Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə87/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   83   84   85   86   87   88   89   90   ...   139
Qırmızı rəng. Arxada qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu 

kimi  qəbul  edildiyini  bildirmişdik.  Bununla  belə,  bəzi  türk  xalqlarında  qırmızı  rəng 

qutsal  sayılmış  və  o,  göz  ruhunun  rəngi  hesab  edilmişdir.  Bu  göz  ruhu  özü  qırmızı 

olmaqla bərabər, geyimi də yalnız və yalnız qırmızı təsəvvür edilmişdir[23]. Deyəsən, 

bu  etiqad  azərbaycanlılarda  da  olmuş  və  o,  əski  çağlardan  yaşaya-yaşaya  gəlib 

çağımıza  da  çatmışdır.  Belə  ki,  gözün  səyriməsi  bizdə  həmişə  uğursuzluq  əlaməti 

bilinmişdir.  Gözün  səyriməsi  ilə  mütləq  bir  şər,  xətalı  işin  olacağı  zənn  edilmişdir. 

Odur ki, səyriyən gözə sağ əllə üç kərə sığal çəkə-çəkə "Xeyirə atırsan at, şərə atırsan 

yat"  ovsun  sözləri  deməklə  bərabər,  həmin  gözün  üst  qapağına  qırmızı  rəngli  sap, 

qırmızı rəngli parça qırıntısı da yapışdırılır. Çox olsun ki, buradakı qırmızı rəngli sap, 

parça  elə  göz  ruhunun  simvoludur.  Deməli,  bizdə  də  göz  ruhu  qırmızı  rəngdə 

düşünülmüş  və  səyriyən  gözə  onun  nişanəsini  yapışdırmaqla  xəta-bəlanın 

sovuşacağına inanılmışdır. 

Qırmızı  rəngin  tanınma,  tanıtma  əlaməti  də  vardır.  Bir  vaxt  Azərbaycanda 

nişanlı oğlanlar və qızlar tanınsınlar deyə qırmızı rəngli paltarlar geyərmişlər. Oğlan 



357 

 

evindən qız  üçün qırmızı rəngli don aparılarmış,  qız  da  nişanlısı üçün qırmızı rəngli 



köynək toxuyub göndərərmiş. Bununla da onlar ətraflarında olanlardan seçilərmiş. Və 

hamı onların  nişanlı olduqlarını bilərmiş. Bundan savayı,  qız  gəlin  köçəndə  də  onun 

başına  qırmızı  rəngli  duvaq  örtərmişlər  ki,  bunun  da  rəmzi  mənası  vardır.  Bilindiyi 

üzrə, qırmızı rəng həm də Günəşin simvolu sayılır. Şər qüvvələr isə işıqdan, Günəşin 

yerdəki atributu olan oddan-ocaqdan qorxurlar. Odur ki, ər evinə yola salınan gəlin ata 

evində  odun-ocağın  çevrəsinə  dolandırılır,  evdən  çıxarılarkən  başına  qırmızı  rəngli 

duvaq  salınır.  Etiqada  görə,  şər  qüvvələr  Günəş  nişanəsi  qırmızı  rəngli  olanlardan 

qorxduğu üçün gəlinə ziyan toxundura bilməzlər. Elə "gözəgəlmə", "nəzərəgəlmə" də 

fəna  qüvvələrin  əməli  sayılıb.  Gəlin  qırmızı  rəngli  duvaq  örtdüyündən  onun  üzü 

görünmür və bu səbəbdən də o, gözdən, nəzərdən qorunur. Bu cəhət öz izlərini bir el 

söyləməsində də qorumuşdur: 

Zülf töküb üzə dilbər,  

Çıxıbdı düzə dilbər,  

Duvaq salın üzünə, 

 Gəlməsin gözə dilbər[24]. 

Qırmızı  rəng  bəzən  "qızılı",  "al"  adları  ilə  də  adlanır.  Amma  bu  da  var  ki, 

həmin  rəng  "qızılı",  yaxud  "al"  adlansa  da,  buradakı  təsəvvür  elə  qırmızıdır.  Misal 

üçün,  "Qızıl  bayraq",  "Qızıl  meydan"  əslində  "qırmızı  bayraq",  "qırmızı  meydan" 

deməkdir. 

Al-qırmızı  isə  rəngin  bilavasitə  tünd  çalarlı  olmasına  işarədir.  Düzdür,  "al"ın 

dilimizdəki mənaları çoxdur və o, həm də aldatma, yalan, hiylə deməkdir. Misal üçün, 

biri başqasını aldadanda, yalan danışanda, hiylə işlədəndə "o, bunu al dili ilə eləyib" 

deyilir.  Maraqlıdır  ki,  məhz  bu  deyilənlərlə  uyuşan  "qırmızı  yalan"  ifadəsi  də 

dilimizdə vardır. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin