Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 25,53 Kb.
tarix16.12.2023
ölçüsü25,53 Kb.
#181134
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Tələbə : Rəhimli Zeynəb


Fakültə: Kulturologiya
İxtisas: Sosial iş
Fənn: Sosial iş nəzəriyyəsi və təcrübəsi
Mövzu: Sosial işçin bacarıqları
BAKI-2023
Sosial işçin bacarıqları
Sosial işçi müvafiq bacarıq və vərdişlərə yiyələnməyi vacibdir. Bunlara aşağıdakıları daxil edə bilərik:
• Müraciətçi ilə peşəkar işgüzar münasibətlər qurmaq
• Müraciətçinin özünü kənardan “görməyə” kömək etmək bacarığı
• Problemli situasiyanı araşdırmaq
• Düzlük – sosial işçi klientlə iş zamanı yalan danışmamalı, həqiqətləri söyləməlidir. Məsələn, sosial işçi nəyisə etməyi klientlə razılaşdırıbsa, çalışmalıdır ki, verdiyi sözü həyata keçirsin. • Vicdan – Sosial işçilər vicdanla davranmalıdırlar. Sosial işçinin vicdanı onun əxlaqi məsuliyyət hissi, xeyirxahlıq və ədalətlə davranması deməkdir.
• Obyektivlik – klientin problemlərini və keyfiyyətlərini qiymətləndirərkən sosial işçi şəxsi emosiyalarından azad olub obyektivliyi gözləməyə çalışmalıdır.
• Ədalətlilik – sosial işçinin rəğbət bəslədiyi və bəsləmədiyi insanlar ola bilər, ancaq bu onun müxtəlif klientlərlə işinin keyfiyyətinə təsir etməməlidir, klientin sosial işçidə hansı hisslər doğurmasından asılı olmayaraq, ona münasibət ədalətli olmalı, onun problemləri adekvat qiymətləndirilməlidir.
• Diqqətlik və müşahidəçilik nəticəsində sosial işçi klientlə işləyərkən klientin əhvalında baş verən müsbət və mənfi dəyişikliyə, səmimi və ya qeyri-səmimi olmasına diqqət yetirə bilər.
• Təmkinlik – sosial işçi klientin emosional vəziyyətini nəzərə almalıdır. Hətta əgər klient əsəbidirsə və mənfi emosiyalarını sosial işçiyə yönlədirsə, o zaman sosial işçi təmkinli və səbirli olmağa çalışmalıdır.
• Özünütənqidlik nəticəsində sosial işçi öz fəaliyyətini təhlil edə, səhvlərini görə bilər, səhvləri üzərində çalışa bilər.
• Ünsiyyət – sosial işçi klientlə ünsiyyət prosesindən klientin problemlərini, onun gözləntilərini, problemin həllinin birgə tapılmasını öyrənə bilər.
• Nikbinlik (optimizm) – sosial işçi tez-tez bir çox problemlərlə üzləşmiş insanlarla rastlaşır. Lakin bu vəziyyətlərdə sosial işçinin nikbinliyi, ədalət və problemin həll olunacağına inam hiss olmalıdır.
Sosial işçinin sosial nikbinliyinin mənbəyi sosial ədalətin həyata keçə biləcəyinə, insanın daim özünü təkmilləşdirməsinə əmin olmasıdır. Sosial işçinin nikbin olmaması ilk növbədə klientə təsir edir.
• Yaradıcı təfəkkür – sosial işçinin gündəlik rastlaşdığı situasiyalar, klientlər və onların problemləri tamamilə oxşar deyil. Sosial işçi yaradıcı təfəkkürə malik olmalıdır ki, hər bir klinetə və onun probleminə fərdi yanaşa bilsin. Yaradıcı təfəkkürün olmadığı halda mütəxəssis özü üçün birdəfəlik qəbul etdiyi sxem əsasında hərəkət edəcək, bu isə onun işinin səmərəsini azaldacaq, klientə mənfi təsir göstərəcək.
Mütəxəssis olmaq üçün müvafiq vərdiş və bacarıqlara yiyələnmək vacibdir. Bunlara ünsiyyətin baza və xüsusi vərdişləri, klientlə peşəkar işgüzar münasibətlər qurmaq, klientə özünü kənardan “görməyə” kömək etmək bacarığı, problemli situasiyanı araşdırmaq, qarşıya məqsəd qoymaq, hərəkət planı işləyib hazırlamaq, özünün və klientin hərəkətlərini qiymətləndirmək vərdişləri daxildir. Sosial işçidə aşağıdakı bacarıq və vərdişlər olması məqsədəuyğundur:

  • Üst səviyyədə akademik qabiliyyətə malik,

  • Şəxsi və sosial problemlərə dərin maraq duyan,

  • Danışıq və razısalma qabiliyyəti olan,

  • Başqalarının duyğularını anlaya bilən,

  • İnsanların rifahına maraq duyan,

  • Liderlik xüsusiyyətlərinə sahib olan,

  • Klientlə peşəkar ünsiyyət qurmaq bacarığı,

  • Klientin oturuşuna fikir vermək,

  • Bədən dilini oxumaq bacarığı,

  • Fəal dinləmə,

  • Empatiya göstərmək.

Sosial işçiyə lazım olan ən mühüm bacarıqlaqdan biri klientlə ünsiyyət vərdişidi. Bu sosial işçi klientə diqqət göstərməli, halına şərik olmalı, yəni empatiya göstərməli və onu aktiv dinləməlidir.
Empatiya – sosial işçinin kilentlə iş zamanı empatiyadan istifadə etməsi klientin ruhlandırılmasına, özündə inam hissinin yaranmasına səbəb ola bilər. “Empatiya klientin keçirdiyi hisslər və qavradığı mənaya çox həssas olmaq və qəbul edilən bu anlayışı ona çatdırmaqdır.”(Rocers, 1986) Başqa sözlə, Empatiya – başqa adamların psixi hallarını başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyətidir. Empatiyanı aşağıdakı cür ifadə etmək olar:
Klientin əhvalatına qulaq asmaq və həqiqiliyini təsdiqləmək
Qeyri-şifahi kommunikasiya
Hisslərin ifadəsi və məmnunluq Sən hiss edirsən ki ....
Hal-hazırda sən hiss edirsən ki.....
Mən də belə bir hiss yaranıb ki.....
Aydınlıq Əgər düzgün başa düşdümsə....
Eşitdiklərimdən belə başa düşdüm ki....
Bu o deməkdir ki....
Vizual Mən müşahidə edirəm ki....
Gördüyün kimi....
Fərdlə aparılan sosial iş prosesinin mərhələləri:
1.Tədqiat, probləmin öyrənilməsi – bu mərhələdə klient prosesə cəlb olunur. Məlumatların yığılması bu mərhələdə baş verir. Bu mərhələdə rəğbətli dinləmə, inam və etibarın nümayişi, məxfiliyin tam təmin edilməsi prosesin gedişatına çox kömək edə bilər.
2.Qiymətləndirmə mərhələsi – problemin klient tərəfindən təqdim edildiyi andan başlayır, problemin sosial işçi tərəfindən tam dərk edilməsi prosesi ilə bitir. Qiymətləndirmənin ən önəmli məqamı onun fərdlə aparılan bütün iş ərzində davam etməsindən ibarətdir.
3.Müdaxilə mərhələsi – müdaxilə etmək üçün qarşıya bir sıra məqsədlər qoyulur. Məqsədin vacibliyi mövcud problemin aradan səmərəli şəkildə qaldırılmasındadır. Bu mərhələdə sosial işçi klienti mövcud olan müvafiq xidmətlərə istiqamətləndirməyə çalışmalıdır.
4.Fərdlə aparılan işin dayandırılması mərhələsi – sosial işçi qarşıya qoyulan məqsədə çatıldığını, eyni zamanda klientin artıq kifayər qədər güclü olduğunu və qarşılaşdığı problemin öhdəsindən gəlməsi üçün kifayət qədər qabiliyyətinin olduğunu gördükdə prosesi başa çatdırır.
Mükəmməl dinləmə bacarığını qazanmaq üçün aşağıdakılara əməl etmək olar:

  • Klientin qeyri-verbal dilindəki işarələrə – poza, mimika, yeriş, səs tonun və s. fikir vermək

  • verbal dillə verilən məlumatları diqqətlə dinləmək və anlamaq

Lakin bəzi xüsusiyyətlər sosial işçiyə səhv etməsinə səbəb olur. Aşağıdakı hallar sosial işçinin işinə mənfi təsir edə bilər:

  • Çevikliyin olmaması (sərtlik, lənglik)

  • Həddən artıq himayə (hədsiz nəzarət)

  • Dar ixtisaslaşma

  • Lazımi ixtisaslaşmanın olmaması

Ədəbiyyat siyahısı


1. İsmayılova E. S. Qloballaşma dövründə zəka axını. Bakı, “Elm”, 2011,176 s.
2. Qəhrəmanov E., Əhmədov Y. Sosial işin əsasları. Bakı, “B-print”, 2014,488 s.
3. Məmmədova R.O. Sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) fəlsəfəsi. Heydər Hüseynovun elmi-nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri. Respublika elmi-praktik konfransının Materialları (3 may 2018-ci il).100-105 s.
4. Məmmədova S.D. Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVRORA” nəşriyyatı. 2017, 232 s.
5. Rəcəbli H. Azərbaycan Respublikasının sosial müdafiə sistemi. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, 2012. 408 s.
6. Firsov M.V., Studenova E.Q. Sosial işin nəzəriyyəsi
Yüklə 25,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin