Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 69. Məhkumların təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanması



Yüklə 0,55 Mb.
səhifə50/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   46   47   48   49   50   51   52   53   ...   136
Maddə 69. Məhkumların təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanması

69.1. İlk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkən şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanıla bilərlər. Əvvəllər məhkum edilmiş və yenidən yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün müalicə müəssisələrində saxlanıla bilərlər.

69.2. Məhkumun təsərrüfat və məişət xidməti işi üçün saxlanması istintaq təcridxanası, müalicə müəssisəsi və ya həbsxana müdiriyyətinin qərarı ilə həyata keçirilir.

69.3. Təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanılan məhkumlar, ümumi rejimli cəzaçəkmə müəssisələri üçün bu Məcəllədə nəzərdə tutulan şərtlərlə başqa şəxslərdən təcrid olunmaqla saxlanılırlar. Bu məhkumlar bağlı bina və ya otaqlarda işlədikləri hallarda gündə iki saat müddətinə gəzinti hüququna malikdirlər. (16)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin