Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə83/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   79   80   81   82   83   84   85   86   ...   139
RƏNGLƏR VƏ SAYLAR 

 

Dünyada  yaşayan  xalqlar  müxtəlif  olduqları  kimi,  onların  baxış  və  görüşləri, 

əhatə olunduqları mühitə münasibətləri,  məişət mədəniyyətləri də fərqli-fərqlidir. Bu 

deyilən  cəhət  rənglərə  də  aiddir.  Yəni  hətta  hamı  tərəfindən  eyni  adda,  mahiyyətdə 

deyilən, düşünülən bir rəng ayrı-ayrı etnosun etnik mədəniyyətində fərqli assosiasiya 

yarada bilir. 

Rənglər  bəzi  hallarda  əşya  və  hadisələrin  məzmununu,  insanların 

xarakterlərini, emosiyalarını müəyyənləşdirən simvola da  çevrilir. Misal  üçün, bütün 

dünyada ağ rəng işıq, uğur, xoşbəxtlik, hətta Tanrı rəngi hesab edildiyi halda, başqa 

rənglərə münasibət belə deyil. Belə ki, bir çox xalqlarda sarı rəng - fəallıq, mərhəmət, 

şəfqət,  qırmızı  rəng  -  toplaşma,  cəmləşmə,  göy  (mavi)  rəng  -  qəzəb,  hirs,  həyəcan, 

etiraz  simvolu  bilinirsə[1],  əksər  türk  xalqlarında,  o  sıradan  Azərbaycan  türklərində 

sarı  rəng  -  quraqlığın,  qıtlığın,  xəbisliyin,  paxıllığın,  qırmızı  rəng  dava-dalaşın, 

müharibənin,  dəliliyin  (dilimizdə  "Dəli  qırmızı  sevər"  deyimi  vardır),  yaşıl  rəng  - 

bolluğun, bar-bərəkətin, mavi rəng - sevincin, şadlığın, xoş xəbərin simvolu sayılır. 

Mərhələlər  boyu  irəliləyən  bəşəriyyət  nəinki  kainatı,  bu  kainatda  olan 

varlıqları,  hadisələri,  ümumiyyətlə,  bütün  mövcudluğu,  dünyanı  rənglər  mühitində 

düşünmüşdür. Hətta deyilənə görə, dünya yarandığı zamandan bu vaxtadək dörd dövr 

yol  keçmişdir:  ağ,  sarı,  qırmızı,  qara.  Dünyanın  yaşadığımız  indiki  dövrü  qara 

rənglidir[2]. 

Dünyada  rəng  adları  çoxdur:  ağ,  qara,  qırmızı,  göy,  mavi,  yaşıl,  sarı,  qəhvəyi 

(xurmayı, darçını), çəhrayı, narıncı, boz (qonur), şabalıdı, sumağı, bənövşəyi, püstəyi, 

sürməyi, firuzəyi, innabı və bunların çoxsaylı çalarları. Amma bunlardan ağ, qırmızı, 

qaranın  yayılma  sferası  daha  genişdir  və  bunlar  kainatın  -  səmanın,  yerüstü,  yeraltı 

dünyanın quruluş sistemini bildirən kimi düşünülmüşdür. 

Rənglər  geosimvolikada  -  istiqamət  bildirmədə  də  mühüm  rol  oynamışdır. 

Misal  üçün,  istər  Mərkəzi  Asiya  və  onlarla  qonşuluqda  yaşayanların,  istərsə  də  atlı 

türk  və  ümumiyyətlə, türk  mədəniyyətindən  həvəslə  təsirlənənlərin, çox  vaxt onlarla 

qaynayıb-qarışanların  dünya  səmtlərini  rənglərlə  işarələmələri  belədir:  şimal  -  qara 

rəng,  cənub  -  qırmızı  rəng,  şərq  -  mavi  rəng,  qərb  -  ağ  rəng,  mərkəz  -  sarı  rəng[3]. 

Yenə də qaynaqlarda bildirilir ki, bir vaxt Çin və İranda rənglərin istiqamət bildirməsi 

üst-üstə  imiş.  Bunlarda  göy  (mavi,  yaşıl)  qərbin,  sarı  rəng  mərkəzin,  qırmızı  rəng 

cənubun,  ağ  rəng  şərqin,  qara  rəng  şimalın  simvolu  imiş.  Amerika  hindularında  isə 

rənglərə geosimvolik baxış belə olub: şərq - qara, cənub - ağ, qərb sarı (qırmızı), şimal 

-  göy  (yaşıl).  Sibir  xalqlarından  bəziləri,  misal  üçün,  kalmıklar  şərqi  -  ağ  (gümüşü), 

cənubu - göy, qərbi - qırmızı, şimalı - sarı (qızılı) zənn etmişlər. Asiya köçəri tayfaları 

arasında da səmtlərin rənglərlə işarələnməsi geniş yayılmış və onlar, əsasən, belə olub: 

qırmızı  -  cənub,  qara  -  şimal,  mavi  –  şərq,  ağ  -  qərb,  sarı  -  mərkəz.  Uyğur  yazılı 

abidələrində  dünyanın  dörd  səmtinin  rəng  göstəricisi  belədir:  şərq  -  göy  (yaşıl  - 



352 

 

əjdaha), qərb - ağ (pələng), cənub - qırmızı (sağsağan), şimal - qara (ilan)[5]. 



Geosimvolikada  dünyanın  yeddi  iqlimə  bölündüyü  və  həmin  yeddi  iqlimin 

kosmosun  yeddi  vasitəsi  ilə  idarə  olunmasının  bilavasitə  rənglərlə  bağlılığı  da 

söylənilməkdədir. Deyilən məsələ belədir: 

I  iqlim: Hind diyarı. İdarə edən - Zühəl, rəng qara, VII göydə. 

II iqlim: Çin diyarı. İdarə edən - Müştəri, rəng qəhvəyi, VI göydə. 

III


 

iqlim: Türk diyarı. İdarə edən - Mərrix, rəng qırmızı, V göydə. 

IV

 

iqlim: Xorasan diyarı. İdarə edən - Günəş, rəng sarı, IV göydə. 



V iqlim: Mavərün-nəhr diyarı (Orta Asiya). İdarə edən - Zöhrə, rəngi yaşıl, III 

göydə. 


VI iqlim: Rum diyarı (Anadolu). İdarə edən - Ütarid, rəngi mavi, II göydə. 

VII iqlim: Bolqar diyarı. İdarə edən - Ay, rəngi ağ, I göydə[5]. 

Beləliklə,  mənzərəni  ümumi  şəkildə  göz  önünə  gətirsək,  əski  çağlarda  ictimai 

mühitin bütövlükdə rənglərlə ifadə olunduğu aydınlaşır. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin