AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

785 
407.1‐1. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  mühafizə  olunan  duracağına  gətirilibsə, 
sürücü  inzibati  cəriməni  və  nəqliyyat  vasitəsinin  duracağa gətirilməsi  və  onun  orada 
saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən  müəyyən  edilmiş  nümunədə  qəbz  verilir  və  saxlanılmış  nəqliyyat  vasitəsi 
dərhal  sahibinə  qaytarılır.  Sürücü  inzibati  cəriməni  nəqliyyat  vasitəsinin  gətirildiyi  yerdə 
ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş 
qaydada həyata keçirilir.
786 
407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq 
mümkün  olduqda,  nəqliyyat  vasitəsi  onu  yol  hərəkətində  iştirakdan  kənarlaşdırmış 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşının  yanında 
saxlanılır.  Belə  səbəb  aradan  qaldırıldığı  barədə  lazımi  sənədlər təqdim  edildikdən və  ya 
mübahisəli  hallar  araşdırıldıqdan  və  ya  xətaya  görə  inzibati  tənbeh  verildikdən dərhal  sonra 
saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır. 
407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq 
mümkün  olmadıqda,  nəqliyyat vasitəsi Azərbaycan  Respublikasının  müvafiq icra  hakimiyyəti 
orqanının  mühafizə  olunan  duracağına  gətirilir.  Nəqliyyat  vasitəsinin  saxlanılması  səbəbi 
aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh 
verildikdən,  nəqliyyat vasitəsinin  duracağa gətirilməsi və onun orada  saxlanılması  üçün  haqq 
ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 
407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci 
nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən 
şəxsə verilir.. 
M a d d  ə  4 0 8 .  Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi 
Tormoz  sistemi  və  ya  sükan  idarə  mexanizmi  nasaz  olan  və  ya  xarici  işıq  cihazları  və  ya 
qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud 
konstruksiyasının  digər  ünsürləri  nasaz  olan  və  belə  nasazlığın  aradan  qaldırılması  mümkün 
olmayan nəqliyyat  vasitəsinin  istismarı Azərbaycan  Respublikasının  müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən qadağan edilir. 
787 
V BÖLMƏ 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ 
O t u z   b i r i n c i   f ə s i l  
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATA BAŞLAMA 
M a d d  ə  4 0 9 .  İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas 
409.1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 
409.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli 
vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 
788 
409.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya yerli özünüidarəetmə orqanlarından, 
ictimai birliklərdən materialların daxil olması;
789 
409.1.3.  fiziki  və  hüquqi  şəxslər tərəfindən təqdim  edilən məlumatlar,  onların  ərizələri, 
habelə kütləvi informasiya vasitələrində elan olunmuş məlumatlar. 
409.2. Materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq 
səlahiyyəti  olan  vəzifəli  şəxs  tərəfindən  baxılır.  Həmin  materiallarda,  məlumatlarda  və 
ərizələrdə  inzibati  xətanın  əlamətlərini  göstərən  faktiki  məlumatların  olması  və  inzibati  xəta 
haqqında  iş  üzrə  icraatı  rədd  edən  halların  olmaması  inzibati  xəta  haqqında  işlərin 
başlanmasına əsasdır. 
409.3.  Bu  Məcəllənin  409.1‐ci  maddəsində  göstərilən səbəblərdən  biri  və  kifayət qədər 
əsaslar  olduqda  səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  inzibati  xəta  haqqında  iş  üzrə  icraat 
başlanılır. 

409.4.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraat  aşağıda  göstərilən  vaxtdan  başlanılmış  hesab 
edilir: 
409.4.1.  bu  Məcəllənin  396‐cı  maddəsində  nəzərdə  tutulan  tədbirləri  tətbiq  etmə  haqqında 
ilk protokol tərtib edildikdə; 
409.4.2.  inzibati  xəta  haqqında  protokol  tərtib  edildikdə,  yaxud  inzibati  xəta  haqqında  iş 
üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 
409.4.3.  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın  inzibati  araşdırılması  zəruri  hesab  edildiyi 
hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə. 
409.5.  Bu  Məcəllənin  409.1.2‐ci  və  409.1.3‐cü  maddələrində  göstərilən səbəblərin  əsassız 
olduğu  halda  səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  inzibati  xəta  haqqında  işin  başlanmasının 
rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. 
409.6.  İnzibati  xəta  haqqında işin  başlanmasının  rədd edilməsi haqqında qərardadın  surəti 
materialları, məlumatları və əraziləri vermiş şəxslərə göndərilir. 
M a d d  ə  4 1 0 .  İnzibati xəta haqqında protokol 
410.1.  Bu  Məcəllənin  368‐ci  və  412.1‐ci  maddələri  istisna  olmaqla,  inzibati  xətanın 
törədilməsi  haqqında  protokol  tərtib  edilir.  İnzibati  xəta  haqqında  protokolda  aşağıdakılar 
göstərilir: 
410.1.1. protokolun tərtib edildiyi tarix və yer; 
410.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
410.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 
410.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 
410.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 
410.1.6.  şahidlərin  və  zərər çəkmiş  şəxslərin  adı,  atasının  adı,  soyadı  və  onların  yaşadığı 
yerin ünvanı; 
410.1.7.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxsin  və  ya  hüquqi 
şəxsin nümayəndəsinin izahatları; 
410.1.8. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. 
410.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki 
şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər 
iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə 
protokolda müvafiq qeyd aparılır. 
410.3.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxsə  və  ya  hüquqi 
şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolla tanış olmaq imkanı yaradılır. 
410.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki  şəxs  və  ya  hüquqi  şəxsin  nümayəndəsi  tərəfindən  imzalanır.  Barəsində  inzibati  xəta 
haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxs  və  ya  hüquqi  şəxsin  nümayəndəsi  protokolu 
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati 
xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar 
və  protokolun  məzmunu  barəsində  öz  mülahizələrini  təqdim  etmək,  habelə  protokolu 
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları 
və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki  şəxsin  və  ya  hüquqi  şəxsin  nümayəndəsinin,  habelə  zərər çəkmiş  şəxsin  inzibati  xəta 
haqqında protokolun surətini almaq hüququ vardır. 

M a d d  ə  4 1 1 .  İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri 
411.1.  İnzibati  xətanın  törədilməsi  faktı  aşkar  edilərsə, dərhal  inzibati  xəta  haqqında 
protokol tərtib edilir. 
411.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki 
şəxsin  şəxsiyyətinin  və  ya  hüquqi  şəxs  barəsində  məlumatların  əlavə  aydınlaşdırılması  tələb 
olunduğu  hallarda,  inzibati  xəta  haqqında  protokol  inzibati  xətanın  aşkar  edildiyi  vaxtdan  iki 
günədək müddətdə tərtib edilir. 
411.3.  İnzibati  araşdırma  aparıldığı  hallarda  inzibati  xəta  haqqında  protokol  inzibati 
araşdırma başa çatdıqdan sonra bu Məcəllənin 413.5‐ci maddəsində göstərilən müddətdə tərtib 
edilir. 
M a d d  ə  4 1 2 .  İnzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar 
412.1. Törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə 
və  ya  inzibati  cərimənin  miqdarı  iyirmi  manatdan  artıq  olmadıqda,  inzibati  xəta  haqqında 
protokol tərtib edilmir. Belə hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta törədilən 
yerdə inzibati cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir. 
790 
412.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin 
mövcudluğu  ilə  və  ya  tətbiq  edilən tənbeh  növü  ilə  razılaşmadıqda,  yaxud  inzibati  xəta 
törədilən  yerdə  inzibati  cəriməni  ödəməkdən  imtina  etdikdə  inzibati  xəta  haqqında  protokol 
tərtib edilir. 
M a d d  ə  4 1 3 .  İnzibati araşdırma 
413.1. Maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və 
cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 
terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  sahəsində,  habelə  yol  hərəkəti  qaydaları 
əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya 
digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 
791 
413.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  başlanması  və  inzibati  araşdırma  aparılması 
haqqında qərardad bu Məcəlləyə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etməyə 
səlahiyyəti  olan  vəzifəli  şəxs  tərəfindən qəbul  edilir.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın 
başlanması və inzibati araşdırma aparılması haqqında prokuror qərar qəbul edir. 
413.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması 
haqqında qərardadda aşağıdakılar göstərilir: 
413.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 
413.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
413.3.3.  inzibati  xəta  haqqında  iş  üzrə  icraatı  başlamaq  üçün  səbəblər və  inzibati  xəta 
hadisəsinin olduğunu müəyyən edən məlumatlar; 
413.3.4.  inzibati  xətaya  görə  inzibati  məsuliyyət nəzərdə  tutan  bu  Məcəllənin  müvafiq 
maddəsi. 
413.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 
413.5.  İnzibati  araşdırmanın  aparılması  müddəti  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın 
başlama  vaxtından  bir  aydan  artıq  olmayan  müddətə  aparılır.  Müstəsna  hallarda,  bu  müddət 
icraatında  inzibati  xəta  haqqında  iş  olan  səlahiyyətli  vəzifəli  şəxsin  vəsatəti  əsasında  yuxarı 
vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər. 
413.6. İnzibati araşdırma başa çatdıqda inzibati xəta haqqında protokol tərtib edilir. 

M a d d  ə  4 1 4 .  Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi 
414.1.  İnzibati  xəta  haqqında  protokol  (prokurorun  qərarı)  tərtib  edildiyi  vaxtdan  48 
saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 
792 
414.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib 
edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. 
M a d d  ə  4 1 5 .  İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
415.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: 
415.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə 
və  ya  digər səbəblərdən  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxsin 
olduğu yer müəyyən edilmədikdə; 
415.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs psixi və ya digər 
ağır xəstəliyə tutulduqda; 
415.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. 
415.2. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli 
şəxs,  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  iştirakı  olmadan  həyata 
keçirilməsi mümkün olan inzibati xəta haqqında iş üzrə bütün prosessual hərəkətləri aparmalı, 
bu  Məcəllənin  415.1.1‐ci  və  415.1.3‐cü  maddələrində  nəzərdə  tutulmuş  və  inzibati  xəta 
haqqında  iş  üzrə  icraatın  dayandırılması  üçün  səbəb  olmuş  halların  aradan  qaldırılması  üçün 
qanunvericiliklə nəzərdə tutulan bütün tədbirləri görməlidir. 
415.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. 
İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  dayandırılması  haqqında  qərarda  bu  Məcəllənin  426‐cı 
maddəsində qeyd edilən məlumatlar göstərilir. 
415.4. Bu Məcəllənin 415.1.1‐415.1.3‐cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda 
səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir. 
415.5.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraat  dayandırıldıqda  bu  Məcəllənin  36.1‐ci 
maddəsində  nəzərdə  tutulmuş  müddətlərin  axımı  dayanır.  İnzibati  xəta  haqqında  iş  üzrə 
icraatın müddətinin axımının dayandırılması bir ildən artıq davam edə bilməz. Həmin müddət 
bitdikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
793 
M a d d  ə  4 1 6 .  İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 
416.1. Bu Məcəllənin 367‐ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, 
icraatında  inzibati  xəta  haqqında  iş  olan  səlahiyyətli  vəzifəli  şəxs  inzibati  xəta  haqqında  işin 
icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 
416.2.  İnzibati  xəta  haqqında  işin  icraatına  xitam  verilməsi  haqqında  qərarın  surəti 
barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. 
O t u z   i k i n c i   f ə s i l  
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASI 
M a d d  ə  4 1 7 .  İnzibati xəta haqqında işin baxılmağa hazırlanması 
417.0.  Hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  inzibati  xətalar  haqqında  işlərə  baxarkən 
aşağıdakı məsələləri həll edir: 
417.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 

417.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən 
hallar mövcuddurmu; 
417.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə 
müvafiq olaraq tərtib edilmişdirmi; 
417.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 
417.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 
417.0.6. iş üzrə vəsatətlər və etirazetmə vardırmı. 
M a d d  ə 
4 1 8 .   Hakim,  kollegial  orqanın  üzvü,  vəzifəli  şəxs  tərəfindən işin 
baxılmasını istisna edən hallar 
418.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, 
vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz; 
418.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, 
onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa; 
418.0.2. o, şəxsən, düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. 
M a d d  ə  4 1 9 .   Hakimin,  kollegial  orqanın  üzvünün,  vəzifəli  şəxsin  özü‐özünə  etiraz 
etməsi və ya onlara etirazetmə 
419.1.  Bu  Məcəllənin  418‐ci  maddəsində  nəzərdə  tutulan  hallardan  biri  olduqda  hakim, 
kollegial orqanın üzvü, vəzifəli şəxs özü‐özünə etiraz etməlidir. Özü‐özünə etiraz etmə barədə 
ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. 
419.2. Bu Məcəllənin 418‐ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində 
inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxs,  zərər çəkmiş  şəxs,  fiziki  şəxsin  qanuni 
nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi və nümayəndə, prokuror tərəfindən 
hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edilir. 
419.3.  Ərizəyə  icraatında  inzibati  xəta  haqqında  iş  olan  hakim,  kollegial  orqan  və  vəzifəli 
şəxs tərəfindən baxılır. 
419.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməsinə etiraz 
haqqında qərardad qəbul edilir. 
M a d d  ə  4 2 0 .  İnzibati  xəta  haqqında  işin  baxılmağa  hazırlanması  zamanı  qərarın 
(qərardadın) qəbul edilməsi 
420.1.  İnzibati  xəta  haqqında  işin  baxılmağa  hazırlanması  zamanı  aşağıdakı  məsələlər 
barəsində qərardad qəbul edilir: 
420.1.1. işin baxılmasının tarixinin və yerinin təyin edilməsi; 
420.1.2.  işin  baxılmasında  iştirak  etmək  üçün  bu  Məcəllənin  371‐377,  379‐382‐ci 
maddələrində göstərilən şəxslərin çağırılması; 
420.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 
420.1.4. ekspertizanın təyin edilməsi; 
420.1.5. işə baxılmanın təxirə salınması; 
420.1.6.  protokol  və  digər  materiallar  səlahiyyəti  olmayan  şəxslər tərəfindən tərtib 
olunmadıqda,  protokol  və  digər sənədlər  düzgün  tərtib  olunmadıqda,  yaxud  təqdim  edilmiş 
materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar 

haqqında  protokolun  və  ya  digər sənədlərin  onu  tərtib  etmiş  orqana,  vəzifəli  şəxsə  geri 
qaytarılması; 
420.1.7.  əgər  bu  məsələnin  baxılması  hakimin,  orqanın,  (vəzifəli  şəxsin)  səlahiyyətinə  aid 
deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad 
çıxarılmışsa,  inzibati  xəta  haqqında  protokolun  və  ya  digər  materialların  baxılması  üçün 
aidiyyəti üzrə göndərilməsi. 
420.2.  Bu  Məcəllənin  367‐ci  və  415.1‐ci  maddələrində  nəzərdə  tutulmuş  hallar  olduqda 
inzibati  xəta  haqqında  iş  üzrə  icraata  xitam  verilməsi  və  ya  inzibati  xəta  haqqında  iş  üzrə 
icraatın dayandırılması barədə qərar qəbul edilir. 
420.3.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  şəxsin,  hüquqi  şəxsin 
nümayəndəsinin,  yetkinlik  yaşına  çatmayanların  qanuni  nümayəndəsinin,  habelə  şahidlərin 
üzrlü  səbəblər  olmadan  çağırış  üzrə  gəlməkdən qəsdən  boyun  qaçırması  nəticəsində  inzibati 
xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, inzibati xəta haqqında işin hallarının 
tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa 
inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul 
edə bilər.
794 
M a d d  ə  4 2 1 .  İnzibati xəta haqqında işin baxılması yeri 
421.1.  İnzibati  xəta  haqqında  işə  onun  törədildiyi  yerdə  baxılır.  Barəsində  inzibati  xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı 
yer üzrə baxıla bilər. 
421.2.  Yetkinlik  yaşına  çatmayanların  barəsində  inzibati  xətalar  haqqında  işlərə  şəxsin 
yaşadığı yer üzrə baxılır. 
421.3.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququnun  məhdudlaşdırılmasına  səbəb  ola  bilən 
inzibati  xətalar  haqqında  işlərə  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  məlumat 
sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 421.1‐ci maddəsində nəzərdə tutulmuş 
qaydada baxılır. 
795 
M a d d  ə  4 2 2 .  İnzibati xətalar haqqında işlərə baxılması müddətləri 
422.1.  İnzibati  xəta  haqqında  işə  baxmağa səlahiyyəti  olan  hakim,  orqan  (vəzifəli  şəxs)  bu 
cür  işlərə  inzibati  xəta  haqqında  protokolu  və  işin  digər  materiallarını  aldığı  vaxtdan  on  beş 
gün müddətində baxır. 
422.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraatın  iştirakçılarının  vəsatəti  və  ya  əlavə  halların 
müəyyən  edilməsi  zərurəti  olarsa,  işə  baxan  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  özünün 
əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər. 
422.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta 
haqqında  protokol  daxil  olduğu  gün,  inzibati  qaydada  tutulan  şəxslər  barəsində  isə  onların 
tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 
M a d d  ə  4 2 3 .  İnzibati xəta haqqında işə baxılması qaydası 
423.1. İnzibati xəta haqqında işə baxılarkən: 
423.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; 
423.1.2.  inzibati  məsuliyyətə  cəlb  edilən  fiziki  şəxsin  və  ya  hüquqi  şəxsin  qanuni 
nümayəndəsinin, 
habelə 
işin 
baxılmasında 
iştirak 
edən 
digər 
şəxslərin 
iştirakı 
müəyyənləşdirilir; 

423.1.3.  fiziki  şəxsin  qanuni  nümayəndəsinin  və  hüquqi  şəxsin  nümayəndəsinin,  
müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;  
423.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin  
şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi  
həll edilir;  
423.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;  
423.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.  
423.2. Aşağıda göstərilən hallarda işin baxılmasının başqa vaxta keçirilməsi barədə qərardad  
qəbul edilir:  
423.2.1.  əgər  onun  etirazı  işin  mahiyyəti  üzrə  baxılmasına  mane  olursa,  özü‐özünə 
etirazetmə  və  ya  işə  baxan  hakimə, vəzifəli  şəxsə,  yaxud  kollegial  orqanın  üzvünə  etirazetmə 
barədə ərizə daxil olduqda;  
423.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etirazetmə işin mahiyyəti üzrə baxılmasına  
mane olduqda;  
423.2.3. işdə iştirak edən şəxsin  gəlməsinə və ya  əlavə sənədlərin tələb  olunmasına, yaxud  
ekspertizanın təyin edilməsinə zərurət olduqda.  
423.3.  Bu  Məcəllənin  420.3‐cü  maddəsinə  müvafiq  olaraq  iştirakı  məcburi  olan  şəxsin  
gətirilməsi barədə qərardad çıxarılır.  
423.4.  Bu  Məcəllənin  421‐ci  maddəsinə  müvafiq  olaraq  işin  aidiyyəti  üzrə  göndərilməsi  
barədə qərardad çıxarırlar.  
423.5. İşin baxılması davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin  
digər  materialları  elan  edilir.  Barələrində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  fiziki  
şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər  
şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işin  
baxılmasında prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.  
M a d d  ə  4 2 4 .  İnzibati xəta haqqında işə baxma protokolunun məzmunu 
424.1.  İnzibati  xətalar  haqqında  işlərə  kollegial  orqan  tərəfindən  baxılarkən  inzibati  xəta  
haqqında işə baxma protokolu tərtib olunur.  
424.2. İnzibati xəta haqqında işə baxma protokolunda aşağıdakılar göstərilir:  
424.2.1. işə baxılmanın tarixi və yeri;  
424.2.2. işə baxan kollegial orqanın adı və tərkibi;  
424.2.3. baxılan işin qısa məzmunu;  
424.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumat;  
424.2.5. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;  
424.2.6. işə baxılmasında iştirak edən şəxslərin izahatları, onların vəsatətləri və rəyləri;  
424.2.7. işə baxılarkən tədqiq edilən sənədlər.  
424.3.  Kollegial  orqanın  iclasının  protokolu  iclasda  sədrlik  edən və  katib  tərəfindən  
imzalanır.  
M a d d  ə  4 2 5 .  İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərar (qərardad) 
425.1.  İnzibati  xətalar  haqqında  işlərə  baxılarkən aşağıdakı  məsələlər  barəsində  qərar  
çıxarılır:  
425.1.1. inzibati tənbeh vermə haqqında;  

425.1.2. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;  
425.1.3. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.  
425.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  icraata  xitam  verilməsi  haqqında  qərar  aşağıdakı  
hallarda çıxarılır:  
425.2.1. bu Məcəllənin 367‐ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;  
425.2.2. bu Məcəllənin 15.5‐ci maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək  
barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq dövlət orqanlarına göndərildikdə;  
425.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda icraatın xitam edilməsi və 
iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;  
425.2.4.  inzibati  xəta  haqqında  iş  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  
müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.  
425.3. İnzibati xətalar haqqında işlərin baxılması nəticəsində aşağıdakı məsələlər barəsində 
qərardad çıxarılır:  
425.3.1.  baxılması  onun  səlahiyyətinə  aid  olmadıqda  inzibati  xəta  haqqında  işin  aidiyyəti  
üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi;  
425.3.2.  inzibati  xəta  haqqında  işin  başqa  inzibati  tənbeh  növünü  tətbiq  etmək səlahiyyətli  
olan hakimə, orqana (vəzifəli şəxsə) verilməsi.  
425.4. (çıxarılıb) 
796  
M a d d  ə  4 2 6 .  İnzibati xəta haqqında iş üzrə qərar 
426.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:  
426.1.1.  qərarı  çıxarmış  hakimin,  vəzifəli  şəxsin  vəzifəsi,  soyadı,  adı,  atasının  adı,  kollegial  
orqanın adı və tərkibi;  
426.1.2. işin baxılması tarixi və yeri;  
426.1.3. işinə baxılan şəxs haqqında məlumat;  
426.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;  
426.1.5.  inzibati  xətaya  görə  məsuliyyət nəzərdə  tutan  bu  Məcəllənin  müvafiq  maddəsi  və 
inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin