Azərbaycan respublikasinin


Xüsusi kateqoriyalı məhbuslar üçün əlavə qaydalar



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   51   52   53   54   55   56   57   58   59
mh

3.5. Xüsusi kateqoriyalı məhbuslar üçün əlavə qaydalar 

Penitensiar müdiriyyət aşağıda göstərilən  əlavə qaydalar məcmusundan 

bütün hallarda xüsusi kateqoriyadan olan məhbusların mənafeyi naminə 

səmərəli istifadə etməlidir. 

 

Məhkəmə və ya istintaq altında olan məhbuslar 

Şəxsi azadlıqların müdafiəsinə aid olan qanunvericiliyin müddəalarına  

zərər vurmadan və prosessual qaydalara uyğun olaraq, istintaq altında 

olanlara və ya təqsirləndirilən şəxslərə müqəssir olduqları sübut olunana kimi 

təqsirsizlik prezumpsiyası  tətbiq edilir. Bu məhbuslar cinayət-prosessual 

hüquqda və azadlıqdan məhrum etmə yerinin təhlükəsizlik tələblərində 

nəzərdə tutulanlardan başqa, 90-cı maddəyə görə, onlara verilən 

imtiyazlardan istifadə edir və digər məhdudiyyətlərə məruz qalmamalıdır. 

İstindaq altında olanlar və ya təqsirləndirilən  şəxslər həbsə alınmaları 

haqqında ailələrinə  dərhal xəbər vermək hüququna malikdirlər. Onlara 

ailələri, dostları  və  əlaqələri, onlar üçün qanuni maraq doğuran  şəxslərlə 

ünsiyyətdə olmaq üzrə bütün səmərəli imkanlar verilir. 

Onlara həmçinin  ədalət mühakiməsinin, təhlükəsizliyin və azadlıqdan 

məhrum etme yerlərinin qaydalarının gözlənilməsi naminə bir sıra 

məhdudiyyətlər istisna olmaqla, bu şəxslərlə  ləyaqətli  şəraitdə  və  nəzarət 

altında görüşə icazə verilməlidir. 

Əgər istintaq altında olan və ya təqsirləndirilən  şəxs özünün həbsə 

alınması   haqqında  yuxarıda   göstərilən   şəxslərə   məlumat  vermək 



 

55

istəməzsə, penitensiar müdiriyyət bunu zəruri ehtiyac olmadan, misal üçün, 



bu şəxsin qocalığı, psixi vəziyyəti və ya digər acizliyi halları istisna olmaqla, 

öz təşəbbüsü ilə etməməlidir. 

Hər bir istintaq altında olan və ya təqsirləndirilən şəxs həbsə alınan andan 

özünün seçdiyi vəkilin xidmətindən istifadə etmək və yaxud əgər beləsi 

varsa, ona pulsuz vəkil təyin olunması üçün müraciət etmək imkanlarına  

malik olmalı, onunla müdafiənin təmin olunması üzrə görüşmək, vəkilə gizli 

təlimatlar hazırlayıb vermək, ondan məsləhət almaq şəraiti olmalıdır. Onların 

xahişi ilə bunun üçün hər bir şey təqdim edilir. Məsələn, onlar müdiriyyət ilə 

bütün vacib əlaqələri həyata keçirə və özlərinin müdafiəsi üçün tərcüməçinin 

xidmətindən pulsuz istifadə edə bilərlər.  İstintaq altında olanın və ya 

təqsirləndirilən  şəxslərin vəkil ilə görüşü polis nümayəndəsinin nəzarəti 

altında keçə bilər, lakin söhbətə qulaq asıla bilməz. İstintaq altında olanların 

və ya təqsirləndirilən  şəxslərin yerləşdirilməsi yuxarıda sadaladığımız 

qaydalara əsasən (bax: 3.1.) həyata keçirilir. 

İstintaq altında olanlara və ya təqsirləndirilən şəxslərə arzuedilməz hallar 

istisna olmaqla, ayrı kameradan istifadə etmək imkanı verilir. 

İstintaq altında olanlara və ya təqsirləndirilən şəxslərə öz paltarlarını, əgər 

bunlar təmiz, yararlıdırsa geyinməyə icazə verilir. 

Əgər məhbuslar bu imkandan imtina edərlərsə, onlara digər münasib 

paltar verilir. 

Münasib paltar olmadıqda, məhkəmənin qarşısında durmaq və yaxud 

azadlıqdan məhrum etmə yerlərindən icazə verilən hallarda çıxmaq üçün 

istintaq altında olanlara və ya təqsirləndirilən şəxslərə yaxşı vəziyyətdə olan 

mülki kostyum verilir. 

İstintaq altında olanlara və ya təqsirləndirilən  şəxslərə imkan daxilində 

işləmək təklif olunur, lakin onları buna məcbur etmək olmaz. 

İstintaq altında olanlara və ya təqsirləndirilən  şəxslərə  ədalət 

mühakiməsinin, təhlükəsizliyin, azadlıqdan məhrum etmə yerlərində 

saxlanma qaydaları gözlənilməklə, öz hesablarına və ya üçüncü şəxslərin 

hesablarına  kitab, qəzet, yazı ləvazimatları, məşğuliyyət üçün digər əşyalar 

almağa icazə verilir. 

Lazımi  əsaslar olduqda, istintaq altında olanların və ya təqsirləndirilən 

şəxslərin xahişi ilə onlara özlərinin müalicə, diş  həkimindən tibbi yardım 

almaq imkanı verilir. İmtina etmə  əsaslandırılmalıdır. Bu xərclərin 

ödənilməsi penitensiar müdiriyyətə həvalə olunmur. 



 

56


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin