5 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03, maddə 178) ilə 212-ci maddə yeni redaksiyada verilmişdir.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının işçisi tərəfindən xidməti məlumatdan öz mənafeyi üçün istifadə edilməsinə və ya həmin məlumatın əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsinə görə -
fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.