Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Azərbaycan dövlətlərinin ictimai quruluşu



Yüklə 3,15 Mb.
səhifə52/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   173
Ar2019-47-1

Azərbaycan dövlətlərinin ictimai quruluşu. XV əsrdə Azərbaycan ərazisində üç dövlət – Şirvanşahlar, Qaraqoyunlular və Ağqoyunlular fəaliyyət göstərmişdi. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri Azərbaycanın Kürdən cənubda olan torpaqlarını əhatə etmişdi. Hər üç dövlətin ictimai quruluşunda elə bir əsaslı fərq yox idi.
Qaraqoyunlu dövlətində Baharlı, Ağqoyunluda isə Bayandur feodal əyanları rəhbər rol oynamışdılar. Oğuz türklərindən olan hər iki dövlətin hökmdarları padşah titulu daşıyırdılar. Padşahdan sonra dövlətdə ikinci əsas şəxs Əmir-əl-üməra (əmirlər-əmiri) idi ki, o da bütün hərbi qüvvələrə rəhbərlik edirdi. Sədrəzəm ruhanilərə başçılıq edir, vəqf vergilərini toplayır, məhkəmə işlərini qaydaya salırdı. Dövlət aparatındakı növbəti vacib şəxs Baş vəzir idi. Onu sahibi-divan da adlandırırdılar. O, şahın möhürünü saxlayır, dövlətin daxili və xarici işlərinə nəzarət edirdi. Ölkə əyalətlərə bölünmüşdü və əyalətlər padşahın varisləri və sülalə üzvlərindən təyin olunurdular. Əyalət divanının hər birində 300 mirzə çalışırdı. Tümən və nahiyə hakimləri tümən və nahiyyələri idarə edirdilər və canişin tərəfindən təyin edilirdilər.
Bayandur nəslinə aid köçəri feodallar tərəfindən idarə olunan Ağqoyunlu dövlətinin də ictimai quruluşu eynilə Qaraqoyunluda olduğu kimi idi. Yalnız bir kiçik fərq var idi ki, Ağqoyunlu padşahları bəzən Osmanlı və yaxud Teymurilərdə olduğu kimi özlərinə “sultan” titulu da götürürdülər.
Şirvanşahlar dövlətinin erkən orta əsrlərdən formalaşan ictimai quruluşu XV əsrdə də elə bir əsaslı dəyişikliyə uğramamışdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən fərqli olaraq Şirvanşahlar dövlətində ölkə başçısı şah titulu daşıyırdı.
Dövlətin tarixi coğrafiyasında da dəyişiklik yox idi. Şirvanşahlar Kürdən şimala Dərbəndə və qərbdə Şəki hakimliyinə qədər əraziləri əhatə edirdi. Şirvanın ən etibarlı müttəfiqi əvvəlki dövrlərdə olduğu kimi, Şəki hakimliyi idi. Şirvanşahlarda hakimiyyət oturaq feodal əyanlara məxsus idi.
Azərbaycan dövlətlərində ordu quruculuğuna xüsusi diqqət verilirdi. Şirvanşahların ordusunda 60 min, Qaraqoyunlu və Ağqoyunlu ordularının hər birində 100 minə yaxın döyüşçü var idi. Ordu iki hissədən ibarət olurdu: əyalətlərdə canişin orduları saxlanılırdı. Seçmə döyüşçülər padşahın xüsusi qvardiyasında xidmət edirdilər. Orduda ən ali rütbəli şəxs Əmir idi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin