verilməsi
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs
tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora,
ibtidai istintaq və ya təhqiqat orqanına göndərir.
O t u z u n c u f ə s i l
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN TƏMİN EDİLMƏSİ
TƏDBİRLƏRİNİN TƏTBİQ EDİLMƏSİ
M a d d ə 3 9 6 . İnzibati xətalar haqqında işlərin icratını təmin etmək tədbirləri
396.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati xəta haqqında
protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə
vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin
etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs aşağıda göstərilən tədbirləri tətbiq edə bilər:
396.1.1. gətirilmə;
396.1.2. inzibati qaydada tutma;
396.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama;
396.1.4. nəqliyyat vasitəsinə baxış;
396.1.5. şeyləri və sənədləri götürmə;
396.1.6. nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə;
396.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;
396.1.8. nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə.
396.2. İnzibati xətalar haqqında işlərin icraatının təmin edilməsi ilə bağlı tədbirlərin
qanunsuz tətbiq edilməsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada ödənilir.
M a d d ə 3 9 7 . Gətirilmə
397.1. Bu Məcəllənin 420.3‐cü və 423.3‐cü maddələrində nəzərdə tutulmuş hallarda, eləcə də
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi,
hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər.
397.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə
bilməz.
397.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı
əsasında onun yaşadığı və ya olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
771
M a d d ə 3 9 8 . İnzibati qaydada tutma
398.1. İnzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə
məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında
baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri
hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər. İnzibati
qaydada tutma aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata
keçirilir:
772
398.1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri ‐
xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni sərəncamına
və ya tələbinə qəsdən tabe olmadıqda, şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı
təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə, avaralıqla məşğul olduqda, ov, balıq
ovu və balıq ehtiyatlarını mühafizə qaydaları pozulduqda , əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında qeydiyyatsız yaşadıqda və ya qanunsuz
qaldıqda;
KM1
398.1.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri ‐
sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;
398.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin
yuxarı vəzifəli şəxsi ‐ mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka
qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;
398.1.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri ‐
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya
başqa şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;
398.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının
vəzifəli şəxsləri ‐ fövqəladə vəziyyət rejimi pozulduqda.
773
398.1.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri –
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma
qaydaları pozulduqda.
774
398.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah
olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.
M a d d ə 3 9 9 . İnzibati qaydada tutma müddətləri
399.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması bu Məcəllənin 399.2‐ci, 399.2‐
1‐ci və 399.3‐cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz.
775
399.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan
Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla
məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında qeydiyyatsız yaşamaları və ya qanunsuz qalmalarına , habelə ölkədə olma
qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs
tərəfindən törədildiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün inzibati
qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən
sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.
776
399.2‐1. fövqəladə vəziyyət elan olunmuş ərazidə barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında
küçələrdə və başqa ictimai yerlərdə olduqda ‐ komendant saatı bitənədək və ya onun üzərində
şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai
yerlərdə olduqda ‐ tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula
bilər.
777
399.3. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək müddətə inzibati qaydada tutula bilər.
778
399.4. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək
üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə, ayıldığı vaxtdan hesablanır.
399.5. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə bu rejimin tələblərinin pozulması ilə
əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.
399.6. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və
ya məhkəməyə şikayət edilə bilər.
779
M a d d ə 4 0 0 . İnzibati qaydada tutma haqqında protokol
400.1. İnzibati xəta törətmiş şəxsi tutma haqqında hər bir halda protokol tərtib edilir və
orada aşağıdakılar göstərilir:
400.1.1. protokolun tərtib edildiyi tarix və yer;
400.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;
400.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat;
400.1.4. tutmanın vaxtı və səbəbləri.
400.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır.
Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir.
Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim
etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.
M a d d ə 4 0 1 . İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi
401.1. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə
müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:
401.1.1. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;
401.1.2. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını
izah etmək;
401.1.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin
müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;
401.1.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya qanuni
nümayəndələrinə dərhal məlumat vermək;
401.1.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;
401.1.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;
401.1.7. tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə ərazidə
hüquq məsləhətxanasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda
fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkilə əlaqə saxlamaq və onunla
görüşmək imkanı yaratmaq.
401.2. İnzibati qaydada tutulmuş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş yerlərdə və qaydada saxlanılırlar.
M a d d ə 4 0 2 . Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama
402.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan şeyləri yoxlama, zəruri hallarda inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi
məqsədi ilə həyata keçirilir.
402.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal
şahidinin iştirakı ilə aparılır.
402.3. Şeylər (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və digər
predmetlər) bunların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə yoxlanılır, Təxirə
salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən şeylər iki hal şahidinin
iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq
icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər
göndərişlər yoxlanıla bilməz.
780
402.4. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokol tərtib olunur, yaxud inzibati xəta
haqqında protokolda və ya inzibati qaydada tutma haqqında protokolda bu barədə müvafiq
qeyd edilir.
402.5. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokolda aşağıdakılar göstərilir:
402.5.1. protokolun tərtib edildiyi tarix və yer;
402.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;
402.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat;
402.5.4. şəxsi axtarış zamanı aşkar edilən şeylərin növü, miqdarı və digər eyniləşdirmə
əlamətləri haqqında məlumat.
402.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat
aparılan şəxs və ya axtarış aparılan şeylərin sahibi və hal şahidləri tərəfindən imzalanır.
Barəsində inzibati xəta haqqında iş iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan şeylərin
sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.
M a d d ə 4 0 3 . Nəqliyyat vasitəsinə baxış
403.1. Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati
xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin
müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir.
403.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə
aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin
iştirakı olmadan da aparıla bilər.
403.3. Zəruri hallarda maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin,
videoyazıların aparılması tətbiq edilir.
403.4. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur.
403.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokolda aşağıdakılar göstərilir:
403.5.1. protokolun tərtib edildiyi tarix və yer;
403.5.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
403.5.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar;
403.5.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar;
403.5.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər
eyniləşdirmə əlamətləri barədə məlumatlar;
403.5.6. əşyaların növü;
403.5.7. sənədlərin növü və rekvizitləri.
403.6. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan
istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi
ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.
403.7. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal
şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və
ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda
müvafiq qeyd aparılır.
M a d d ə 4 0 4 . Şeylərin və sənədlərin götürülməsi
404.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud
onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut
əhəmiyyəti olan şeylərin və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı
aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir.
404.2. Sürücü, gəmisürən, pilot tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun
məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar
törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi, gəmiçinin və
ya pilotun şəhadətnaməsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə
etmək hüququ verən
sənəd verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququnun
məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat
vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərardan Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə
tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat
vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.
404.3. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur, yaxud inzibati
xəta haqqında protokolda bu barədə müvafiq qeyd aparılır.
404.4. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:
404.4.1. protokolun tərtib edildiyi tarix və yer;
404.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
404.4.3. şeyləri və sənədləri götürülən şəxs barəsində məlumat;
404.4.4. şeylərin və sənədlərin götürülməsi üçün əsaslar;
404.4.5. götürülən sənədlərin növü və rekvizitləri;
404.4.6. götürülən şeylərin növü, miqdarı, əlamətləri, o cümlədən silahın markası və ya
modeli, çapı, seriyası və nömrəsi, döyüş sursatının miqdarı və növü, nəqliyyat vasitəsinin tipi,
markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
404.5. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi,
videoyazı barədə və digər müəyyən edilmiş üsullarla sənədlərin əldə edilməsi barədə qeyd
aparılır. Fotoşəkillərin, videoyazının və digər müəyyən edilmiş vasitələrin tətbiq edilməsi
nəticəsində şeylərin və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq
protokola əlavə olunur.
404.6. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs,
şeyləri və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Şeyləri və ya
sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda
müvafiq qeyd aparılır. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə, yaxud onun qanuni nümayəndəsinə (nümayəndəsinə) təqdim edilir.
404.7. Zəruri hallarda götürülən şeylər və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir.
Götürülmüş şeylər və sənədlər inzibati xəta haqqında işə baxılanadək, şeyləri və sənədləri
götürmək hüququ olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə
saxlanılır.
404.8. Götürülmüş odlu silah və onun patronları, digər silah, eləcə də döyüş sursatı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
saxlanılır.
404.9. Götürülmüş tez xarab olan mallar satılması üçün müvafiq təşkilatlara verilir,
satılması mümkün olmadıqda isə məhv edilir.
404.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş standartlara,
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, götürülmüş
narkotik vasitələr və psixotrop maddələr, etil spirti, alkoqollu və tərkibində spirt olan
məhsullar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada yenidən istehsala göndərilir və ya məhv edilir.
404.11. İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək
məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və
tərkibində spirt olan məhsulların nümunələri saxlanılır.
M a d d ə 4 0 5 . Götürülmüş şeylərin qiymətləndirilməsi
405.1. Götürülmüş şeylər aşağıdakı hallarda qiymətləndirilir:
405.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən inzibati
cərimə meyarı tətbiq edildikdə;
405.1.2. götürülmüş mallar tez xarab olan mallar olduqda və həmin mallar məhv edilməyə
göndərildikdə;
405.1.3. etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar yenidən istehsala
göndərildikdə və ya məhv edildikdə.
405.2. Götürülmüş şeylərin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə
qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş şeylərin qiyməti bazar qiymətinə əsasən
qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda götürülmüş şeylərin
qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.
M a d d ə 4 0 6 . Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq
vəziyyətinin müayinəsi
406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından
kənarlaşdırılır:
406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən
sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas
olmadıqda;
406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində
olmadıqda, yaxud saxta və ya qeyri‐standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat
vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;
781
406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat
vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada
qeydiyyatdan keçirilmədikdə;
782
406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş
vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və
onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda;
783
406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya
dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən
örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya
sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün
olmadıqda.
784
406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman
etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün
xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.
406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən
etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək
barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə
verilir.
406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən
etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokolda aşağıdakılar göstərilir:
406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini
müəyyən etmənin əsasları;
406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər
eyniləşdirmə əlamətləri barədə məlumatlar.
406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən
etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən
kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki
vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü)
tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu
barədə protokolda müvafiq qeyd aparılır.
406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib
olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada həyata keçirilir.
406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq
protokola əlavə olunur.
M a d d ə 4 0 7 . Nəqliyyat vasitələrinin saxlanılması
407.1. Nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma
qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə),
həmçinin bu Məcəllənin 406.1‐ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti
olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan
duracağında saxlanılır.
Dostları ilə paylaş: |