Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 70. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi



Yüklə 0,55 Mb.
səhifə52/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   48   49   50   51   52   53   54   55   ...   136
Maddə 70. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi

70.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

70.2. Müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər:

70.2.1. həbsxanadan cəzaçəkmə müəssisələrinə—məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə;

70.2.2. ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən—məntəqə tipli cəzaçəkmə müəssisələrinə—cəza müddətinin ən azı üçdə birini çəkdikdə; ağır və xüsusilə ağır cinayət törətməyə görə məhkum olunan və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin cəzanın çəkilməmiş hissəsi dövründə yeni cinayət törədən şəxslər—cəza müddətinin ən azı üçdə ikisini çəkdikdə.

70.3. Aşağıdakı məhkumlar məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər:

70.3.1. cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər;

70.3.2. ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər;

70.3.3. tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslər.

70.4. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar:

70.4.1. məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə;

70.4.2. məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə;

70.4.3. ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər.

70.5. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir. (2)




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin