Azərbaycan Respublikasının Vergi Məcəlləsi



Yüklə 212,08 Kb.
səhifə195/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   189   190   191   192   193   194   195   196   197
VM2017

221.4.8.1. vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı;

221.4.8.2. vergi ödəyicisinin VÖEN-i;

221.4.8.3. nişanın qüvvədə olma müddəti;

221.4.8.4. avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;

221.4.8.5. avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti;

221.4.8.6. daşımanın həyata keçirildiyi ərazi;

221.4.8.7. ödənilmiş verginin məbləği.

221.4.9. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınır.

«Xüsusi fərqlənmə nişanı» mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri müraciətindən sonra beş iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Xüsusi fərqlənmə nişanı»nın alınması üçün hər hansı haqq ödənilmir.

«Xüsusi fərqlənmə nişanı» almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə bu maddədə nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edərkən, ən azı bir iş günü əvvəl «Xüsusi fərqlənmə nişanı»nı onu vermiş orqana geri qaytarmalıdır.

221.4.10. Vergi ödəyicisinin işçi heyətinin və özünə məxsus yüklərin daşınmasında istifadə edilən yeni avtomobil nəqliyyatı vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra həmin avtomobil nəqliyyatı vasitələrinin sahibləri beş gün ərzində müvafiq icra hakimiyyəti orqanına bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edirlər.

221.4.11. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları fəaliyyətindən başqa digər fəaliyyət növü ilə məşğul olan vergi ödəyiciləri tərəfindən əldə olunan gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

221.4.12. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin bu fəaliyyət növü üzrə zərərləri digər sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətlərinə aid edilmir.

221.4.13. Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınmır və bu cür avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtomobil nəqliyyatı vasitələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Müvafiq icra hakimiyyəti orqanı növbəti ayın 10-dək əvvəlki ay ərzində verilmiş nişanlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

221.5. Mənzil Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər.

Bu Məcəllənin 218.1.1.2-ci 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraqmənzil binatikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin