Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 69-1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin istintaq təcridxanalarına keçirilməsi



Yüklə 0,55 Mb.
səhifə51/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   47   48   49   50   51   52   53   54   ...   136
Maddə 69-1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin istintaq təcridxanalarına keçirilməsi

69-1.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmənin qərarına əsasən iki aydan çox olmayan müddətə cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilə bilərlər. Zəruri hallarda bu müddət məhkəmənin qərarı ilə dörd ayadək uzadıla bilər. Məhkəməyədək icraat zamanı göstərilən məsələlərə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkumun cəza çəkdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

69-1.2. Bu Məcəllənin 69-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilmiş şəxslərin saxlanılma şərtləri həmin yerlərin saxlanma rejimi və onlara məhkəmənin hökmü ilə təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edilir. Belə halda məhkumlara bu Məcəllədə nəzərdə tutulmuş uzun müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları ilə əvəz oluna bilər.

69-1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, onların cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bu şəxslərin istintaq təcridxanalarında saxlanma müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş həbsdə saxlanma müddətləri daxilində müəyyən edilir. (1)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin