Tədqiqatda insanda formalaşan müxtəlif hisslərin xarakteristikasını təyin edirik. Bunun üçün biz aşağıdakı metodikadan istifadə etdik.
1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli – 3 bal, xeyr – 2 bal.
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli – 4 bal, xeyr – 1 bal.
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli – 4 bal, xeyr – 2 bal.
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli – 2 bal, xeyr – 1 bal.
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli – 3 bal, xeyr – 2 bal.
6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli – 1 bal, xeyr – 4 bal.
7. Gimnastika ilə məşğul olursunuz?
Bəli – 3 bal, xeyr – 1 bal.
8. Başının tez-tez ağrıyır?
Bəli – 1 bal, xeyr – 2 bal.
9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?
Bəli – 4 bal, xeyr – 1 bal.
10. Həmişə eyni saç düzümündə gəzirsiniz?
Bəli – 4 bal, xeyr – 1 bal.
11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?
Bəli – 4 bal, xeyr – 1 bal.
Sualların hər birinin cavabı 4 bal sistemi ilə qiymətləndirilmişdir. Tədqiqatın sonunda hər bir sualın cavabına uyğun müəyyən edilən ballar toplanır və aşağıdakı tiplər müəyyən olunur:
I Tip – Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.
II Tip – İnsanlara daha asan öyrəşirsiniz. Hissləriniz həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.
III Tip – Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.