilməsi  qeyri‐mümkün  olduqda,  onlar  üç  günədək  müddətində 
qərardad  qəbul  etmiş  hakimə, səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  bu  barədə  yazılı  formada 
xəbər verməyə borcludurlar. 
M a d d  ə  3 9 4 .  Sübutların qiymətləndirilməsi 
394.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin 
bütün  hallarının  məcmusunun  hərtərəfli,  tam  və  obyektiv  surətdə  baxılmasına  əsaslanan  öz 
daxili inamı ilə sübutları qiymətləndirir. 
394.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 
M a d d  ə  3 9 5 .   Materialların  prokurora,  ibtidai  istintaq  və  ya  təhqiqat  orqanına 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin