Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi 152.1. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə, yaxud nəqliyyat vasitəsinin vəkalətnamə olmadan (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla) idarə edilməsinə görə -
şərti maliyyə vahidi məbləğinin on iki mislindən iyirmi mislinədək miqdarda cərimə edilir.
152.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan alkoqoldan, narkotik vasitələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə olunmasından sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsinə görə -
şərti maliyyə vahidi məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir.
152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.
152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -
şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.
152.5. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -
şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.