Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


FAT32 fayl sistemi yaradıldı. Windows 95 OSR2-dən sonrakı bütün versiyalarında FAT32



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
FAT32 fayl sistemi yaradıldı. Windows 95 OSR2-dən sonrakı bütün versiyalarında FAT32 
fayl sistemindən istifadə edilmişdir. Yeni fayl sisteminin adından göründüyü kimi bu 
sistemdə faylın ünvanı iki baytla yox, dörd baytla (və ya 32 bitlə) yazılır. 32 mərtəbəli 
FAT32 fayl sisteminə uyğun formatlaşdırılmış diskdə isə maksimum 232 sayda ünvan və 
232 sayda klaster ola bilir. FAT32 fayl sistemində klasterin ölçüsü Kb - la 64 Kb arasında 
dəyişir. FAT32 fayl sistemində məntiqi diskin həcmi maksimum 32 Gb, bir faylın həcmi isə 
Gb ola bilər. 
NTFS (New Technology File System). Bu fayl sistemi Microsoft NT ailəsindən olan 
əməliyyat sistemləri üçün nəzərdə tutulmuş standart fayl sistemidir. NTFS fayl sistemi 
indiyə qədər Windows NT, Windows 2000, Windows Vista sistemlərində istifadə edilmiş və 
hazırda Windows XP və Windows 7 əməliyyat sistemləri ilə işləyən bütün müasir 
kompüterlərdə əsas fayl sistemi kimi tətbiq edilir. Digər fayl sistemləri kimi NTFS fayl 
sistemi də bütün disk oblastını kiçik hissələrə - klasterlərə bölür və fayllar isə parçalanaraq 
həmin hissələrdə yerləşdirilir. Bu fayl sistemi 512 baytla 64 Kb arasında istənilən ölçülü 
klasterdən istifadə edə bilir. Bununla yanaşı standart hal üçün (susmaya görə) 4 Kb ölçülü 
klasterdən istifadə edilir. Faylların klasterlərdən istifadə etməklə diskdə yazılıb saxlanması 
qaydasını aşağıdakı misalla izah etmək olar. 
Tutaq ki, klasterin ölçüsü 4 Kbaytdır, biz isə 9 Kbayt ölçüdə MagistrOL.docx mətn 
faylını saxlamaq istəyirik. Bu halda həmin fayl klasterə yerləşmir və ona görədə bizə
klaster yəni, 12 Kbayt yaddaş hissəsi ayrılır. Belə ki, faylın ölçüsündən asılı olmayaraq ona 
həmişə tam klasterlər ayrılır. Hətta faylın həcmi cəmisi bir bayt olsa belə, yenə onun üçün 
bir klaster ayrılır. Yarımçıq qalmış bir klasterin üzərinə başqa bir fayl yaza bilmərik. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin