Maddə 190. Aksizli malların siyahısı və vergi dərəcələri
190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:
içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri;
tütün məmulatları;
neft məhsulları;
minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
- idxal olunan xəz-dəri məmulatları.
190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, xəz-dəri məmulatları istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) — hər litrinə 2,0 manat;
190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları — hər litrinə 2,0 manat;
190.3.3. konyak və konyak materialları — hər litrinə 6,0 manat;
190.3.4. şampan şərabı — hər litrinə 2,5 manat;
190.3.5. şərablar və şərab materialları — hər litrinə 0,1 manat;
190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər — hər litrinə 0,2 manat;
190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 10,0 manat;
190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 4,0 manat.
190.4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:
Vergitutma obyektinin adı
|
Aksiz dərəcəsi
|
Minik avtomobilləri:
|
|
mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda
|
Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat
|
mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda
|
400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat
|
mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
|
1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
|
mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda
|
5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
|
mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda
|
13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat
|
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr
|
Mühərrikin həcminin hər kubsantimetrinə görə - 3 manat
|
190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:
Dostları ilə paylaş: |